Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sumqayıtda gecəyarısı “bomj”ların qanlı davası - TƏFƏRRÜAT

Tarix 08.01.23, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Çingiz münaqişə zamanı Vəlixanı öldürüb.

Teleqraf.com-un məlumatına görə, hadisə şəhərin Sülh küçəsində, “Aviakassa” deyilən ərazinin qarşısındakı meydanda baş verib.

Çingiz əvvəlcədən tanıdığı Vəlixanla həmin ərazidə qarşılaşıb. O, bir müddət öncə mübahisə zamanı Vəlixanın ona yetirdiyi xəsarətin intiqamını almaq qərarına gəlib.

Çingiz Vəlixana yaxınlaşaraq onunla mübahisə edib, sifət nahiyəsinə yumruq vurub. Zərbənin təsirindən Vəlixan yerə yıxılıb. Çingiz Vəlixanın yaxasından tutaraq baş nahiyəsini yerə çırpıb, sonda isə sifətini təpikləyib. Vəlixan başın küt travması nəticəsində Sumqayıt şəhər Təcili və Tibbi yardım xəstəxanasında ölüb.

İstintaq orqanı tərəfindən Çingizin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Çingiz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, bir müddət əvvəl Vəlixan əlindəki şüşə ilə onun boğazını kəsib:

“Mən isə onu itələyərək yıxmışam. Post-patrul xidmətinin əməkdaşları məni görərək xəstəxanaya aparıblar. Boğazıma tikiş qoyulub, saat 3-dən 6-ya kimi orda saxlayıblar, sonra evə buraxıblar.

Bu hadisədən 1 həftə sonra skamyada oturan zaman Vəlixan da gəlib yanımda oturdu. Vəlixan içkili idi, məni söydü. Mən də onu şillə vuraraq ordan uzaqlaşdım. Ona təpik vurmamışam. Mağazandan çıxan bir şəxs Vəlixanın qoluna girərək onu ordan apardı”.

Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməyib. O, ifadəsini verən zaman özündə olmadığını bildirib.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O, həmin ifadəsində göstərib ki, spirtli içki alduçəsidir:

“Bununla bağlı 9 dəfə Sumqayıt şəhər narkoloji dispanserində müalicə də almışam. Təxminən 2-3 il bundan əvvəl Sumqayıt şəhər narkoloji dispanserində müalicə alarkən orada müalicə alan digər şəxs Zöhrabla tanış olmuşam.

Dispanserdə müalicə alıb çıxdıqdan sonra Zöhrabla tez-tez görüşdük. “Heydər” parkında və dəniz kənarında spirtli içki qəbul etmişik. Zərərçəkmiş Vəlixanı əvvəllər tanımamışam. Onunla hər hansı ədavət və ya düşmənçiliyim olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qətl haduisəsindən bir müddət əvvəl, təxminən gecə saat 3 radələrində Zöhrabı tapmaq üçün onun tez-tez olduğu “Bələdiyyə parkı” deyilən yerə gəlib:

“Parkda ətrafa baxdım, Zöhrabı tapmadım. Parkda biri qadın, biri kişi, iki nəfərin spirtli içki içdiyini gördüm. Sonradan adının Vəlixan olduğunu bildiyim şəxsə yaxınlaşıb Zöhrabı soruşdum. O, məndən Zöhrabın kim olduğunu soruşdu, qardaşım olduğunu dedim.

Vəlixan mənə gözləməyimi, qayıdıb Zöhrabın yerini göstərəcəyini dedi. Sonra bir qədər aralıya getdi. Cibindən kiçik ölçülü spirtli içki butulkası çıxararaq içdi və butulkanı yerə ataraq sındırdı. Mənə yaxınlaşaraq sol əlini çiynimə qoydu, hansısa istiqaməti göstərdi, Zöhrabın orada olduğu bildirdi. Anidən sağ əlində tutduğu şüşə qırıntısı boğazımı kəsdi.

Vəlixanı özümdən itələyərək ona şillə vurdum. O, müvazinətini itirərək parkdakı skameykada oturdu. Xəstəxanaya getmək üçün parkın yanındakı yolu keçəndə Post Patrul Xidmətinin əməkdaşları məni qan içində görüb, avtomobili saxladılar, Təcili Tibbi Yardıma zəng vurdular. Bu zaman huşumu itirdim.

Ayıldıqda artıq Sumqayıt şəhər Travmatologiya xəstəxanasında olduğumu, həkimlərin boğazımı tikdiyini gördüm. Təxminən 3-4 saat xəstəxanada qaldıqdan sonra öz evimə gəldim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qətl hadisəsi baş verən günü, təxminən gecə saat 3 radələrində tanımadığı taksi ilə Bakı şəhərindən Sumqayıta gəlib:

“Sumqayıt şəhərində “Aviakassanın” yanındakı “Bələdiyyə” parkı istiqamətində yolu keçmək istəyəndə Vəlixanın da həmin yolu park tərəfdən keçərək mənə doğru gəldiyini gördüm. Boğazımı nə üçün kəsdiyini öyrənmək üçün ona yaxınlaşdım. Məni tanıyıb-tanımadığını soruşdum.

Vəlixan sərxoş vəziyyətdə olduğundan mənə “çıx get, keçən dəfə bir nəfərin boğazını kəsdim, elə eləmə ki, sənin də boğazıvı kəsim” dedi. Yaxınlıqdakı aptekə gedərək spirt aldım və içdim.

Vəlixan aptekə getdikdə “Aviakassanın” qarşısındakı meydanda yerləşən oturacaqda əyləşdim. O, aptekdən çıxdı, yanıma gələrək oturacaqda əyləşdi. Yenidən məni tanıyıb-tanımadığını soruşdum. Məni tanımayanda keçən dəfə boğazımı kəsdiyi adam olduğumu dedim. Ona bir şillə vurdum. Vəlixan qalxıb digər oturacağın yanındakı işıq dirəyinə söykəndi.

Vəlixanın yanına gedərək ona bir şillə zərbəsi endirdim. Bu zaman o, müvazinətini itirdi, huşsuz vəziyyətdə arxası üstə yerə yıxıldı. Bir neçə şillə də vurdum, yaxasından tutaraq 2 dəfə arxası üstə yerə çırpdım. Ayağa qalxaraq bir dəfə də təpiklə sifət nahiyəsinə vurdum.

Təqsirləndirilən qeyd edib ki, sonra qardaşı Rasimə zəng vuraraq hal-əhval tutub:

“Rasim polislərin məni axtardığını və təcili olaraq Sumqayıt şəhərinə gəlməyimi bildirdi. Mən də Sumqayıt şəhərinə, evimə gəldim. Qonşular anam və bacımın polis bölməsində olduğunu bildirdilər. Məsələnin bir müddət əvvəl aldığım xəsarətlə bağlı olduğunu fikirləşdiyimdən 3-cü polis bölməsinə getməyə başladım. Yolda olarkən tanımadığım polis əməkdaşları mənə yaxınlaşdılar və 4-cü polis bölməsinə gətirdilər. 4-cü polis bölməsində Vəlixanın öldüyünü öyrəndim”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Vəlixanla mübahisə edən zaman onu öldürmək niyyəti olmayıb:

“Yalnız bu hadisədən əvvəl boğazımı kəsdiyi üçün Vəlixandan qisas almaq üçün onu döymüşəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində qardaşı tanınıb. O bildirib ki, Vəlixan tüfeyli həyat tərzi keçirib:

“Bacım mənə zəng edərək, qardaşımızın öldüyünü və morqda olduğunu bildirdi. Həkim Vəlixanın beyninə qan sızmasından öldüyünü bildirdi. Təqsirləndirilən şəxsə qarşı hər hansı tələbim yoxdur və onunla barışmışıq”.

Çingiz 9 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 814




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap