Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Tarix 28.11.18, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir.

Sfera.az xatırladır ki, sözügedən bank artıq ikinci dəfədir ki, adını dəyişir. Belə ki, bank fəaliyyətinə 1994-cü ildən “Azal Səhmdar Kommersiya Bankı” adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq “Bank Silk Way” ASC adı altında fəaliyyət göstərib, axırıncı dəyişiklikdən sonra isə “Premium Bank” adlandırıldı.

Sual oluna bilər ki, çoxlarının diqqət belə etmədiyi bu məqama xüsusi maraq göstərməyimizin səbəbi nədir?

silk vay

Sfera.az məsələnin sadəcə ad dəyişdirməklə kifayətlənmədiyi qənaətindədi və bunun üçün müəyyən əsaslar da yox deyil. Son illərin təcrübəsi və yazılmamış qaydaları düşünməyə vadar edir ki, bankın və ya hansısa müəssisənin adının dəyişdirilməsi əslində onun faktiki sahibinin dəyişdirilməsi anlamına gəlir. Təbii ki, adddəyişmənin həmişə əldəyişmə anlamına gəldiyini də iddia etmirik. Heç “Bank Silk Way” ASC-nin bundan sonra “Premium Bank” adlandırılmasında da hansısa gizli məqamlar və ya müəmma da axtarmazdıq… Əgər bu addəyişmə olayına qədər ortada bəzi suallar və problemlər olmasaydı. İndi isə sözügedən bankın adının dəyişdirilməsinə qədər olan müəyyən ştrixlərə nəzər salmağa çalışaq.

Ondan başlayaq ki, sözügedən bank AZAL rəhbəri Cahangir Əsgərovun ailə şirkəti hesab olunan “Silk Way Holding” MMC-nin tərkib hissəsidir. Bu həmin “Silk Way Holding” MMC-dir ki, ona uzun illər Cahangir Əsgərova yaxın qohumluğu çatan Zaur Axundov rəhbərlik edib. Zaur Axundov holdinqdən yalnız bu yaxınlarda uzaqlaşdırılıb. Buna səbəb kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaşanması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Beynəlxalq Bank ətrafında yaşanan məlum olaylardan sonra isə çoxları kimi “Silk Way Holding”in də fəaliyyəti təftiş edilib və görünən odur ki, indi holdinq heç də arzuolunan dövrünü yaşamır.

cahangir

Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmayıb. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

Əslində AZAL-ın bu qədər gəlir gətirməsi təsadüfi deyil. Ölkədə təyyarə biletlərinin nə qədər baha olduğunu hamımız bilirik. Hətta bu məsələyə Prezident İlham Əliyev də münasibət bildirib və qiymətlərin həddən artıq yüksək olduğunu vurğulayıb.

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır:

“Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.



Onu da bildirək ki, “Silk Way Holding” barədə aparılan araşdırma da ortaya maraqlı faktlar qoyub. Məlum olub ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən bu şirkət 14 iyul 2006-cı ildə yaradılıb. “SW Holding”in tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 23 şirkət daxildir. Müəssisələrdə 3000 nəfərə yaxın adam çalışır. Holdinqə daxil olan şirkətlərin siyahısı isə C.Əsgərovun biznes imperiyasının nə qədər böyük olduğundan xəbər verir. Təsəvvür edin ki, ona məxsus tək bir şirkətə – “SW Holding”ə aşağıdakı böyük müəssisələr daxildir:

Airport Gate
Airport Hotel
Azal Sığorta
Baku Cargo Terminal (BCT)
Duty Free
Euroasian Cargo
Ground Handling Company (GHC)
Silk Way Airlines
Silk Way Bank
Silk Way Business Aviation
Silk Way Construction
Silk Way Helicopter Services (SWHS)
Silk Way Technics (SWT)
Silk Way Information Technologies (SWIT)
SW Catering Supply
Sky Catering
SW Travel
Turan Air

azal

Bu şirkətlərin siyahısı onu göstərir ki, hava limanında bütün ticarət müəssisələri, orada fəaliyyət göstərən dövlət qurumlarından başqa pul gətirən bütün sahələr yalnız və yalnız Ə.Əsgərovun nəzarətindədir.

İndi isə qayıdaq, “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC-yə çevrilməsinə və bu olayda ehtimal olunan qaranlıq məqamlara. Yuxarıda da qeyd etdiyimiz kimi, Cahangir Əsgərovun biznes imperiyasına daxil olan holdinq artıq etimadını itirib. Həmin holdinqə daxil olan bankın gözlənilmədən və xüsusi ehtiyac duyulmadan adının dəyişdirilməsi isə ondan xəbər verir ki, hər şey heç də rəsmi təqdimatdakı kimi deyil. Çox böyük ehtimalla artlıq yeni adla fəaliyyətini davam etdirən “Bank Silk Way” təkcə adını yox, həm də real sahibini dəyişib.

Bütün bu baş verənlər isə AZAL şefinin bu günlərdə böyük qalmaqalla vəzifəsindən uzaqlaşdırılan BDU-nun sabiq rektoru Abel Məhərrəmovun aqibətini yaşaya biləcəyi ehtimalı da gücləndirir.

Xatırladaq ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun adı bu günə qədər kifayət qədər ilginc və qəbuledilməz olaylarda hallanıb. Bu siyahıda şəxsi zooparkında vəhşi heyvanlar saxlatmasından tutmuş dəbdəbəli ziyafətlərdəki anormal davranışlarına qədər bir çox nüanslar yer alır. Məsələn, C.Əsgərov bir müddət öncə rəhbərlik etdiyi qurumun 80 illik yubileyində çəkilən fotosu ilə gündəmə gəlmişdi. Tədbirdə əcnəbi xanım müğənnilərdən biri ilə tvist rəqsi edən Cahangir Əsgərov onu çəkən şəxsə orta barmağını göstərib.


1543225849_1543219576_tv

1543225784_1543219490_tv5

Bildirək ki, yubiley tədbirində Azərbaycan və dünya estradasının ulduzları çıxış ediblər.


Ümumiyyətlə isə AZAL şefinin mütəmadi olaraq təntənəli içki məclisləri təşkil etdiyi və bu ziyafətlərdə ilginc olaylar yaşanması haqda ölkə mətbuatında kifayət qədər yazılıb.


Onun şəxsi ailə biznesinə daxil olan holdinq ətrafında yaşananlar isə ictimai rəydə qıcıq doğuran C.Əsgərovun “vurulma” prosesinə hazırlıq getdiyini düşünmək üçün əsaslar yaradır.





Xəbərin oxunma sayı : 532




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap