Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sabah hava necə olacaq? – Proqnoz

Tarix 17.07.18, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

AzFakt.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında iyulun 18-də əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, iyulun 18-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap