Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib - VİDEO

Tarix 28.08.22, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda "Adana Demirspor"da çıxış edən İtaliya yığmasının sabiq futbolçusu Mario Balotelli yeni qalmaqalla gündəmə gəlib.

Superliqada IV turun "Umraniyespor"la ev oyunundan sonra 32 yaşlı hücumçu öz komandasının baş məşqçisi Vinçentso Montellanın qəzəbinə tuş gəlib.

Final fitinin ardından əsəbi formada meydana daxil olan Montella Balotellinin üzərinə yeriyib. Təcrübəli forvardla baş məşqçini araya girən rəsmi şəxslər və digər oyunçular sakitləşdiriblər.

Mətbuat konfransında isə Montella bildirib ki, Balotelli gözlənilən oyunu sərgiləməyib: "Matçın sonlarında belə gərginliklər ola bilər. Başqa bir şərh əlavə etməyəcəyəm".

Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn "Adana Demirspor" xalını 9-a çatdıraraq, 2-ci pilləyə yüksəlib. "Umraniyespor" isə 1 xalla 16-cıdır.







Xəbərin oxunma sayı : 940




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap