Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səhiyyə Nazirliyindən işdən çıxarılan həkimlə bağlı açıqlama: “Davam edərsə...“+ VİDEO

Tarix 19.01.18, 3:39

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunın həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirova ilə mübahisə etdiyi üçün işdən çıxarılıb. 

Xatırladaq ki, o, iclasda direktorin bir sıra əməllərinə etiraz edərək, sonda "Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm..."  deyib. Bu hadisəni əks etdirən video sosial şəbəkələrdə və bir çox saytlarda yayıldıqdan sonra isə, o, işindən azad edilib.

AzFakt.com unikal.org-a istinadən xəbər verir ki, məsələyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova aydınıq gətirib.

O, sayta işdən azad olunan həkimlə bağlı deyib ki, Səbinə Məmmədova yayılan məlum video ilə əlaqəli deyil, aşağıdakı səbəblərdən tutduğu vəzifədən kənarlaşdırılıb:

"Səbinə Məmmədovanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirova ilə bağlı iddaları olub. Sözügedən məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, iddiaları əsassızdır və sözügedən video ilə heç bir bağlılığı yoxdur. Onun işdən uzaqlaşdırılmasının əsas səbəbi isə iş yerini özbaşına tərk etmə, işdən icazəsiz qalma və ən əsası, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etməməsi olub”.

Liya Bayramova onu da deyib ki, Səbinə Məmmədova İnstitututa qarşı bu cür yalan informasiyaları mətbuata ötürməkdə davam edərsə, o, Səhiyyə Nazirliyinin "Qara siyahısı”na salınacaq.

Səbinə Məmmədova isə Səhiyyə Nazirliyinin bu açıqlama ilə konkret tərəf tutduğunu iddia edib: "Məndə bütün sübutlar var və işdən azad olunmağımla bağlı müraciət etmişəm. Bütün barəmdə deyilənlər şər-böhtandır. Məhkəmədə kimin haqlı-haqsız olduğu bilinəcək”.










Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap