Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident enerji böhranına görə qəzəbləndi – “Siz utanmalısınız…” + Video

Tarix 05.07.18, 2:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyaların tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: “Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir”.

Prezident İlham Əliyev bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya və Gürcüstana təşəkkür edib. “Report” xəbər verir ki, dövlət başçısı ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycanın elektrik enerjisi sistemində yaranmış vəziyyətlə bağlı göstərdikləri köməyə görə hər iki dövlətə təşəkkürünü bildirib.

Ölkə başçısı müşavirədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəzaya görə sərt şəkildə tənqid edib:“Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”. 
Prezident baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi şəkildə araşdırılmasını, qəzanın səbəbləri barədə ona məruzə edilməsini tapşırıb.














Xəbərin oxunma sayı : 2725




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap