Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tayvanın taleyi Ukraynada həll olunur - Amerika Çinlə müharibə etməyə hazırdır

Tarix 31.05.22, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Ukraynada yeni şəhər və qəsəbələri işğal etməyə çalışır. Döyüşlərin yay aylarında şiddətlənəcəyini proqnozlaşdırmaq olar. Rusiya Ukraynanın strateji Mariupol şəhərini işğal etdikdən sonra əsas qüvvələrini Severodonetsk şəhəri ətrafında cəmləşdirib. Döyüşlər şəhərin içərisində davam edir. Rusiya ordusunun məqsədi şəhəri mühasirəyə alaraq Mariupolda olduğu kimi Ukrayna hərbçilərini əsir götürməkdir.

Böyük Britaniyanın “Daily Express” dərgisinin analitik məqaləsinə görə, Pekin Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyərək, mövcud vəziyyətə uyğun qərarlar verəcək. 

Məsələn, dərgidəki məqaləyə görə, Rusiya ordusu Ukraynada işğal ərazisini genişləndirərsə, Çinin Tayvan adasını ələ keçirmək istəyi artacaq. İndinin özündə Çin Tayvan adası ətrafında hərbi təlimlər keçiririr, hərbi təyyarələri ada üzərində təhlükəli uçuşlar həyata keçirirlər: “Çin Kommunist Partiyası Çindən 160 kilometr məsafədə yerləşən demokratik Tayvana nəzarət etmək planlarından imtina etməyib. Çindəki təbliğat Rusiyanın Ukraynada uğurları haqqında məqalə və reportajlar yayımlayır. Bu təbliğat Tayvana qarşı hərbi əməliyyat təhlükəsini artırır”.
Ətraflı
Ad - 00:12

ABŞ Ukrayna ilə yanaşı Tayvanın gələcək taleyini də düşünmək məcburiyyətindədir. ABŞ Prezidenti Co Bayden ötən həftə verdiyi açıqlamada, Çinin Tayvana hücum edəcəyi halda Amerikanın ada ölkəsini müdafiə edəcəyini bildirib. Yəni Amerika Tayvana görə Çinlə müharibə etməyə hazırdır.

Vaşinqtonun bu mesajı Pekini Tayvanla bağlı planlarından çəkindirəcəkmi?

Bu sualın cavabı Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Rusiya Ukraynada məğlub olarsa, Çin Tayvanla bağlı planlarını reallaşdırmaqdan çəkinəcək. Əgər Rusiya Ukraynada uğur qazanarsa, Tayvan üçün də ciddi təhlükə yaranacaq.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1120




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap