Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Sudan istifadədə differensial tarif tətbiq olunacaq - Əsəd Şirinov

Tarix 03.10.25, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


"Sudan istifadədə differensial tarif tətbiq olunacaq".

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov II Milli Rəqabət Forumunda "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimaiyyi maraqlar" mövzusunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, "Tarif haqqında" Qanuna görə, tariflərin müəyyən olunması təkcə qəza baş verdikdə xərclərin ödənilməsi və ya layihələrin icrası ilə bağlı deyil:

"Tariflər əsasən istismar xərclərinin qarşılanması üçün nəzərdə tutulur.

Məsələn, suyun bir nöqtədən digərinə nəqli üçün yeraltı infrastruktur daim işlək vəziyyətdə olmalıdır. Bu sistemin istismarı, nasos stansiyalarının fəaliyyəti böyük xərc tələb edir. Tətbiq edilən tariflər də məhz bu istismar xərclərinin qarşılanmasına xidmət edir".

Əsəd Şirinov qeyd edib ki, habelə burada investisiya tərəfi də var, yəni sabit xərclər və prioritet layihələr üçün tələb olunan vəsait.

"Hazırda mərhələli şəkildə həm Bakıda, Abşeron yarımadasında, regionlarda, həm də Qarabağda quruculuq işləri çərçivəsində böyük yatırımlar nəzərdə tutulur. Tarifləri isə Tarif Şurası tənzimləyir. Bizim məqsədimiz qiymətləri elə səviyyədə saxlamaqdır ki, həm dayanıqlı inkişaf təmin olunsun, həm də innovasiya və müasirləşməyə şərait yaransın. Su itkilərinin azaldılması da bu prosesin vacib istiqamətlərindəndir. Biz bütün əsaslandırmaları hazırlayıb Tarif Şurasına təqdim edirik. Son qərar hökumətlə birlikdə qəbul olunur.

Bu müzakirələrdə xarici təcrübəyə də baxırıq. Türkiyə və Avropa ölkələrinin təcrübələrini araşdırmışıq. Ən çox tətbiq olunan mexanizmlərdən biri differensial tarifdir. Bu yanaşma Milli Su Strategiyasında da əksini tapıb və hazırda biz onun təhlilini aparırıq".

O, differensiallaşmanın izahını da verib:

"Burada məqsəd aşağıgəlirli əhali təbəqəsini qorumaq, onlar üçün güzəştli qiymətlər tətbiq etməkdir. Eyni zamanda daha çox su istifadə edənlər üçün tariflər nisbətən yüksək müəyyənləşdirilir ki, qənaətə təşviq olunsun. Kommersiya subyektləri isə sudan gəlir əldə etdiklərinə görə, onlar üçün ayrıca qiymət tətbiq olunur. Bu praktika dünyanın bir çox ölkəsində mövcuddur və biz də bunu təhlil edərək təkliflərimizi hazırlayacağıq.

Vacib məqam odur ki, "differensial tarif" anlayışı sadəcə qiymətlərin artması demək deyil. Əksinə, məqsəd aşağıgəlirli qrupları qorumaq, kommersiya və qeyri-yaşayış subyektləri üçün isə daha ədalətli qiymət qurmaqdır. Burada biz "Azəriqaz" və "Azərişığ"ın təcrübəsindən də yararlanacağıq. Onlarda differensial tarif sistemi artıq tətbiq olunur. Azərbaycanda yalnız su kommunal sahəsində bu hələ yoxdur. Gələcəkdə biz öz təklifimizi hazırlayıb təqdim edəcəyik".



Xəbərin oxunma sayı : 952




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap