Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qazaxıstana 98 min rusiyalı gedib: Tokayev Rusiya tərəfi ilə danışıqlar aparacaq

Tarix 27.09.22, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstana sentyabrın 21-dən etibarən 98 minə yaxın Rusiya vətəndaşı gedib.

Bu barədə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov məlumat verib.

“Sentyabrın 21-dən indiyədək 98 minə yaxın rusiyalı Qazaxıstana daxil olub, 64 min 234 nəfər isə ölkəni tərk edib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, sentyabrın 21-dən ölkənin 8 000-dən çox qeyri-rezidenti Qazaxıstanın fərdi identifikasiya nömrələrini alıb.

Qazaxıstanda fərdi identifikasiya nömrəsi 12 rəqəmli kombinasiyadır. Xarici vətəndaşlar Qazaxıstan banklarında hesab açmaq, Qazaxıstanda daşınmaz əmlak və nəqliyyat vasitəsi almaq, bizneslə məşğul olmaq üçün bu identifikasiya nömrəsini almalıdırlar.

Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Rusiya tərəfi ilə danışıqlar aparacağını açıqlayıb.

Danışıqlar ölkəyə gələn Rusiya vətəndaşlarının sayının artması ilə bağlı problemin həllini nəzərdə tutur.

Siyasətçi bunu Türküstan şəhərində ictimaiyyətlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, rusiyalıların əksəriyyəti “indiki çıxılmaz vəziyyətə görə” vətənlərini tərk etməli olub. Prezident bu insanların qayğısına qalmağa, onların təhlükəsizliyini təmin etməyə çağırıb. Eyni zamanda bunun siyasi və humanitar məsələ olduğunu vurğulayıb. Dövlət başçısı hökumətə lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.

“Xaricdən gələn qonaqlara köməklik göstəriləcək, lakin onlara heç bir üstünlük verilməyəcək.  Bütün məsələlər qanuna və öhdəliklərimizə uyğun aparılmalıdır”, - deyə Tokayev əlavə edib.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 421




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap