Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qarabağda baş verənlərin detalları açıqlandı - Xüsusi təyinatlılarımız erməni diversiya qrupunu məhv edib

Tarix 26.03.22, 14:02

Font ölçüsü : - / +
bitmap-img6


Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətməyə çalışdıqları təxribatın detalları bəlli olub. 

Bu barədə “Caliber” məlumat yayıb.

Qeyd olunub ki, yeddi nəfərlik erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstərib. Diversiya qrupunun qarşısı Azərbaycan xüsusi təyinatlıları tərəfindən alınıb. Daşbaşı yüksəkliyində qeydə alınmış hadisə zamanı diversiya dəstəsinin iki döyüşçüsü məhv edilib, daha ikisi yaralanıb. Sağ qalan ermənilər yaralılarla birlikdə ərazidən qaçıblar.

Erməni diversiya qrupunun təxribat cəhdi zamanı Azərbaycan Ordusunun sıralarında itki olmayıb.

Qeyd edək ki, bu gün  Müdafiə Nazirliyinin məlumatında da bildirilib ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ətraflı

Erməni mediasının yaydığı məlumatda da başıpozuq separatçıların bir qrupunun ordumuz tərəfindən məhv edildiyini etiraf edilib. Bildirilir ki, 25 martda hospitala aparılan 2 silahlının durumu çox ağır, 1-i orta ağır, 12 yaralının vəziyyəti isə qənaətbəxşdir. 24 mart gecəsi daha 5 nəfərin yaralandığı vurğulanıb. Ötən gün erməni terrorçuların ölü sayı 3-ə çatıb. Ümumilikdə, qondarma qurum son iki gündə 3 nəfər itirib, 19 yaraqlı isə hospitala yerləşdirilib.

Qeyd edək ki, son günlər erməni mənbələri tərəfindən Qarabağda vəziyyətin gərgin olduğu, ermənilərin bəzi kəndlərdən çıxarıldığı haqda təxribat xarakterli, süni şəkildə şişirdilən məlumatlar yayılır. Beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün hay-küy salınır, təxribatlar törədilir. 

Məqsəd isə Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesinin qarşısın almaqdır. Ancaq ordumuz təxribatlara layiqli cavab verərək, Qarabağın sahibinin kim olduğunu ermənilərə də, rus sülhməramlılarına da başa salır.

 





Xəbərin oxunma sayı : 1294




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap