Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

SOCAR, Hollandiya şirkətinin aktivlərini alır – RAZILAŞAMA

Tarix 17.10.18, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Hollandiyanın “APM Terminals” şirkəti Türkiyədəki “APM Terminalleri Liman Isletmeciligi A.S.”in yeganə aktivinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) satılması ilə bağlı razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Razılaşmaya əsasən, “SOCAR Turkiye Enerji” “APM Terminalleri Liman Isletmeciligi A.S.”nin səhmlərinin 100%-nə sahib olacaq.

“Sövdələşmə Türkiyənin tənzimləyici orqanları tərəfindən qəbul edilməlidir və yaxın aylarda başa çatacağı gözlənilir”, – deyə “APM Terminals”ın məlumatında qeyd olunur.

Sövdələşmənin dəyəri açıqlanmır.

“”APM Terminals” “Petlim Container Terminal” adlanacaq terminalın idarəçiliyini davam etdirəcək. Hesab edirik ki, SOCAR həm ən üstün təhlükəsizlik standartlarına, həm də bu rayonda yanalma körpülərinin ən yüksək məhsuldarlığına malik olan terminalı bundan sonra da inkişaf etdirəcək”, – deyə “APM Terminals”ın məlumatında bildirilir.

Hollandiyalı şirkətin idarə etdiyi İzmirdəki Petlim Limanı, 700 metr sahil uzunluğuna, 1.5 milyon TEU tutuma malikdir. Ögey dənizi bölgəsinin dünya ticarətinə açıldığı qapı olan bu liman, Türkiyənin də ən böyük 3-üncü böyük konteyner mərkəzidir. /İnterfaks-Azərbaycan



Xəbərin oxunma sayı : 205




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap