Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Türkiyəyə qarşı təxribatçı qətnamə Senatdan keçmədi – F-16-ların satışına heç bir maneə qalmadı

Tarix 02.03.24, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyəyə 23 milyard dollar dəyərində F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışına qadağan qoyulmasını ehtiva edən qətnamə böyük səs çoxluğu ilə ABŞ Senatı tərəfindən rədd edilib.

Xatırladaq ki, Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışına icazəni təsdiqləmişdi.

Senator Rand Pol tərəfindən təqdim olunmuş qətnamənin əleyhinə 79, leyhinə isə 13 senator səs verib. Senator Pol səsvermədən əvvəl Türkiyə hökumətini tənqid etmiş və bildirmişdi ki, bu satışa imkan verilməsi Ankaranı pis davranışa daha da ürəkləndirəcək. Lakin Türkiyəyə F-16-ların satışına tərəfdar olan senatorlar vurğulayıblar ki, Vaşinqton NATO müttəfiqinə verdiyi sözün üstündə durmalıdır.

Bayden administrasiyası yanvarın 26-da Türkiyəyə 40 ədəd “Lockheed Martin” şirkəti istehsalı F-16-ların və təxminən 80 modernləşdirmə dəstinin satışına icazə vermək niyyətində olduğu barədə Konqresi rəsmən məlumatlandırıb.

Bundan bir gün əvvəl Ankara İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmışdı. Bu təyyarələrin satışı İsveçin NATO üzvlüyü üçün protokolun ratifikasiyası da daxil bir sıra məsələlərlə bağlı aylarla yubadılıb. Konqresin Silah İxracına Nəzarət Komitəsi xarici ölkələrə böyük silah satışını dayandırmaq səlahiyyətinə malikdir.

Lakin bunun üçün Senat və Nümayəndələr Palatası müvafiq qətnamə qəbul etməlidir. Senator Polun qətnaməsi məhz belə qətnamələrdən biri idi. Bu qanun artıq yarım əsrdir qüvvədə olsa da, bu müddətdə heç bir bu sayaq qətnamə səsvermədən və ya Prezident vetosundan keçməyib.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap