|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
SSRİ-nin dağılmasından 25 il sonra Moskva regiona qayıdır
Tarix 19.01.18, 0:58 |
|
Sovet İttifaqının dağılmasından təxminən 25 il sonra Rusiya Cənub-Şərqi Asiyaya qayıdır
Regionda “gəzişən” avtoritarizm Moskvaya manevr azadlığı verir.
Bunun bariz nümunəsi Kambocadır. Burada ölkənin ən böyük müxalifət partiyasını iyulda keçiriləcək ümumi seçkilərdən öncə dağılmağa məcbur ediblər. Qərb ölkələri seçkilərin ədalətli şəraitdə keçirilməyəcəyini hesab etsə də, Rusiya xarici müşahidəçilər arasında əsas yeri tutub.
Baş nazir Hun Sen (Hun Sen) hökuməti müxalif Kamboca Milli Xilas Partiyasının (Cambodia National Rescue Party) artan populyarlığından qorxuya düşərək, onu ötən ilin noyabrında dağılmağa məcbur edib, əsas kimi partiya prezidenti Kem Soxanın (Kem Sokha) dövlət xəyanətində ittiham edildiyini göstərib. ABŞ, Avropa Birliyi (AB) və bir sıra başqa ölkələr bu addımı pisləyib, seçki hazırlıqlarına yardımdan imtina edib və sanksiyaların tətbiq olunmasını istəyiblər.
Rusiya böyük məmnuniyyətlə yaranmış boşluğu doldurub. Kamboca Ali Məhkəməsinin Milli Xilas Partiyasının ləğvi barədə sərəncam verməsindən cəmi dörd gün əvvəl Hun Sen Manilada keçirilən Şərqi Asiya sammitində gülərək Rusiyanın baş naziri Dmitri Medvedyevin əlini sıxırdı. Xəbər verildiyi kimi, tam dəstəyini dilə gətirən Medvedyev Hun Seni əmin edib ki, Rusiya öz müşahidəçilərini seçkilərə göndərəcək.
Bundan sonra baş verənləri asanlıqla təsəvvür etmək olar. Rusiyalı müşahidəçilər ATƏT-dən olan monitorinq qrupunun qeyri-demokratik hesab etdiyi seçkiləri rutin şəkildə dəstəkləyəcək. Seçkilərin müşahidəsi ilə məşğul olan Rusiyanın əsas qeyri-hökumət təşkilatı Müstəqil Dövlətlər Birliyi Seçki Monitorinqi Təşkilatı və ya MDB-SMT-ə Kremlin idarə etdiyi qurum kimi baxılır. Kambocada rus müşahidəçiləri, çox güman, bu ilin iyulunda keçirilən seçkilərdə hakim partiyanın qələbəsini tamamilə dəstəktələyəcək.
Rusiya və Çindən dəstək alan Hun Sen Qərbin təzyiqinə boyun əymək niyyətində deyil. “ABŞ maliyyə yardımını dayandırmaq istəyirsə, qoy etsin” – ötən il noyabrda baş nazir Pnom Pendə tikiş maşınları istehsal edən fabrikdə keçirilən mitinqdəki çıxışı zamanı deyib.
Bir qədər əvvəl, sentyabrda “Pnom Pen Post” qəzeti xarici işlər naziri Prak Sokhonun (Prak Sokhonn) bəyanatını dərc etmişdi. Bəyanatda deyilirdi ki, Qərb zəiflədiyinə görə Kamboca üçün Çin və Rusiya ilə əlaqələrini inkişaf etdirmək daha yaxşı olar.
Rusiyanın Kamboca ilə münasibətdə kozır kartı sonuncunun sovet dövründən olan borcudur. Kamboca Rusiyanın borcu tamamilə silməsini, ya da heç olmasa qismən 1,5 milyard dollara kimi azaltmasını istəyir. Moskva isə uzun illər güzəştə getmək istəmirdi. Ancaq deyəsən indi mövqeyini bir balaca yumşaldıb.
Mənbələrin verdiyi məlumata görə noyabrda Medvedyev bu problemlə bağlı danışıqlar aparmaq istədiyini bildirib, xüsusi işçi qrupunun yaradılmasını təklif edib. Rusiyanın kompromis kimi nə əldə etmək istədiyi aydın deyil. Lakin bəzi analitiklər hesab edirlər ki, bu, Kamboca limanlarının Sakit Okean donanması tərəfindən istifadə hüququ ola bilər.
Bütün bunlar prezident Vladimir Putin hökumətinin yaxşı tanıdığımız taktikasının bir hissəsidir: Qərb, xüsusilə ABŞ ilə mübarizədə avtoritar rejimlərlə əlaqələrin gücləndirilməsi.
Xəbərlər və silah
Fövqəldövlət kimi Sovet İttifaqı Vyetnam kimi kommunist ölkələri ilə sıx əlaqələr saxlayırdı və Cənub-Şərqi Asiyada böyük təsirə malik idi. Sovet bloku dağıldıqdan sonra bu əlaqələr də zəiflədi, Rusiyanın qlobal təsiri isə yoxa çıxdı. Amma Putin Rusiyanın beynəlxalq potensialının böyük bir hissəsini bərpa edə bilib və yenidən diqqətini Cənub-Şərqi Asiya regionuna yönəldib.
Görünür, Putin qeyri-liberal demokratiyalar – zahirən demokratiya çərçivəsini saxlayan, ancaq seçkilərin mövcud hökumətin legitimləşdirilməsi üçün alətdən başqa bir şey olmadığı ölkələr ilə “qohumluq əlaqələri tapır”. Bu ölkələrdə KİV və QHT mövcud olsa da, sərt şəkildə nəzarət olunurlar. Bu, əslində Putinin Rusiyada yaratdığı sistem və deyəsən, Hun Senin nümunə götürdüyü modeldir.
Cənub-Şərqi Asiyanın digər ölkələri həm Rusiya, həm Çinə təsirini gücləndirmək üçün analoji imkanlar təqdim edir. Malayziya və Taylandda da müvafiq şərait var: Qərbin təsiri zəifləyib, bu ölkələrin hökumətləri “güclü əl” siyasəti nümayiş etdirir, cari ildə isə seçkilər nəzərdə tutulur.
Avqusta təyin olunan Malayziya seçkilərinə də Rusiyanın müdaxiləsi barədə eyhamlar səslənir. Ötən ay Rusiyanın rabitə və kütləvi kommunikasiya nazirinin müavini Aleksey Volin Rusiyanın “Sputnik” agentliyi və Malayziyanın media bazarının əsas oyunçularından biri “Bernama” şirkəti ilə əməkdaşlığı müzakirə etmək üçün Kuala-Lumpura səfər edib. Məlumata əsasən, hər iki şirkət materialların mübadiləsində və digər sahələrdə əməkdaşlıq barəsində razılığa gəliblər.
“Sputnik” anti-qərb xəbərləri ilə məşhurdur. ABŞ və Avropada isə bu xəbərləri çox vaxt “saxta xəbərlər” adlandırırlar. FTB Rusiya hökumətinin jurnalistika sahəsindəki iştirakının ABŞ qanunlarını pozub-pozmamasını araşdırır.
Bununla belə “Bernama” jurnalının baş redaktoru Zəkəriyyə Əbd Vahab (Zakaria Abd Wehab) tərəfdaşlığı yüksək qiymətləndirib. Baş redaktor, həmçinin qeyd edib ki, tərəfdaşlıq Malayziya auditoriyasına daha geniş xəbər spektri təqdim edəcək, eyni zamanda Malayziya xəbərlərini Rusiyaya və onun hüdudlarından kənara çatdıracaq.
Cənub-Şərqi Asiyanın perspektivli bazar olduğunu, Rusiyanın bu bazardan Çindən iqtisadi asılılığı azaltmaq üsulu kimi istifadə etmək istəyini inkar etmək olmaz. 2014-cü il Ukrayna böhranına görə Qərb sanksiyalarına məruz qalan Rusiya regional rəqibi ilə əməkdaşlığını aktivləşdirsə də, öz fişkalarını daha geniş dağıtmaq istəmir.
Asiya-Sakit Okean azad ticarət zonası ilə bağlı Putin noyabrda bunları deyib: “Bu konsepsiya bizim praktik maraqlarımıza uyğundur, o, bizə regionun sürətlə inkişaf edən bazarlarında mövqelərimizi möhkəmlətmək imkanı verir. Belə ki, son beş il ərzində Rusiyanın xarici ticarətində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq ölkələrinin payı 23%-dən 31%-ə, ixracında isə 17%-dən 24%-ə kimi artıb. Bu səviyyədə qalmaq fikrimiz yoxdur”.
Çinə ixracın sabitləşməsi zamanı prioritet istiqamətlərindən biri yeni silah bazarlarının inkişafıdır. Stokholm Beynəlxalq Sülh İnstititunun (SIRPI) məlumatına əsasən, ASEAN-ın altı əsas üzvü – İndoneziya, Malayziya, Filippin, Taylan, Vyetnam və Sinqapur – 2016-cı ildə silahlanmaya ümumilikdə təxminən 37 milyard dollar xərcləyiblər ki, bu da 2010-cu ilin göstəricisindən 30% çoxdur.
Moskva yaxınlığında iyulda keçirilən aviasiya sərgisində Rusiya Malayziya Hərbi Hava Qüvvələri üçün Rusiya istehsalı olan qırıcıların modernləşdirilməsi ilə bağlı saziş imzalayıb. “Saziş “Malayziya hərbi hava qüvvələri üçün “MİQ-29” qırıcılarının istismarı üzrə müqavilə öhdəliklərimizin uzadılmasını təsdiqləyir”, – qırıcıların istehsalı ilə məşğul olan “Rusiya Aviasiya Korporasiyası”nın baş direktoru İlya Tarasenko bildirib.
Malayziya “MİQ”-ləri 1994-cü ildə alıb, sonra onları Fransanın “Rafale” təyyarələri ilə əvəzləməyi planlaşdırıb. Fransanın sabiq prezidenti Fransua Olland (François Hollande) birbaşa Malayziyanın baş naziri Nacib Razaka (Najib Razak) sınaq nümunəsini göndərmiş, effektivliyini qeyd etmişdi. Lakin danışıqlardan xəbərdar olan mənbələrin verdiyi məlumata əsasən, Rusiya nəinki “MİQ” qırıcılarının modernləşdirilməsinin daha ucuz başa gələcəyinə israr edib, həmçinin bildirib ki, Malayziyaya yeni texnologiyalar da veriləcək. İndoneziya ötən il, həmçinin Rusiyanın “Su-35” qırıcı təyyarəsinin alınması ilə bağlı 1,5 milyard dollarlıq müqavilə imzalayıb.
Qərb ölkələri ilə sazişlər, ən azından səthi də olsa tez-tez insan hüquqları ilə bağlı olur, Rusiya ilə belə bir problem yaşanmır. Moskva kimi Cənub-Şərqi Asiya ölkələrinin çoxu da Çinin artan təsirindən ehtiyat edir və böyük dövlətlər arasında böyük balansa nail olmaq istəyirlər.
Bu, yenidən bizi Kambocaya, Çinin birbaşa investisiyalarının “bir nömrəli” istiqamətinə qaytarır. Kamboca və Çin Cənub-Şərqi Asiyada infrastruktur və kənd təsərrüfatının gələcək inkişafı üçün bir neçə milyard dollarlıq təxminən 20 saziş imzalayıb. Sazişlər və memorandumlar Hun Sen və Çinin baş naziri Li Kesyanın görüşü zamanı imzalanıb; layihələrə Pnompenlə yerli Çin sakinlərinə məxsus olan mehmanxana və kozinoların çoxunun yerləşdiyi kurort şəhəri Sianunkvili birləşdirən 200 kilometrdən çox uzunluğa malik sürətli avtomagistral, həmçinin yeni Pnompen beynəlxal hava limanı daxildir.
Kambociya əhalisi Çinin ölkə iqtisadiyyatına təsiri ilə bağlı qarışıq hisslər keçirirlər. Pnompendən olan 51 yaşlı Çan Son (Chan Sok) paytaxtda Çin biznesmenlərinin və turistlərinin sayının artdığını bildirib. Bu, Kambociya vətəndaşları üçün iş yerləri açsa da, o, rəqabətin güclənəcəyindən ehtiyat etdiyini deyib.
Vaşinqtonun narahatlığı
ABŞ isə öz növbəsində həm Çinin, həm Rusiyanın Cənub-Şərqi Asiyadakı nailiyyətlərinə görə narahatdır. Xarici siyasət müşahidəçiləri deyirlər ki, Vaşinqton keçmiş müttəfiqi kimi Tayland ilə münasibətlərini yaxşılaşdırmalıdır, bu, insan haqları və demokratiya ilə bağlı narahatlığın təxirə salınması demək olsa belə.
Sentyabrda Çin Taylandın şimal-şərq əyaləti olan Kxon-Kaendə 2021-ci ilədək silah saxlanması üçün mərkəz tikməyə razılıq verib. Banqkok investisiyaların 51%-ni öz üzərinə götürməlidir, qalanı isə Pekin ödəməlidir. Qonşu əyalət Nakhon Ratçasimada Çin istehsalı olan silah və avadanlıq üçün ehtiyat hissələri anbarının yaradılması planlaşdırılır.
Bu vəsait silah satışı üzrə danışıqlarda Çinə üstünlük verə bilər.
Xəbər verildiyi kimi, dekabrda ABŞ da analoji obyekt açmaq təklifi irəli sürüb. Taylandın müdafiə üzrə daimi katibi Teponq Tipayaçan (Theppong Tippayachan) və ABŞ müdafiə nazirinin Asiya-Sakit okean regionunda təhülkəsizlik məsələləri üzrə müavininin səlahiyyətlərini müvəqqəti icra edən Devid Helvi (David Helvey) Pentaqonda görüş keçirib. 2013-cü ildən bəri ikitərəfli müdafiə əməkdaşlığı üzrə yüksək səviyyəli ilk iclasda müdafiə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.
“Bangkok post” qəzeti Taylandın müdafiə nazirliyindəki anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ Tayland və Çinin münasibətlərinin dərinləşməsi ilə əlaqədar narahatlığını dilə gətirib.
ABŞ prezidenti Donald Trampın (Donald Trump) Tayland xuntasına müsbət yanaşması ilə bağlı başqa işarələr də olub. Oktyabrda Taylandın baş naziri, 2014-cü ildə baş verən çevrilişin lideri Prayut Çan-oça (Prayuth Chan-ocha) Ağ Evə ilk səfərini edib. Trampla görüşdə Prayut 2018-ci ilin noyabrında ümumi seçkilər keçirəcəyini vəd edib. Hər iki lider ticarət, habelə hərbi texnikanın tədarük imkanlarını müzakirə ediblər.
Prayutun seçkilərin keçiriləcəyi vaxtı bəyan etməsi AB-nin diplomatik əlaqələri bərpa etməsinə səbəb olub. Hazırda “Tayland ilə əməkdaşlığın tədricən siyasi bərpasını davam etdirmək məqsədəuyğundur”, – blokun bəyanatında deyilir. Taylandın baş nazirinin müavini Somkid Catuspritak (Somkid Jatusripitak) yerli mətbuat nümayəndələrinə açıqlamasında AB-nin belə bir qərar verməsindən dolayı şad olduğunu və birliyə minnətdar olduğunu bildirib.
Taylanddakı seçkilərdən sonra azad ticarət zonasında danışıqların bərpa olacağı gözlənilir. Müvafiq nazirliklərə AB ilə danışıqlara, həmçinin əsas üzv ölkələrlə mümkün ikitərəfli ticarət paktlarına hazırlaşmaq tapşırılıb.
Bununla belə, Qərb Cənub-Şərqi Asiyada itirdiyi mövqeyi geri qazanmaq üçün ağır mübarizə aparır. Fakt fakt olaraq qalır: Çin və Rusiya zorla tərəfdaşlarının boynuna insan haqları və demokratiya ilə bağlı tələblər qoymur. Bu da onları hakimiyyətdə qalmağa çalışan regional liderlərin gözündə cəlbedici xeyriyyəçi kimi göstərir."Xpressa"
Yukako Ono
“Asia Nikkei”
18 yanvar 2018-ci il
Xəbərin oxunma sayı : 187
Dünya
Xəbərlər
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
TOP 10
ARXİV