Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezident Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Tarix 19.09.22, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Tamaş Yojef Torma etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Macarıstan arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, ölkələrimizin iqtisadiyyat, ticarət, enerji və digər sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olduğunu qeyd edib və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Tamaş Yojef Torma Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirməyəcəyini bildirib.





Xəbərin oxunma sayı : 910




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap