Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Transfer pəncərəsi 51 legionerlə bağlandı - Tam SİYAHI

Tarix 02.09.22, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi avqustun son günündə bağlandı. Çempionatın iştirakçıları heyətlərini bacardıqları qədər gücləndirməyə çalışdılar.

Hər nə qədər qəribə görünsə də, ən az legionerə Çempionlar Liqasında gözəl oyunu ilə yadda qalan və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” bel bağladı. “Köhlən atlar” bu yay cəmi iki əcnəbi ilə razılığa gəlməklə diqqət çəkdilər.

Legionerlərin xidmətinə ən çox gərək duyanlar ötən mövsümün uğursuzları – “Sumqayıt”la “Səbail”, yeni mövsümün debütantları “Turan Tovuz”la “Kəpəz” və hər fasilə dönəmində futbolçuların apar-gətiri ilə ad çıxaran “Neftçi” oldu.

Bu yay ölkəmizə ən çox - səkkiz nəfər futbolçu Gürcüstandan təşrif buyurub.

Portuqaliyadan gələnlərin sayı beş, Nigeriyanı Azərbaycana dəyişənlərin sayı dörddür.

Ümumiləşdirsək, doqquz Premyer Liqa təmsilçisi yay bazarlığında 51 legionerin xidmətinə ehtiyac duyub.

“Sabah”ın bir neçə saat sonra rəsmən açıqlayacağı Aleksey Kaşuk bu transfer pəncərəsində Azərbaycana gələn sonuncu - 51-ci legioner olub:

“Qarabağ” - 2 

Marko Yankoviç (Monteneqro), Julio Romao (Braziliya) 

“Neftçi” - 6 

Solomon Kvirkveliya, Vato Arveladze (hər ikisi Gürcüstan), Kenni Sayef, Ataa Caber (hər ikisi İsrail), Qodsvey Donyo (Qana), Yeqor Boqomolski (Belarus) 

“Zirə” - 3 

Moiz Adileu (Fransa), Andriya Lukoviç (Serbiya), Toni Qomes (Portuqaliya) 

“Qəbələ” - 4 

Felipe Santos, Ramon Maçado (hər ikisi Braziliya), Abu Akal Feras (İsrail), Andrey Strijak (Ukrayna) 

“Sabah” - 5 

Abdulaye Ba (Portuqaliya), Con İrasabal (İspaniya), Emmanuel Apeh (Nigeriya), Davit Volkov (Gürcüstan), Aleksey Kaşuk (Ukrayna) 

“Sumqayıt” - 8 

Todor Todoroski (Şimali Makedoniya), Stiven Pereyra (Niderland), Damian Daniçiç (Xorvatiya), Rifat Nurmuqamet (Qazaxıstan), Alya Ture (Qvineya), Filipe Çabi (Portuqaliya), Almir Aqanspahiç (Bosniya ve Hersoqovina), Ouro-Nil Ture (Toqo) 

“Səbail” - 8 

Petro Stasluk, Maksim Çex (hər ikisi Ukrayna), Fakundo Kardozo, Franko Mazurek (hər ikisi Argentina), Qoba Zakpa, Kizito Luvaqa (hər ikisi Portuqaliya), Qustavo de Fransa (Braziliya), Emil Martinov (Bolqarıstan) 

“Kəpəz” - 7 

Mate Kvirkviya, Mixail Erqemlidze, Giorgi Kantariya (hamısı Gürcüstan), Abdullahi Şuaybu, Ahmed Ayzaya (hər ikisi Nigeriya), Yeqor Xvalko (Belarus), Peyman Keşevarzi (İran) 

“Turan Tovuz” - 8 

Piruzi Marakvelidze, İmeda Aşortiya (hər ikisi Gürcüstan), Xulu Siyanda (Cənubi Afrika), Aziz Dao Ben (Burkina-Faso), Ayxan Quseynov (Rusiya), Eva Runi (Kamerun), Natan Oduva (Böyük Britaniya), Henri Okebuqvu (Nigeriya). 

Sonda qeyd edək ki, Premyer Liqanın bir klubu - “Şamaxı” əcnəbilərin xidmətinə ehtiyac duymayaraq, yalnız yerli futbolçulara güvənib.



Xəbərin oxunma sayı : 1099




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap