Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib - VİDEO

Tarix 25.01.23, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycan əleyhinə təxribat bu dəfə “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv” siyasi tok-şousunda baş verib.

Siyasi ekspert Dmitri Kulikovun aparıcısı olduğu proqramın 24 yanvar tarixli efirində erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələrə yol verib.

O, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib.

Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.

Onu da vurğulayıb ki, həmin proqramda heç Azərbaycan müzakirə mövzusu olmayıb. Əsas müzakirə mövzusu Türkiyə-NATO münasibətləri və Ukraynadakı müharibə olub.

Ukraynadakı macarların rəsmi Kiyev tərəfindən guya bilərəkdən Ukraynanın şərqindəki müharibəyə göndərildiyini iddia edən Stepanyan həmin vaxt canlı efir imkanından istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirməyi unutmayıb.

Qeyd edək ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən televiziya kanallarında, kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə təxribatlar mütəmadi baş verir. Bu təxribatlar İkinci Qarabağ müharibəsi zamanı, ondan əvvəl və sonra da müşahidə olunub.






Xəbərin oxunma sayı : 424




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap