Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səlim Müslümovla Heydər Əsədov yola salındı, deputat isə komitə sədri oldu – Hökumətdə dəyişiklik

Tarix 21.04.18, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, bu gün Prezident hökumətin yeni tərkibini təsdiq edib.

AzFakt.com xəbər verir ki, hökumət yenidən formalaşdırılarkən iki nazir və bir komitə sədri əvəzlənib.

Belə ki, deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. O, bu postda Baş nazirin müavinini Əli Həsənovu əvəz edib.

Prezidentin digər sərəncamları ilə kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifədən alınıb. Onun yerinə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov gətirilib.

Prezidentin digər diqqətçəkən sərəncamı isə İqtisadiyyat nazirinin müavini Sahil Babayevin Səlim Müslümovun yerinə –  Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsidir.

Onu da qeyd edək ki, başqa bir sərəncamla isə Bakı meri Hacıbala Abutalıbov vəzifəsindən azad olunaraq, Baş nazirin müavini təyin edilib.



Xəbərin oxunma sayı : 1432




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap