“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Qızıl və gümüş ucuzlaşacaq - PROQNOZ

Tarix 28.04.23, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Bankı 2023-2024-cü illər üçün qızılın qlobal orta qiyməti üzrə proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə qızılın orta qiymətinin bir troya unsiyası üçün 1 900 dollar səviyyəsində olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 200 bənd çoxdur. Bankın mütəxəssisləri gələn il qızılın qiymətinin 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 7,9% azalacağını və 1 750 dollar olacağını (öncəki proqnozdan 100 bənd çoxdur) proqnozlaşdırırlar.

Qeyd olunur ki, 2022-ci ildə qızılın orta qiyməti bir troya unsiya üçün 1 801 dollar səviyyəsində olub, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 5,5% azdır.

Bununla yanaşı, Dünya Bankı 2022-2023-cü illər üçün gümüşün bir troya unsiyası üçün orta qiyməti üzrə də proqnozunu yaxşılaşdırıb. Belə ki, 2023-cü ildə gümüşün bir troya unsiyasının qiymətinin 23 dollar (öncəki proqnoz göstəricidən 2 bənd çoxdur), 2024-cü ildə isə 4,3% azalaraq, 22 dollar (öncəki proqnozdan 1 bənd çoxdur) olacağı ehtimal olunur.

Bildirilir ki, 2022-ci ildə gümüşün orta qiyməti bir troya unsiya üçün 21,8 dollar səviyyəsində olub, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 5,5% azdır.



Xəbərin oxunma sayı : 1027




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap