“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Nikahdankənar doğulan uşaqların sayı artır - səbəb...

Tarix 28.09.23, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb

Azərbaycanda 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Qurumun rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmlərindən məlum olur ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə nikahdankənar doğulan uşaqların sayı artıb. Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib.

2021-ci ildən isə rəqəmlərdə yenidən artım başlayıb. Həmin ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib. Bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.

Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb. DSK həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.

Qeyd edək ki, ölkəmizdə nikahdankənar doğumların sayını azaltmaq üçün maarifləndirici tədbirlər görülsə də, statistikanın artması görülən işlərin o qədər də nəticə vermədiyini göstərir.

Bəs ölkədə nikahdankənar uşaqların sayı niyə artan tendensiyada davam edir?

Bəzi ekspertlər hesab edir ki, indi bəzi gənclər rəsmi nikaha daxil olmağa o qədər də həvəsli deyil. Digər səbəb isə erkən nikahların sayının artması ilə bağlıdır. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda 15-17 yaşlı 2011 qız ana olub. Bu da onu göstərir ki, 18 yaşı tamam olmayan qızların dünyaya uşaq gətirməsi halları əvvəlki (2021) illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu.

Mehriban Zeynalova: “Anası qızını əri ilə barışmağa məcbur etdi,  sığınacağımızdan gedəndən sonra da əri onu öldürdü” - MÜSAHİBƏ | 1news.az |  Xəbərlər

Mehriban Zeynalova 

Mövzu ilə bağlı  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb. Qurum sədri qeyd edib ki, son illər dini nikaha üstünlük artdığından rəsmi nikahların sayı azalmağa başlayıb: “Araşdıranda məlum olur ki, rəsmi nikaha girməyənlərin bir çoxunun dini nikahı var. Yəni insanlar hesab edir ki, onların ailə münasibətlərinin qorunub saxlanılmasında dini nikah kifayət edir. Bunu da nəzərə almaq lazımdır ki, təkrar nikaha girənlər var. Adətən təkrar nikaha girəndə bu nikahı rəsmiləşdirməyə həvəs göstərmirlər.

Hesab edirəm ki, üçüncü səbəb də kişilərin məsuliyyətdən qaçma məsələsidir. Bu cür hallar daha çox uşaqların həyatına təsir edir. Məsələn, uşaqların sənədləşmə, onların gələcəkdə vərəsəlik məsələsində bir çox problemlər yaranır. Həmçinin qadının əmlak hüququnun və digər hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Bütün bunlar da ailələrdə münaqişələri artırır, münasibətləri gərginləşdirir, qadının və uşağın sağlamlığına, həmçinin uşağın təhsilinə ciddi zərər vurur.

Bir çox hallarda analar gözləyir ki, atalar, nəhayət, öz atalıq hissini qəbul edib, atalıq verəcəklər. Amma əksər hallarda bu baş vermir.

Beləliklə, hesab edirəm ki, bu məsələnin ən əsas səbəbi dini nikahların artmasıdır. Bu da düşündürücü məsələdir. Fikrimcə, rəsmi nikaha daxil olma tədbirləri genişləndirilməli,  rəsmi nikahın üstünlükləri barədə əhali arasında,  ələlxüsus da məscidlərdə, dini ayinlər keçirilən yerlədə təbliğat işi aparılmalıdır".



Xəbərin oxunma sayı : 784




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap