Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Novruzqabağı əfvdən gözləntilər:Millət vəkili və hüquq müdafiəçiləri ümidlidirlər

Tarix 17.02.19, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


Hər Novruz bayramında verilən əfv fərmanından bu dəfə ictimai fəalların, hüquq müdafiəçilərinin gözləntiləri yüksəkdir. Onlar gözlənən əfv fərmanı ilə ölkədə “siyasi məhbus probleminə” son qoyulacağını düşünürlər.

“BBC News Azərbaycanca”ya danışan Hüquq müdafiəçisi Rəsul Cəfərov Novruzda gözlənən əfv fərmanından sonra “siyasi məhbus” kimi tanıdıqları şəxslərin hamısının azadlığa çıxacağına ümidlidir: “Ötən ilki fərmanla cəmi 12 siyasi məhbus azadlığa çıxdı. Yaxşı olardı ki, bu dəfə belə olmasın”.

Rəsul Cəfərov düşünür ki, yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərin hamısı azadlığa buraxılsa, Azərbaycan hakimiyyətinin imici “beynəlxalq arenada müsbətə doğru dəyişər”, “ölkədə vətəndaşla hökumət arasındakı münasibətə müsbət təsir göstərəcək”.

“Bizim Avropa Şurası qarşısında könüllü götürdüyümüz öhdəliklər var. 2001 ildə üzv olanda həll edilməli problemlərdən biri də siyasi məhbus problemi idi, İndiyədək köklü şəkildə həll edilə bilməyib”, R.Cəfərov deyir.

Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da Azərbaycanın “bu il siyasi məhbus məsələsinə birdəfəlik” son qoyulmasını istəyir, amma əlavə edir ki, Avropa Şurasına təqdim edilmiş siyasi məhbus siyahılarına yenidən baxmaq ehtiyacı var.

O, qeyd edib ki, hazırda siyasi məhbusların dəqiqləşdirilməsi prosesi gedir.

“Siyahımızdan kim əfvə ərizə verib, bilmirik. Ancaq biz öz siyahımızı bilirik ki, buradakılar dəqiq siyasi məhbuslardır. O siyahıdakıların adı o birisi siyahılarda da vardı. Ona görə biz hamısına baxırıq ki, kimi çıxaraq, kimi nə edək?”

Siyahıların fərqli olmasına gəlincə isə, Novella Cəfəroğlu deyir ki, siyahıları tərtib edərkən, Avropa Şurasının saytında göstərilən kriteriyalar əsas göstərilməlidir və onlar siyahılarını həmin “göstərilən tələblərə uyğun” şəkildə tərtib ediblər.

Novella Cəfəroğlunun fikrincə, “bu siyasi məhbus məsələsi bitsə, AŞPA-dakı növbəti məsələ hüquqları pozulan yarım milyon qaçqının məsələsi ola bilər”. Hazırda ayrı-ayrı hüquq müdafiəçisi qrupu Avropa Şurasına fərqli “siyasi məhbus siyahısı” təqdim ediblər. Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda 130 siyasi məhbus var.






Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov vurğulayır ki, həbsdə olan şəxs adının hər hansı siyahıda olub-olumamasına, hər hansı beynəlxalq təşkilat tərəfindən hallanıb-hallanmamasına baxmayaraq, Əfv Komissiyasına müraciət edə bilər.

Ancaq o, gözlənən əfv fərmanı ilə bağlı gözləntisini bölüşməyib, deyib ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

“BBC News Azərbaycanca”ya danışan millət vəkili ortada “siyasi məhbus məsələsinə” dair müxtəlif siyahıların olmasından da gileylənib: “Təəssüf ki, beynəxalq təşkilatlarda işləyən bir insan kimi, bəzən görürük ki, beynəlxalq təşkilatlar bir-birinə zidd siyahılar təqdim edirlər. Baş çıxarmaq olmur, o adlar ora necə düşüb”.

Ona görə də o hesab edir ki, adlarıının hansısa siyahıya düşüb-düşməməsindən asılı olmayaraq, vaxtından əvvəl azadlığa çıxmaq istəyən məhbuslar Əfv Komissiyasına müraciət etməlidir və onların əfv şərtlərinə cavab verib-verməyəcəyini də bu qurum araşdıracaq.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev müraciət edənlərin kimliyini açıqlamayıb, amma deyib ki, onlar “ayrı-seçkilik qoymadan bütün müraciətləri araşdırırlar.

















“Əfv müraciətlərinə baxılarkən, kimin fəal, kimin qeyri-fəal olması bizim üçün həlledici amil hesab olunmur. Hansısa beynəlxalq təşkilatın tövsiyəsi var, yoxdur bu da bizim üçün əsas məsələ deyil. Bizim üçün əsas olan şəxsin müraciəti məsələsidir. Şəxsin taleyi ilə bağlı məsələlərdir”, Əliməmməd Nuriyev qeyd edib.

O, “bütün müraciətlərə” növbəti həftələr ərzində baxılacağını vurğulayır. Ə. Nuriyevin sözlərinə görə, Əfv Komissiyası üçün hansısa siyahıların olub-olmaması əhəmiyyətli fakt deyil.

“Biz ən sonda bilirik ki, adı hansısa siyahıda olmuş şəxs əfv olunub. Elə götürək, ötən ilki əfv sərəncamında da 12 nəfərə kimi müxtəlif siyahılarda olan şəxslər əfv olunmuşdu”.

Əfv Komissiyasının üzvü xatırladıb ki, Əfvetmə haqqında əsasnaməyə uyğun olaraq, bağışlanması üçün vəsatət həm yerli, həm beynəlxalq təşkilatları qaldıra bilər, deputatlar, həm ombudsman, həm də yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya qaldıra bilər, penitensiar xidmətin rəhbərliyi də belə bir vəsatətlə çıxış edə bilər.






Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap