Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Trampla Putinin daha bir əlaqəsi aşkar edilib

Tarix 19.01.18, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


"The Guardian" yazır ki, FTB Vladimir Putinə yaxın bir rusiyalı bankirin Amerikanın Milli Atıcılıq Assosiasiyası (National Rifle Association - NRA) vasitəsilə Trump-ın seçki kampaniyasına böyük pullar köçürməsi barədə iddiaları araşdırır.

ABŞ qanunlarına görə, siyasi kampaniyalara xaricdən donorluq qadağandır. NRA Trampın prezidentlik kampaniyasına 2016-cı ildə 30 milyon dollar ödəyib.

Seçki kampaniyasının maliyyələşdirilməsinin təhlili göstərib ki, bu təşkilat Trampın kampaniyasına ən çox pul xərcləyən qurum olub. Bu da deyilir ki, NRA 2012-ci ildə Mitt Romninin kampaniyasına bundan iki dəfə az pul köçürmüşdü.

Xəbər agentlikləri və media qurumları ötən aylar ərzində NRA liderlərinin Rusiya ilə əlaqələrini izləyiblər.

Onların məlumatına görə, NRA 2015-ci ildə Moskvaya nümayəndə heyəti göndərib və bu nümayəndələr Vladimir Putinin nüfuzlu müttəfiqləri ilə də görüşlərdə olublar.

"McClatchy" məcmuəsində dərc olunmuş məqalədə bankirin adı Aleksandr Torşin olaraq verilir.

"The Guardian" yazır ki, bu xəbərlər Trampın Rusiya ilə mümkün əlaqələrini araşdıran xüsusi təhqiqatın NRA-yə gəlib çatdığını nümayiş etdirir.

Sözü gedən məqalədə iki anonim mənbəyə istinad edilir. Xüsusi prokuror Robert Müller-in apardığı təhqiqat və araşdırdığı materiallar məxfi olduğuna görə bir çox hallarda adlar ümumiyyətlə çəkilmir.

"The Guardian" yazır ki, bu xəbərlərlə əlaqədar NRA-dən şərh almaq mümkün olmayıb.

Müller-in sösçüsü də şərh verməkdən imtina edib. ABŞ Federal Seçki Komissiyası seçki kampaniyalarına xarici vətəndaşların maliyyə ödəməsini, habelə kampaniyanın gedişatına müdaxilə etməsini qadağan edir.

Haqqında söhbət gedən Torşin Rusiya Mərkəzi Bankının sədr müavini və keçmiş millət vəkilidir.

"New York Times" qəzetinin 2017-ci ilin sonlarında verdiyi xəbərə görə o, 2016-cı ilin mayında Trump və Putin arasında görüş təşkil etməyə çalışıb. Qəzet yazırdı ki, bu görüşün baş tutmasına yalnız Trampın kürəkəni Cared Kuşnerin müdaxiləsi mane olub.

Elə həmin ayda Torşin, Tramp və onun böyük oğlu NRA-in Louisville-də keçirilən illik toplantısına qatılıblar.

Bu toplantıda Tramp çıxış edib və NRA onun namizədliyini qəbul etdiyini bildirib.

Tramp-ın böyük oğlunun vəkili deyir ki, onun həmin toplantıda Torşinlə görüşü çox qısa və ayaqüstü olub.

"Orada söhbət yalnız silahlardan gedirdi" - Alan Futerfas "McClatchy" məcmuəsinə deyib.

Bəzi məlumatlara görə, Konqresdə keçirilmiş dinləmədə də oğul Trampa bu görüş barədə suallar verilibmiş.

Çümə axşamı günü "Everytown for Gun Safety" silahlara nəzarət kampaniya qrupu NRA-dən Rusiya ilə bütün əlaqələrini açıqlamasını tələb edib (BBC).

http://www.bbc.com/azeri/international-42742967



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap