Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiyada məhbusların Ukrayna ilə döyüşə göndərilməsi planlaşdırılır - KİV

Tarix 06.07.22, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada həbsxanalarda qalan məhbusların Ukrayna müharibəsi üçün cəbhəyə göndəriləcəkləri planlaşdırılır.

Britaniyanın “Daily Mail” nəşrinin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin kadr probleminə həll yolu tapmaq üçün fövqəladə qərar verib. Qəzetin verdiyi məlumata görə, Rusiya Ukraynada döyüşmək üçün məhbusları cəlb etməyə başlayıb.

Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən “Wagner” qruplaşması həyata keçirib. Məhbusların “Ukraynada nasistləri ovlamaq üçün” işə götürüldükləri deyilir.

İşə götürülən hər məhbusa aylıq iki yüz min rubl (üç min funt) maaş verildiyi, altı aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.

Yablonevka, Obuxovo və Fornosovo həbsxanalarında işə qəbul başlayıb. Məhbuslardan birinin qohumu nəşrə müsahibəsində deyib ki, “Müstəntiqlər cümə günü axşam saatlarında Yablonevkaya gəliblər. Onlar məhkumlarla danışıb vətəni müdafiə etməyi xahiş ediblər”.

“Məhkumlara deyilib ki, nasistləri tapmaq asan deyil, ona görə də hamı geri qayıda bilməyəcək. Hakimiyyət bəyan edib ki, gedənlərin yalnız 20 faizinin geri dönəcəyini gözləyirlər. Sağ qalan məhbuslar əfv olunacaqlar və onlara 200 min rubl mükafat veriləcək. Ölənlərin ailələrinə də beş milyon rubl təzminat vəd edilib. Amma bütün bu razılaşmalar yalnız şifahi olacaq və heç vaxt kağız üzərində yazılmayacaq”.

Adı açıqlanmayan bir mənbə həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, 40 nəfərin işə götürüldüyünü və məhbusların yalan detektoru ilə sınaqdan keçirildiklərini iddia edib.



Xəbərin oxunma sayı : 943




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap