|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Samir Şərifovun böyük TALANI - Beynəlxalq Bank 2 ildə 20 milyardı necə “uddu“?
Tarix 06.03.18, 5:00 |
|
Nəzarəti tamamilə Maliyyə Nazirliyində olan Beynəlxalq Bank batdıqca batır
Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ABB ASC) 2017-ci ilin may ayında 3,3 milyard ABŞ dolları həcmində xarici öhdəliklərin restrukturizasiyasını elan edib. Bank Azərbaycan hökuməti ilə birgə borcun bir hissəsini silməyi təklif edib. ABB London Yüksək Məhkəməsindən kreditorların iddialarının təmin olunmasına moratorium qərarı alıb. Proses bu ilin yanvarın 30-da tamamlanmalı idi. Moratorium kreditorların məhkəmənin razılığı olmadan ABB-yə və ya əmlakına qarşı hər hansı bir hərəkətə başlamağa və ya davam etməsinə imkan vermir. ABB moratoriumun vaxtının uzadılmasını xahiş edib, lakin bankdan üst-üstə 520 milyon dollar alacağı olan “Sberbank” və “Franklin Templeton İnvestisiya Menecmenti Limited” (FTIML) restrukturizasiya planının əleyhinə səs verib. İngilis hüququna əsasən, borc iflas proseduru səbəbindən silinə və ya başqa bir yurisdiksiyaya keçirilə bilməz. Məhkəmə iki təşkilatın da mövqeyini dəstəkləyib. Restrukturizasiya Apellyasiya Məhkəməsinin qərarına qədər başa çata bilməz.
6 milyardlıq problemli aktiv 20 milyarda çatdı(rıldı)
Ötən ilin may ayında bankın mətbuata açıqlamasında qeyd edilirdi ki, həmin vaxta qədər ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktivi dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün də banka 1,3 mlrd. dollar və 70 mln. manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 mln. manat hissəsi kapitalın artırılmasına yönəldilib. Həmin vaxta qədər banka dövlət tərəfindən ümumilikdə 12,8 mlrd. manat pul sərf edilib. Əvvəlcə xarici borcun məbləği deyilməsə də, indi məlum olur ki, bu da 3,3 mlrd. avro, yəni hazırkı kursla 6,6 mlrd. manat təşkil edir.
Başlanğıcda ABB-nin 5-6 milyarlıq problemli aktivlərindən söhbət gedirdisə, sonradan bu məbləğ 10 milyardı aşdı və bununla da qalmayıb, qısa zamanda 20 milyardı haqladı. Sadalanan rəqəmləri topladıqda hələlik 19,4 mlrd. manatlıq böyük bir vəsaitdən söhbət gedir. ABB cəmi iki ildə 20 milyarda yaxın pulu “udub”. Cəmiyyəti düşündürən ölkənin bir illik büdcəsinə bərabər borcun mənbəyidir. Proses qeyri-şəffaf keçirildiyindən zərərli aktivlərin həcminin 3 dəfədən çox artmasının gerçək səbəbi barədə məlumat yoxdur. Hökumətdə isə israrla susurlar.
Bankın fəaliyyətinin şəffaflığının təmin edilməməsi, hesabatlılığın olmaması da cəmiyyətdə neqativ rəylər formalaşdırır. Artıq 2018-ci ilin birinci rübü başa çatmaq üzrədir, web-saytında ABB-nin ən son maliyyə hesabatı 2016-cı ilin 6 ayına dairdir.Halbuki, bankın nəinki 2016-cı il, eləcə də 2017-ci ilin tam hesabatı indiyə qədər açıqlanmalıydı. Əvvəlki rəhbərliyin dövründə bütün hesabatlar sayta yerləşdirilirdi. Bəlli ki, ciddi problemlərin müqayisədə ortaya çıxacağı üzündən son iki il yarımın hesabatını açıqlamaqda tərəddüdlər var. Bununla yanaşı, durumdan təkcə dövlət deyil, fiziki şəxs olan kiçik ortaqlar da əziyyət çəkirlər. Artıq 3 ildən çoxdur ki, onların səhmlərinə dividend hesablanmır və bu barədə danışan yoxdur.
Borcların 80%-nin arxasında real təminat olub: 3,5 mlrd. manat 30 şirkətə çatıb
ABB-nin problemli aktivlərinin yalnız qaytarılmayan kreditlərlə bağlı olub-olmadığı, problemə çevrilən başqa aktivlərin mövcudluğu barədə hər hansı bilgi verilmir.2015-ci il 1 yanvar tarixinə Bankın bütün aktivlərinin 86%-ni və ya 7,9 mlrd. manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin 2014-cü ilin sonunadək yarandığını söyləyir, belə nəticə çıxarmaq olur ki, problemli aktivlər, əsasən, qaytarılmayan kreditlərlə bağlıdır. Bankın hesabatına əsasən, yenə həmin tarixə kreditlərin təxminən 1 mlrd. manatı və ya 14%-i fiziki şəxslərə verilib. Yerdə qalan 7 mlrd. manata yaxın krediti (bütün kteditlərin 86%-i) alan korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditlərin 50%-i – təxminən 3,5 mlrd. manatı 30 şirkətə çatıb. Problemli kreditlərin yaranmasında böyük həcmli borcların payının nə qədər olduğu maraqlıdır. Borc öhdəliyini yerinə yetirə bilməyən subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməyib. ABB-nin 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 mln. manatı təminatsız olub. 3,5 mlrd. manat kreditə daşınmaz əmlak, 2,1 mlrd. manata daşınar əmlak əsasında zəmanət verilib.
Statistik rəqəmlərin təhlili deməyə əsas verir ki, müəssisə və şirkətlərə verilən borcların 80%-ə qədərinin arxasında real təminat olub. Bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsinin səbəbi aydın deyil. O əmlaklar satılıb, borc qapana bilərdi. Bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsinin geri qayıdıb-qayıtmadığı barədə məlumat verilmir.
Bankla əlaqəsi olmayan şəxslər də əmlaklarından məhrum ediliblər
Əlavə olaraq 1 mlrd. mantdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasında fors-major şəraitlərdə borc götürənə zamin duran üçüncü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Zamin duran şirkətlər, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirilməsi barədə də açıqlama yoxdur. Hazırda ABB-nin iri məbləğdə kreditlər ayırdığı müəssisələrin bəziləri satılıb, bir sıra şirkətlər əl dəyişdirib, yerdə qalanlar da ilin sonunda satışa çıxarılıb. Əslində, onların girov qoyduqları əmlaklar vaxtında satılmış olsaydı, özləri girov predmetinə çevrilməz, bank da bu duruma düşməzdi.
Amma məlumatlara görə bankda girov predmeti olmayan əmlaklar da məhkəmə qərarları ilə sahiblərindən alınıb. Bankdan kreditləşən müəssisələr məhkəmələr tərəfindən dövlətin xeyrinə götürülüb və payçıları səhmlərinin dəyərini almadan kənarda qalıblar. “İnter Textile” ASC, “Kainat” ASC, “Bakı Dəmir Beton-7” ASC, “Səyyarmextikinti” ASC və “Tikinti materiallar Kombinatı” ASC-nin səhmdarları bu səbəbdən bir müddət əvvəl Prezident İlham Əliyevə müraciət ediblər. Onlar Maliyyə Nazirliyindən (MN), Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və problemli aktivlər idarəetməsində olan “Aqrarkredit” ASC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Məmməd Musayevin qanunsuz hərəkətindən şikayət ediblər. Bildiriblər ki, “Aqrarkredit” səhmdarı olduqları ASC-lərin əmlakını məhkəmə yolu ilə müsadirə edir. Halbuki, kiçik ortaqların qiymətli kağızları girovda olmayıb. Ancaq məhkəmə prosesləri onlarsız keçirilir və onlar tərəf kimi qəbul edilmirlər. Nəticədə, bankla əlaqəsi olmayan şəxslər də əmlaklarından məhrum ediliblər.
Problemli kreditlərin 3 milyard olduğu Maliyyə Nazirliyində etiraf edilib
ABB-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri məhkəmə iclaslarında deyib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri olub və onlar bankda oturub bütün qərarlara qol çəkiblər. Cahangir Hacıyev: “Amma ittiham aktında Audit Komissiyası, Müşahidə Şurası, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var”.
Bu çıxışlarından sonra maliyyə naziri C.Hacıyevə mətbuat vasitəsilə cavab verdi. Samir Şərifov Beynəlxalq Bankın borcları barədə danışarkən bildirirdi ki, bankın sabiq rəhbərliyi kobud səhvlərə yol verib: “Bir çox hallarda müşahidə şurasının qərarlarına əməl edilməyib, bu qərarlar pozulub və bank barədə məlumatlar təhrif olunub. Nəticə etibarı ilə bu bankda mənimsəmə halları müşahidə edilib. Əlaqəli şəxslərə dolayı yollarla pullar verilib, o pullar da çıxarılıb, lazım olmayan işlərə sərf olunub. Hazırda pis işləyən müəyyən zavod, fabrikləri sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpasına sərf edəcəyik…”
Nazirliyin sözçüsü isə açıqlamasında yalnız 3 mlrd. həcmində bir kreditdən bəhs edib. Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev deyib ki, “qaytarılmayan kreditlərin ayrılması bilavasitə Cahangir Hacıyevin şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilib. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulub. Limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi. Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və sahibliyi ona məxsus olan müxtəlif offşor şirkətlərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilib və ya nağdlaşdırılaraq mənimsənilib.
2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq hüquqi və fiziki şəxslərə 1,5 milyon manat limitindən yuxarı məbləğlərdə, ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilib, onların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib. Eyni zamanda bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti offşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmayıb.
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon dollar və 261 milyon manat təşkil edib, kreditlərin hamısı bağlanıb”.
Elan olunan zərər iittiham aktındakından 92 dəfə çoxdur
Son elan olunan rəqəm bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində irəli sürülən ittiham aktındakından təqribən 92 dəfə çoxdur. Məhkəmənin hökmündə göstərilib ki, Cahangir Hacıyevə və digərlərinə qarşı qaldırılmış iki – Beynəlxalq Banka dəymiş 211 mln. manat və “Aqrarkredit” QSC-yə dəymiş 7 mln. 423 min manatlıq mülki iddiaların biri tam, biri isə qismən təmin edilib. İttiham aktında qeyd edilən 211 milyondan 102 mln. manatı ödənilib, qalan 109 mln. isə bağlanmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi barədə qərar verib. Sonda məhkəmənin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, ondan 63 mln. manat tutularaq Beynəlxalq Banka ödənilməsi barədə qərar verilib. Yəni, Hacıyevə qədər ortada milyardlıq bir zərər olmayıb. Olsaydı, bu, elə məhkəmədə səslənərdi, iddia aktına salınardı, geri tələb edilərdi və s. Burdan da belə nəticəyə gəlmək olar ki, sözügedən zərər sonradan yaranıb.
Dövlətin ABB-dəki payı 95%-ə necə çatdı?
Hacıyev və ya başqa biri istəsəydi belə bu qədər zərəri təkbaşına yarada bilməzdi. Çünki bankın idarəetməsi əsas səhmdarı olan dövlətin əlindədir. Proseslərin əvvəlində ABB-nin səhmlərinin 51%-nin Maliyyə Nazirliyinin timsalında dövlətə məxsus olduğu bildirilirdi, amma məhkəmə prosesi başa çatanda dövlətin payı artıq 80% civarında idi. Web-saytında Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən 01.12.2017-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankı ASC-nin nizamnamə kapitalının strukturu belədir: faktiki nizamnamə fondunda dövlət və dövlət müəssisələri 95.05%, o cümlədən, Maliyyə Nazirliyi 80.49%, “Aqrarkredit” QSC 14.56%, qeyri-dövlət müəssisələri 0.4%, fiziki şəxslər 4.55% paya sahibdir. Bankda dövlətin payını 95%-ə nə zaman çatdırdılar, bilinmir. Çünki bu barədə açıqlama verilməyib. Bəlli ki, dövlət payına qatılan səhmlər C.Hacıyev və çevrəsinə məxsus olub. Keçmiş bankir məhkəmə proseslərində özünə və yaxınlarına aid səhmlərin əlindən alındığını bildirmişdi…
Rasim Əliyev
Xəbərin oxunma sayı : 1105
Gündəm
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
TOP 10
ARXİV