Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

ƏMDK-dən fərmana şərh:“50 minədək mənzilin qeydiyyatı aparılacaq“

Tarix 19.02.19, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək.

Bu barədə AZƏRTAC-a Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov deyib.

Q.Xəlilov bildirib ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı on minlərlə ailənin sevincinə səbəb olub: “2019-cu il yanvarın 1-dən etibarən hazır çoxmənzilli yaşayış binalarının qeydiyyat proseduru sadələşdirilib. Əvvəl bəzi belə binalarda yaşayan vətəndaşlar bir çox problemlə üzləşirdi. Lakin bundan sonra qeydiyyatla bağlı problemlərlər öz həllini tapacaq. Əmlak Məsələləri Dövlət Komitəsi qısa müddət ərzində müəyyən olunmuş qaydada bu binalarda mənzillərin dövlət qeydiyyatına alınmasının təmin edəcək, sakinlərə çıxarışlar təqdim olunacaq. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına gətirilir. Səyyar xidmət göstərən ƏMDK-nin əməkdaşları tərəfindən vətəndaşlara çıxarışlar yaşayış ünvanında yerindəcə təqdim olunacaq. Bu Fərman, eyni zamanda, vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinə, mənzillə bağlı leqal əməliyyatların həyata keçirilməsinə, mövcud problemlərin həllini tapması, aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Vətəndaşlar artıq düzgün şəkildə vergi ödəyəcək, bu vergi isə dövlət büdcəsinə yönələcək”.



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap