Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezidentə yalan danışdığı iddia olunan sahibkar Vəkillər Kollegiyasının üzvüdür - Rəsmi açıqlama

Tarix 10.07.18, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. 

Konfransda çıxış edən məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsini vurğulaması bəzi yerli media qurumlarının diqqətini çəkmişdir. Həmin media qurumlarının apardıqları jurnalist araşdırmaları zamanı isə məlum olmuşdur ki, 2016-cı ilin "Aprel döyüşləri” ərəfəsində ermənilərin atdığı mərmilərdən bir neçəsi də Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən "Qara inək” MMC-nin fermasına düşmüşdür.


Fuad Əyyubzadənin konfransda çıxışı
 
Dəyən ziyan ilə bağlı heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə 2016-cı ilin aprel ayının 28-də "Report”a açıqlama verərək fermer təsərrüfatına ciddi ziyan dəydiyini, kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan öldüyünü, 19-nun isə yaralandığını bildirmişdir. (https://report.az/dagliq-qarabag/agdamda-sirket-binasina-qrad-ve-top-mermisi-dusub - oxu -red).



Bu açıqlamadan 1 gün sonra – aprelin 29-da Fuad Əyyubzadə müəssisəyə dəymiş ziyanla bağlı rəsmi agentlik olan AzərTAC-a açıqlama verərək aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi nəticəsində cins inəklərdən 12-sinin tələf olduğu, 25 baş iribuynuzlunun yaralanmasını demişdir
(https://azertag.az/xeber/Ermenistan_silahli_quvveleri_aprelin_27_den_28_ne_kechen_gece_Afetli_kendine_60_dek_mermi_atib-947387).
 
Göründüyü kimi müəssisə rəhbərinin 1 gün fasilə ilə dəymiş ziyanla bağlı mətbuata verdiyi açıqlamalarda rəqəmlər arasında ciddi uyğunsuzluq var. Belə ki, 2016-cı ilin aprel ayının 28-də Fuad Əyyubzadə 11 inəyin öldüyünü, 19 inəyin isə yaralandığını bildirir. Ancaq bir gün sonra AzərTAC-a açıqlamasında ölən inəklərin sayı 12-ə çatır. Məntiqlə yaralanmış 19 inəyin sayı da 18-ə enməli olduğu halda, bu dəfə 25-ə çatır...
 
Məsələnin ilginc tərəfi isə budur ki, Prezidentin də iştirak etdiyi konfransda 200 inəyinin öldüyünü deyən F.Əyyubzadənin direktoru olduğu müəssisənin dövlətə olan 423.188 manatlıq borcu  silinib...
 


Bu məlumat yerli KİV-də işıqlandırıldıqdan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyi və Ağdam rayon Prokurorluğuna müraciət ünvanlamışdır. 
 


Sahibkarın prezidentə rəsmi konfransda yalan söyləməsi xəbəri sosial şəbəkələrdə də ciddi müzakirə mövzusuna çevrilib. İnsanlar tərəfindən məsələyə müxtəlif cür şərhlər verilir. Hətta sosial şəbəkələrdə yazılan məlumatlara görə "Qara inək” MMC-nin direktoru Fuad Əyyubzadə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və hazırda da vəkillik peşəsi ilə məşğuldur. 
 
Qlobal.az "Qara inək” MMC-nin direktoru Fuad Əyyubzadənin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub-olmaması barədə Vəkillər Kollegiyasından münasibət öyrənib. Vəkillər Kollegiyasından Qlobal.az-a verilən məlumatda Fuad Əyyubzadənin həqiqətən də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olduğu, hazırda 10 saylı hüquq məsləhətxanasında fəaliyyət göstərdiyi deyilir. 
 
AzFakt.com







Xəbərin oxunma sayı : 1846




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap