Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident Rumıniya nümayəndə heyətini qəbul edib - FOTO/VİDEO

Tarix 23.06.22, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olunub.

Söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edilib və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.





Xəbərin oxunma sayı : 1129




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap