Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident İlham Əliyev Davosda Monteneqronun Baş naziri ilə görüşüb - Nələr müzakirə edilib?

Tarix 19.01.23, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edilib. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd edib. Prezident İlham Əliyev, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verib.

Dritan Abazoviç qeyd edib ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir. Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.






Xəbərin oxunma sayı : 763




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap