“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Restoranın kameralarını söndürdü, pulları oğurladı - Kassir tutuldu

Tarix 25.11.23, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda "Korsar" balıq restoranından oğurluq edən kassirə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Cavid Kamilov (ad-soyad şərti) 8 ildən artıq müddətdə "Korsar" restoranında kassir kimi fəaliyyət göstərib. 2023-cü ilin yay aylarına qədər sözügedən restoranda işləsə də, müəmmalı səbəblərdən işdən çıxarılıb. O, işsiz qaldığı üçün  restorandan oğurluq etmək qərarına gəlib. 

Belə ki, Cavid restoranın kassasında axşamlar pul saxlanıldığını və həmin pulun səhər iş başlayan zaman sayılıb götürüldüyünü bilib. Bu səbəbdən gecə saatlarında restorana daxil olaraq, oğurluq etmək qərarına gəlib.

Səhər saat 4.00 radələrində restoranın yanına gəlib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra arxa tərəfində yerləşən mətbəxə açılan pəncərəni əli ilə itələyib açaraq, içəri daxil olub. Restorana daxil olduqdan sonra müşahidə kameralarını söndürüb. Daha sonra isə kassa olan hissəyə yaxınlaşaraq, 2.000 manat məbləğində pulu oğurlayıb və restoranı daxil olduğu kimi tərk edib.

Restoranın sahibi bu barədə DİN-in 102 xidmətinə məlumat verib. Bundan Cavid Kamilov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Cavid Kamilova 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 



Xəbərin oxunma sayı : 934




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap