Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Quyular azalanda neft hasilatı artır, quyular artanda qaz hasilatı azalır – SOCAR-dan maraqlı statistika

Tarix 03.10.25, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Son 6 ildə Dövlət Neft Şirkətində (SOCAR) neft quyularının sayı 2,4 dəfə və ya 3 585 ədəd azalıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2019-cu ildə SOCAR-da ümumilikdə 6 153 neft quyusu olduğu halda ötən il onların sayı 2 568-ə düşüb.

Qeyd edək ki, neft quyularının sayında kəskin azalma olsa da, neft hasilatında daha az azalma qeydə alınıb. Belə ki, son 6 ildə neft hasilatı 5,6% və ya 353,7 min ton azalıb. SOCAR 2019-cu ildə 6 milyon 346,3 min ton, 2024-cü ildə isə 5 milyon 992,6 min ton neft hasil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 2019-cu ildə SOCAR hər quyudan orta hesabla 1 031 ton neft hasil etdiyi halda, 2024-cü ildə hər quyudan orta hesabla 2 333 ton neft hasil edib.

Onu da bildirək ki, qaz quyuları və qaz hasilatı ilə bağlı göstəricilərdə isə yuxarıda qeyd olunanların əksi müşahidə olunub. Son 6 ildə SOCAR-da qaz quyularının sayı 2,1 dəfə artaraq 109 ədəddən 230 ədədə yüksəlib. Bu dövrdə qaz hasilatı 4,6% və ya 256,7 milyon kubmetr azalıb. SOCAR 2019-cu ildə 5 milyon 619,4 milyon kubmetr, 2024-cü ildə isə 5 milyon 362,7 milyon kubmetr qaz hasil edib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, 2019-cu ildə SOCAR hər quyudan orta hesabla 51,5 milyon kubmetr qaz hasil etdiyi halda, 2024-cü ildə hər quyudan orta hesabla 23,3 milyon kubmetr qaz hasil edib.



Xəbərin oxunma sayı : 859




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap