Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyədən tarixi zəfər: Ərdogan təhdid etdi, ABŞ geri çəkildi + VİDEO

Tarix 19.01.18, 3:05

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb.

Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib. ABŞ-ın xarici siyasət idarəsinin başçısı Suriyada “sərhəd ordusu” qurmaq niyətində olmadıqlarını vurğulayıb.

“Suriyada sərhəd gücünün qurulması niyyətimiz yoxdur. ABŞ-ın Türkiyəyə belə bir açıqlama vermə borcu var”, – o, deyib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etmişdi. Onun əsasını PYD terror təşkilatı təşkil etməli, missiyası isə Suriyanın Türkiyə və İraqla olan sərhədlərinin mühafizəsi olmalı idi.

Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısından sonra verilən yazılı açıqlama Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirildi.

AzFakt.com Rəcəb Tayyib Ərdoğanın çıxışını təqdim edir:

 






Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap