Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İş adamı olmaq qəbahətdir?” –Agentlik rəhbəri xaricdəki biznesindən danışdı

Tarix 19.02.19, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özü barədə KİV-lərdə gedən məlumatlarla bağlı açıqlama verib.

AzFakt.com xəbər verir ki, Agentlik sədri Unikal.org-a açıqlamasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılanlarda hər hansı bir problem olmadığını deyib: “Mən, cənab Prezidentin fərmanı ilə bu vəzifəyə təyin olunmuşam. Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən, Beynəlxalq bizneslə məşğulam. Özüm də ixtisasca həkiməm. Nəinki sadalanan ölkələrdə, digər ölkələrdə də tibbi innovasiyalarla, tibbi layihələrin tətbiqi ilə, tibbi sektorda müəssisələrin qurulması ilə, labarotoriyaların təchiz olunması ilə, lal-kar uşaqların reabilitasiya məsələləri ilə məşğul olmuşam, o cümlədən də Avropada. Bu barədə də rəsmi məlumatlar gedib.

Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam. İş adamı olmaq qəbahətdir?

Eyni zamanda, Qarabağ müharibəsi veteranıyam. Qarabağda sağlamlığını itirmiş qardaşlarımızın reabilitasiyasına kömək etmişəm. Bu işlərdə bir qəbahət varmı? Mənim təyinatım olanda rəsmi məlumat getmişdi ki, illərdir özəl bizneslə məşğul olmuşam. Mən fəxr edirəm ki, öz əməyim və zəhmətimlə biznes sahəsində, tibbi sahələrdə öz işimi qurmuşam”.



Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap