|
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...” – Şok təfərrüat
Tarix 05.11.24, 21:03 |
|
Samux rayonunda 2001-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqarı (adlar şərti verilib – red.) öldürüb.
Ceyhun ötən il noyabrın 9-da saat 16 radələrində Samux rayonunun kəndində toy məclisində spirtli içki qəbul edib. O, toy mağarının qarşısında dayanarkən 1986-cı il təvəllüdlü həmkəndlisi Vüqarın arvadı Nazlı ilə toydan çıxaraq getdiklərini görüb.
Əvvəlki günlərdə arvadı ilə Ceyhunun intim münasibətdə olmasından şübhələnən Vüqarın onunla mübahisəsi olub. Buna görə Ceyhun vaxtilə Vüqarla mübahisə etməsini səbəb kimi bəhanə edib və toy mağarından çıxan ər-arvadın arxasınca düşüb. Mağardan 60 metr məsafədə Vüqarı bıçaqla hədələyib, ona nalayiq söyüşlər söyüb.
Daha sonra öldürmək məqsədi ilə Vüqarı münaqişəyə cəlb edib, əlbəyaxa dava zamanı onu bıçaqlamaq istəyib. Vüqarın qaçmaq cəhdinə baxmayaraq, arvadının gözü qarşısında ona bıçaqla zərbə vurub. Vüqar aldığı xəsarətdən ölüb.
“Üzrlü saymağımı xahiş etdi”
İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddələri ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə baş verməzdən 7-8 ay əvvəl mərhum Vüqarın qapılarının qarşısından keçib: “Həmin vaxt Vüqarın atası mənə gəlini Nazlının yanına nə üçün gəldiyimi soruşub öz evinə girdi. Halbuki mən Vüqargilin evinə getməmişəm. Sadəcə Vüqarın yaşadığı evin həyətinin qarşısından keçmişəm. Kənd yeri olduğundan evlərin qapıları bir-birlərinə yaxın olur.
Bundan əvvəl Vüqar iş yerində mənim yaxşı oğlan olmamağım barədə ifadələr işlətmişdi. Bu söhbətə görə Vüqarın evinə gedib ondan nə pis şey etdiyimi soruşdum. O mənə yaddaş problemi olduğunu və dediklərinə görə üzrlü saymağımı xahiş etdi”.
“Gəlinləri ilə intim münasibət saxaldğımı deyirdilər”
Ceyhunun ifadəsinə görə, bir neçə gün sonra kənddə əsgər qonaqlığı olub: “Orada iştirak etdim. Qonaqlıqdan çıxanda Vüqar öz evində çay içməyimizi təklif etdi. İçkili olduğumdan gedə bilməyəcəyimi desəm də, Vüqar təkid etdi. İçkili olduğum üçün evlərində qaytardım. Bu hadisədən sonra Vüqarın kənddə mənim onun evində qaytardığımı dediyini eşitdim. Bu səbəbdən aramızda yenə söz-söhbət yarandı. Vüqargilin əlindən kəndə gələ bilmirdim. Mənə gəlinləri Nazlı ilə aramızda intim münasibət olduğunu deyirdilər. Lakin elə şey olmamışdı.
Bir dəfə avtomobillə kəndə gələndə Vüqarın anası məni daşladı, əlində yaba ilə hədələdi. Buna görə Mingəçevir şəhərinə gedərək 3-4 ay bibimgildə qaldım. Oradan işləmək üçün Laçın rayonuna getdim.
Laçından qayıdandan sonra atam evdə olmadığından onun əvəzinə toya getdim. Pul yazdırıb mağarın qarşısında dayananda Vüqar məndən nə üçün arvadına baxdığımı soruşdu. Mən də Nazlıya baxmadığımı, mənimlə Nazlının adına söz çıxardığını söylədim.
Dedim ki, arvadını atası evinə qoymuşdun, sonra geri gətirdin, yaxşı kişi olsaydın, bu cür etməzdin. Aramızda yenə söz-söhbət yarandı və mağardan çöldə dalaşdıq. Vüqar məni vurdu, mən də yıxıldım. Daha sonra özümü qorumaq üçün onun qoluna bir bıçaq atdım. Lakin bıçaq ürək nahiyəsinə dəydi. Mən Vüqarın ölməsini istəməmişəm”.
“Nə üçün ailəsini dağıtdığımı soruşdu”
Təqsirləndirilən şəxs daha sonra bildirib ki, kənddə Nazlı ilə münasibətdə olması barədə söz-söhbəti Vüqarın atası Ramil yayıb:
“Bu barədə Ramil mənim atama da demişdi. Lakin atam bununla bağlı mənə heç bir söz söyləməmişdi. Bunları Mingəçevirdən qayıtdıqdan sonra bildim.
Ramil mənim evlərinin qarşısında görərək gəlini Nazlı ilə gəzdiyimi dedi. Lakin Vüqarın özü mənə bu barədə heç nə deməyib. Vüqarla aramızda Nazlı ilə bağlı söz-söhbətə görə dava olmayıb. Nə mən, nə də Vüqar biri-birimizdən polisə şikayət etməmişik.
Atası Ramilin sözlərindən sonra Vüqar arvadı Nazlını atası evinə qoydu. Bundan sonra mənə zəng edərək nə üçün ailəsini dağıtdığımı soruşdu. Mən isə belə bir şeyin olmadığını dedim. Bildiyimə görə, Vüqarla Nazlı boşanmaq üçün məhkəməyə də müraciət etmişdilər.
Nazlı ilə aramızda münasibət olmasından nə üçün şübhələndiklərini bilmirəm. Nazlını kənd sakini kimi tanımışam”.
“Adıma söz çıxardıqlarını dedim”
Ceyhun qeyd edib ki, Vüqar bir qədər sonra arvadı Nazlını evlərinə qaytarıb: “Əgər münasibətimiz olsaydı, Vüqar Nazlını yenidən evlərinə qaytarmazdı.
Hadisə günü atamın əvəzinə toya getdim, mağardan çıxaraq pul yazırdım, çöldə sinif yoldaşım Kənanla siqaret çəkdim. Bir qədər sonra Kənan mağara qayıtdı, mən də evə getmək istədim. Bu vaxt Vüqar qabaqda, arvadı Nazlı isə arxada mağardan çıxaraq evlərinə getdilər.
Mən toyda iştirak etsəm də, Vüqarı mağarda görməmişdim. Vüqar mağardan çıxarkən heç bir səbəb olmadan nə üçün arvadı Nazlıya baxdığımı soruşdu. Mağardan təxminən 70 metr aralandıqdan sonra Vüqar geriyə çevrildi, nə üçün arxaları ilə gəldiyimi dedi. Mən də yavaş-yavaş ona yaxınlaşdım, işlətdiyi sözlərin yaxşı olmadığını, adıma söz çıxardıqlarını dedim.
Vüqar məni söydü, Nazlının yanında dalaşdıq. Vüqar söyüş söyərək sinəmdən yumruqla vurdu, tutaşdıq”.
Ceyhunun ifadəsinə görə, bir dizi üstə yerdə üzbəüz Vüqarla dayanıblar: “Vüqar yerdən daş götürərək kürəyimə, ardınca yumruqla qulaq nahiyəmə vurdu. Kürəyi üstə yerə yıxıldım. Vüqar üzərimə çıxaraq məni vurdu. Özümü qorumaq üçün gödəkçəmin cibində bağlı olan bıçağı çıxardım, qol nahiyəsindən vurmaq istədim. Lakin sonra bildim ki, bıçaq onun ürəyindən dəyib.
Vüqarı bıçaqla vurduqdan sonra arvadı Nazlı qışqırdı. Mən qorxduğum üçün evə qaçdım.
Üzərimdəki adi cib bıçağı idi. Onu Laçın rayonunda işləyən zaman döyüş bölgəsi olduğu üçün üzərimdə gəzdirirdim. Mən Vüqara bir bıçaq xəsarəti yetirmişəm. Öldürmək fikrim olsaydı, ona bir yox, on-on beş bıçaq vurmuş olardım.
Hadisədən dərhal sonra oradan qaçdım. Bıçağı məktəbin yaxınlığında suya atdım. Həmin yerə baxış keçirilsə də, bıçaq tapılmadı”.
“Gəlini güdməyə başladım”
İş üzrə zərərçəkmiş Vüqarın hüquqi varisi qismində ifadə verən atası Ramilin sözlərinə görə, kənddə Ceyhunla Nazlı arasında münasibət haqda söz-söhbət eşidib: “Bundan əvvəl kənd icra nümayəndəsi mənə bildirdi ki, iki dəfə Ceyhunu yanına çağıraraq camaatın evini dağıtmamağı tapşırıb, daha sonra Ceyhunun atası Xəlilə oğlunun etdikləri barədə danışıb, oğluna nəzarət etməli olduğunu bildirib.
Kənd icra nümayəndəsi sözünün keçmədiyini dedi. Mən Vüqarın evini güdməyi qərara aldım. 2023-cü ilin mayın 29-da və ya 30-da evi güdsəm də, Ceyhunu görmədim”.
Ramil qeyd edib ki, iyunun 2-də axşam yenə Vüqarın evinin qarşısında olan təndirin yanında gəlini Nazlını güdüb: “Gəlinim və nəvəm Çinarə də evdəydi. Televizorun işlədiyini gördüm. Gizləndiyim yer kölgəydi, hava qaranlıq olmasına baxmayaraq, ətraf aydın seçilirdi. Bu zaman evdə telefona zəng gəldi və 12 yaşlı nəvəm evdən çıxaraq anası Nazlını çağırdı.
Nazlının evdə olduğunu fikirləşdim, amma o, evin qarşısında olan tikilidən çıxdı. Mən Ceyhun gəlsə, görəcəyimi düşündüm.
Nazlı çıxandan sonra Çinarə anasına bir nəfərin sabah onu işləməyə çağırdığını dedi. Bu vaxt Ceyhun evin qarşı tərəfindəki tikilidən çıxaraq qaçdı və dayandığım yerin yaxınlığındakı təndirin arxasında gizləndi. Nazlı nəvəm Çinarəyə sabah işi olduğunu dedi”.
“Gəlinimlə birlikdə tutduğumu dedim”
Ramil bildirib ki, daha sonra nəvəsi Çinarə evə girib, gəlini Nazlı isə Ceyhunun yanına qayıdıb, onun qarşısında paltarını aşağı çəkib: “Bunu görəndə “nə edirsiniz, sizi öldürəcəm” dedim. Ceyhun qaçdı, Nazlı isə evə keçdi.
Nazlının yanına gedərək dedim ki, üç gündür sizi güdürəm, hazırlaş, ata evinə gedəcəksən. Daha sonra Nazlının atasına zəng edərək olanları danışdım. Atası Nazlını evlərinə göndərməyimi istədi. Oğlum Vüqara da baş verənləri danışdım.
Səhəri gün tezdən Ceyhungilə getdim. Ata-anası qarşıma çıxdı. Onlara Ceyhunla Nazlını hansı vəziyyətdə tutduğumu söylədim. Ceyhunun atası nə üçün elə oradaca oğlunu öldürmədiyimi, nəsillərində elə xarab adamın olmadığını dedi.
Ceyhun qaçdıqdan sonra həmkəndlim Əfsənin yanına getdim. Ona Ceyhunla Nazlının birlikdə tutduğumu dedim”.
“Pəncərədən evə gəlib-gedirmiş”
Ramilin ifadəsinə görə, daha sonra evə qayıdıb, oğlu Vüqar boşanmaq üçün məhkəməyə müraciət edib: “Lakin Nazlının oğlumdan əvvəl məhkəməyə müraciət etdiyini bildik.
Boşanmalarına az qalmış oğlum Çinarənin anasız böyüməsini istəmədiyindən Nazlı ilə barışaraq onu evə gətirdi. Nəvəm Çinarə mənə sonradan Ceyhunun nərdivanla pəncərədən evə gəlib-getdiyini dedi.
Hadisə günü mən də toya getmişdim, Ceyhunun oraya gəldiyini görmüşdüm. Onun əlində bıçaq vardı. Bıçaqla almanı dörd yerə bölərək yanındakı Yasinə verdi.
Yasin yemək istəmədiyini dedikdə Ceyhun bunun mənası olduğunu və bu bıçaqla bu gün kimisə həyatdan məhrum edəcəyini dedi. Mən Ceyhunun əlində bıçaq oynadaraq toya pul yazdırdığını da gördüm. Bundan sonra evə getdim.
Sonradan eşitdiyimə görə oğlum Vüqar, Nazlı və nəvəm Samir mağardan çıxaraq evə getmək istəyiblər. Ceyhun bizi güdürmüş. O, Vüqara “dayan, səninlə işim var” deyib. Sonra qətl hadisəsi baş verib”.
“Məni Ceyhunla tutması barədə söz-söhbət yaydı”
İş üzrə şahid qismində ifadə verən Nazlının ifadəsinə görə, Ceyhun bir-iki dəfə onlara, əri Vüqarın yanına gəlib-gedib: “Ceyhun ya həmyerli kimi Vüqarla söhbət etmək, ya da xarab telefonunu düzəltdirmək üçün gəlib.
Bir gün axşamüstü ərim Vüqar evdə olmayan vaxt Ceyhun gəlib Vüqarı çağırdı. Mən Vüqarın evdə olmadığını dedim. Bu məsələyə görə də qayınatam Ramil məni Ceyhunla birlikdə tutması barədə kənddə söz-söhbət yaydı. Həmin gecə uşaqlarımı əlimdən aldılar. Qayınanam, kürəkənləri və ərim məni döyə-döyə evdən qovdular.
Mən təxminən 4 ay atamın evində qaldım. Barəmdə Ceyhunla bağlı deyilməyən söz qalmadı. Hətta boşanmaq üçün məhkəməyə də müraciət etdim. Lakin Vüqar barışmağımızı xahiş etdiyindən boşanmadım, ər evinə qayıtdım. Daha qohumlardan heç biri məni danışdırmadı.
Hadisə günü mən ərimlə birlikdə dayım qızının oğlunun kiçik toy məclisinə getmişdim. Toyda ərim Vüqar Ceyhunu orada gördüyü üçün dayanmadı. Biz mağardan çıxaraq evə tərəf gedəndə Ceyhun əlində bıçaq arxadan gəldi. Onları ayırmaq üçün aralarına keçdim.
Vüqar yerdən böyük daş götürərək Ceyhunun kürək nahiyəsindən vurdu. Zərbənin təsirindən Ceyhun üzüaşağı yerə yıxıldı. Mən isə qışqırdım. Ceyhun yerə yıxıldıqdan sonra ərimlə yerdə süpürləşməyə başladı. Daha sonra Ceyhun Vüqara bıçaqla xəsarət yetirdi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Ceyhun 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 652
Kriminal
Xəbərlər
-
“Suriyadakı müxalifətin bütün tərəfləri ilə təmasdayıqdır“ - Rusiya XİN
-
Müharibədə Ukraynanın 43 min hərbçisi həlak olub - Zelenski
-
Politoloq Azər Qasımlı saxlanıldı - Nədə ittiham olunur?
-
Suriya Milli Ordusu Mənbici PKK/YPG-nin işğalından qurtardı - VİDEO
-
Müdafiə Nazirliyi həftənin icmalını yaydı - VİDEO
-
Xarici investorlar tikinti sektorunda: Xüsusi tədbirlər planına ehtiyac var
-
“Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq“ - Hakan Fidan
-
“Meydan TV”nin əməkdaşları barəsində qərar verildi - 4 ay həbs
-
“Putini yaxşı tanıyıram, hərəkətə keçməyin vaxtıdır” - Tramp
-
Şəmsi Səmədzadə Özbəkistanda saxlanıldı - Nədə ittiham olunur?
-
Yeni yaradılan ixtisasların məzunları iş tapa biləcək? - Açıqlama
-
Mahmud Mahmudov vəfat etdi - FOTO
-
Suriyada yeni sivilizasiya dövrü quracağıq - Əl-Culani suriyalılara müraciət etdi
-
Hava şəraiti dəyişkən buludlu olacaq, arabir yağış yağacaq - Sabah havası
-
Azərbaycanda kimlərin pensiyasının yanvarın 1-dən artacağı MƏLUM OLDU
-
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
-
Azərbaycan ipəkçiliyi təhlükədə: Toxum və qurd problemi
-
“İsrail tankları Suriyaya daxil olub“ - KİV
-
Əsədin hakimiyyəti başa çatdı - Suriya Ordusu təslim oldu
-
“Bayden Suriyadakı hadisələri diqqətlə izləyir“ - Ağ Ev
-
Suriyada müxalif birləşmələr Dəməşqə girdi - Küçələrdə atışma səsləri eşidilir
-
Azərbaycanda ən yüksək cərimə neçə manatdır? - Açıqlama
-
Əsəd ABŞ administrasiyası və Trampla əlaqə saxlamağa çalışıb - Bloomberg
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - FOTO
-
Türkiyə Super Liqası:“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi
-
Zelenski Trampla görüşündən danışdı: Tramp qəti mövqedədir...
-
Bəzi sahibkarların vergi yükü azaldıla bilər - VİDEO
-
Dünyada yumurtanın ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gələcək? - VİDEO
-
Bəşər Əsədin sərvəti açıqlandı - Suriyanın 7 illik büdcəsinə bərabərdir
-
Gələn ildən daha çox vətəndaş ipoteka kreditlərindən faydalana biləcək - VİDEO
-
“Ukraynada 600 min hərbçi itirən Rusiya...” - TRAMP
-
Bakıda havanı ən çox bu rayonlar çirkləndirir - Tam siyahı
-
15-17 yaşlı yeniyetmələr 122 uşaq dünyaya gətirib - ŞOK RƏQƏMLƏR
-
Suriyada müxalif qüvvələr irəlləyir - Daha 3 şəhər ələ keçirildi
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” xal itirdi, “Araz Naxçıvan” liderliyə yüksəldi
-
29 xüsusi təyinatlımız Türkiyədə məzun oldu - FOTOLAR
-
Deputat Klimov Kadırova meydan oxuyur - kilimarası edilməkdən də qorxur
-
Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur - Ərdoğan
-
Bu dərmanlar xüsusi nəzarətə götürüləcək - Qərar verildi
-
Azərbaycan Premyer Liqası:“Səbail” “Araz-Naxçıvan”a məğlub oldu
-
“Rusiya Suriya ordusuna yardım etməyə davam edir“ - Lavrov
-
Tovuzda sexdə partlayış olub, xəsarət alanlar var - FHN
-
Sabah külək güclənəcək - Sarı və narıncı xəbərdarlıq verilib
-
Noyabrda Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb - 19 faiz artım var
-
İsmayıllı şəhəri belə olacaq - Yeni Baş planı hazırlanır
-
“Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək“ - Fuat Oktay
-
Ağcabdidədə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
-
Qoz və qoz ləpəsi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Xameneinin müşaviri Dəməşqdə - Əli Laricani Bəşər Əsədlə görüşüb
-
ATƏT-in yeni türk Baş katibi: Ərdoğanın ən yaxın adamı olan diplomatın DOSYESİ
-
Dohada üçtərəfli danışıqlar başlayıb - Suriyadakı vəziyyətlə bağlı
-
“Bakını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq“ - Fuat Oktay
-
Ödəmə terminalından səhvən başqasına göndərilən pulları necə geri almaq olar? - VİDEO
-
Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 % artıb
-
142 min erməni Rusiyaya köçdü – Ermənistan boşalır
-
Ordumuzda gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - BİRGƏ MƏLUMAT
-
Yuxuda ünsiyyət qurmaq mümkün olacaq - YENİ KƏŞF
-
Danimarka Ukraynaya “F-16“lar göndərdi - İkinci partiya
-
Donald Tramp Parisə getdi - Notr-Dam kilsəsinin açılışında iştirak edəcək
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Sabahın havası
-
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
-
“Golf Group“la bağlı cərimə edildi - Ölkədən valyuta çıxarıb
-
Suriyada müxalif qüvvələr irəlləyir - Daha bir bölgəni ələ keçirildi
-
“Meydan TV” ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb - Bu maddə ilə ittiham edilirlər
-
Rusiya beynəlxalq internetdən ayrılmağa hazırlaşır - Təlimlər keçirilir
-
Azərbaycanda vəzifəli şəxsin meyiti asılı vəziyyətdə tapılıbmış - DETALLAR
-
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı hökm oxundu - Generala 11 il 6 ay həbs cəzası verildi
-
“Rusiyanın qarşısını almaq üçün Avropada 80 min ABŞ əsgəri yerləşdirilib“ - Bayden
-
Notr-Dam kilsəsi 5 il sonra açılır - Bu tarixdə
-
Türkiyənin incisi adlandırılan, dünyanın ən qədim şəhəri olan Van – FOTOLAR
-
Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər? - VİDEO
-
“Nə maaş alır, nə pul qazanıram, amma sosial yardım verilmir” - Fotolar
-
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri açıqladı - VİDEO
-
Dünyada mal ətinin ən baha və ən ucuz satıldığı ölkələr – Siyahı
-
Ronaldonun 73 milyonluq yeni təyyarəsi - Video
-
“Əsəd təklifimizə müsbət cavab vermədi” - Ərdoğan
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Futbol qadalarında yenilik - İngiltərədə sınaqdan keçirildi
-
Ağdamda Mərkəzi parkın tikintisiylə bağlı tender elan olundu - 8,7 milyon ayrılıb
-
İran uran ehtiyatlarını 7-8 qat sürətlə artırır - MAQATE
-
Nəqliyyat vasitəsinin utilzasiyaya təqdim edilməsi sahibinə sərf edirmi? - VİDEO
-
Ali təhsilli olmayanların işə düzəlmə problemi - VİDEO
-
400 milyon manatlıq tenderləri 2 şirkət uddu - DETALLAR
-
“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirildi - FOTO
-
“Rusiya NATO ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çalışır“ - Ryabkov
-
Prezident İlham Əliyev Ursula fon der Lyayenə məktub ünvanlayıb - MƏTN
-
Azərbaycanda təhsilsiz insanların sayı açıqlandı - Rayonlar üzrə tam siyahı
-
Eldar Mahmudovun oğlu keçmiş komitə sədrinin qardaşı ilə üz-üzə - Mülkiyyət mübahisəsi
-
“Yunan Kiprinin silahlanması sürətlənib” - Türkiyə XİN
-
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb - 15 məsələ daxil edilib
-
Emin Əmrullayev o məktəbə getdi - Fotolar
-
Heyvandarlıq sığortası azaldıldı: Ət ucuzlaşacaq?
-
Sabiq qərərgah rəisi saxlanıldı - Rüşvətdə ittiham edilir
-
Bakının bu ərazisində bazar gününədək su olmayacaq - Sakinlərə maşınlarla su veriləcək
-
Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi
-
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - RƏSMİ AÇIQLAMA
-
Vəzifəli şəxs həbs edildi - 300 minlik rüşvət iddiası
-
Kazımov idarə rəisi təyin edildi - Nazir əmr imzalayıb
-
Ramin Deko saxlanılıb - DİN səbəbi açıqladı
-
Yeni il üçün bölgələrdə fantastik otel qiymətləri - 2000-2700 manat...
-
Bu fənn müəllimləri də attestasiyadan keçəcəklər - RƏSMİ
-
MİT PKK-nın daha bir məsul şəxsini saxlayıb - FOTO
-
Şərurlu İsfəndiyarın şirkəti ilə bağlı məhkəmə başlayır - 15 minlik cərimə təhlükəsi
-
Ana və sevgilisi 13 yaşlı qıza zorakılıq edib... - Ağır cəza!
-
“Xalq Kapital” çöküşə doğru - Biznes itkiləri 251 milyon manatı ötüb
-
Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni nazirlik yaradılır - Hansı qurumlar ləğv ediləcək?
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Ukraynada müharibəyə necə son qoyulacaq? - 3 əsas SSENARİ
-
Bakıda orta əmək haqqı 1 252,7 manatdır - Statistika İdarəsi
-
Kamran Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib - FOTOLAR
-
Asif Məcidov yüksək vəzifəyə təyin edilir - İdarə rəisini vəzifəli qohumu himayə edir?
-
Növbəti üç gün leysan yağacaq - XƏBƏRDARLIQ
-
Suriyada müxalifətin hədəfi Dəməşqdir - Ərdoğan
-
Xarici işlər nazirinin müavini ABŞ rəsmiləri ilə görüşüb - Nələr müzakirə olunub?
-
Ramin İsayevin işində yenilik - Sıfırdan başlayacaq
-
Azərbaycanın sürətlə böyüyən rayonu - Əhalisi Sumqayıt və Gəncəni ötdü
-
“Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb“ - MİDA
-
Zaur Mikayılov Cəlilabadda vətəndaş qəbulu keçirdi - Fotolar
TOP 10
ARXİV