Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Psixoloq seansları cib yandırır: Bir görüş 500 manata qədər - VİDEO

Tarix 05.03.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizdə fəaliyyət göstərən psixoloqların seans qiymətləri şok effekti yaradır. Belə ki, 1 seansın qiyməti 100-500 manat arasında dəyişir və dəqiqə artdıqca qiymət də artır.

Bəs bu qiymətlərə hansısa formada nəzarət mexanizmi varmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Baku TV-yə bildirilib ki, "Psixoloji yardım haqqında" Qanuna əsasən, psixoloji yardım psixoloq və ya klinik psixoloq tərəfindən göstərilə bilər:

"Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumlar tərəfindən həyata keçirilir. Özəl psixoloji mərkəzlərin psixoloji ixtisas üzrə fəaliyyəti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı"na daxil edilmədiyindən bu fəaliyyət növü lisenziyalaşdırılmış tibbi fəaliyyət hesab edilmir və Səhiyyə Nazirliyi tərəfindən birbaşa lisenziya nəzarətinə cəlb olunmur. Özəl sektorda göstərilən psixoloji xidmətlərin qiymətləri tərəflər arasında razılaşma əsasında müəyyən edilir. Dövlət tibb müəssisələrində göstərilən xidmətlərin tarifləri isə müvafiq normativ-hüquqi aktlarla tənzimlənir və dövlət tərəfindən müəyyən olunur".

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu sahədə ciddi reklam kampaniyaları aparılır: "İnsanların tələbatının artması qiymət artımına səbəb olub. Təəssüflər olsun ki, psixoloqların göstərdiyi xidmətlər əhalinin cibinə uyğun deyil. Psixoloqlar müvafiq qurumlar tərəfindən lisenziyalaşdırılmalı və onlara qiymət məhdudiyyəti tətbiq edilməlidir".

Eyyub Hüseynov deyir ki, psixoloqların fəaliyyətlərinin keyfiyyəti də narahatedici səviyyədədir. Özlərinə peşə tapa bilməyib kurs oxuyaraq belə ciddi məsuliyyəti üzərinə götürənlər və insanlara zərər verən "psixoloq"lar kifayət qədərdir.





Xəbərin oxunma sayı : 1084




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap