|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Şərqi Aralıq dənizində yeni fırtına gözləntisi:Türkiyə dörd qonşu dövlətlə hərbi toqquşmaya cəlb oluna bilər - TƏHLİL
Tarix 14.11.18, 14:40 |
|
Əhməd Alim
“Əl-Monitor”
Oktyabrın 30-da Türkiyə Şərqi Aralıq dənizində neft və qaz üzrə qazma işlərinə başladığını açıqlayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, qazma gəmisi hər hansı bir maneə ilə üzləşərsə, türk hərbi dəniz qüvvələri onun müdafiəsi üçün bütün lazımi addımları atacaq.
Bu, bir tərəfdən, Şərqi Aralıq dənizi regionunda mövcud olan gərginliklərin arxasında, Türkiyə ilə Misir, digər tərəfdən isə Kipr və Yunanıstanla münaqişə işığında baş verir.
Belə ki, oktyabrın 10-da üç ölkə təbii qaz istifadəsi siyasətini əlaqələndirmək məqsədilə Qahirə mərkəzli Yaxın Şərq Qaz Forumunu qurmağı qərara alıb.
Həmçinin, Misir sentyabrın 19-da Kiprlə “Afrodit” qaz yatağından ixracıı Misirin maye qaz zavodları ilə birləşdirmək barədə müqavilə imzalayıb. Bu, Misirin regional neft-qaz şəbəkəsinə çevrilməsi çərçivəsində həyata keçirilib. Boru kəməri 2022-ci ildə Misir zavodlarına ildə təxminən 700 milyon kub fut (19,8 milyon kubmetr) qaz vurmağa başlayacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hələ fevralın 4-də mətbuata bəyan edib ki, Misir və Kipr arasında 2013-cü ilin dekabrında imzalanan müqavilə ilə iki ölkənin müstəsna iqtisadi zonasını müəyyənləşdirməsi qanunsuzdur. Çavuşoğlu razılaşmanın Türkiyənin qitə şelfini pozduğunu iddia edib. Fevralın 11-də Türkiyə Kipr dəniz dənizkənarı zonasının müəyyən ərazilərinin Türkiyənin və ya Türk Kiprinin ərazisinə düşdüyünü iddia edərək, İtaliyanın “ENI” neft şirkəti qazma gəmisinə maneə törədib.
Misir Neft Nazirliyinin sözçüsü Həmdi Əbdüləziz “Əl-Monitor”a deyib: “Misir Şərqi Aralıq dənizində Türkiyənin hərəkətləri ilə bağlı narahat deyil, çünki Qahirə Kipr və Yunanıstanla beynəlxalq hüquq çərçivəsində bağlanmış demarkasiya sazişləri əsasında işləyir”.
O əlavə edib: “Misir, Kiprdən Şərq Aralıq dənizinin qazını mayeləşdirərək yenidən ixrac etməklə regional enerji qaynağı halına gəlmək istəyir. Ölkənin elə böyük irəliləyişi var ki, hər hansı bir aktyorun onu zəiflətməsi çətindir. Misir Şərq Aralıq dənizindəki qazanclarını qorumağa qadirdir”.
“Həm də Misir Şərqi Aralıq dənizindəki iqtisadi zonada qaz və neft axtarmaq üçün İtaliyanın “ENI” şirkəti kimi transmilli qurumlarla əməkdaşlıq edir və bu səyi davam etdirəcək”.
Şərqi Aralıq dənizi bölgəsinin əhəmiyyətli strateji təbii qaz ehtiyatları 122 trilyon kub futdur (3,45 trilyon kubmetr).
2015-ci ildə Misirin “Zöhr” yatağının kəşf edilməsi Şərq Aralıq dənizindəki təbii qaz xəritəsini dəyişdirib, çünki ərazinin qaz ehtiyatları 30 trilyon kub fut (850 milyon kubmetr) səviyyəsində qiymətləndirilir.
Misirin neft naziri Tariq əl-Mullanın açıqlamasına görə, “Zöhr” ildə 3 milyard dollar dəyərində qaz tədarükünü təmin edir.
Mulla iyulun 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, Misir 2019-cu ildə qaz ixrac etməyə başlayacaq.
Enerji araşdırmaçısı İbrahim əl-Qitani deyib: “Aralıq dənizindəki Kipr iqtisadi bölgəsinə daxil olan bəzi sahələrlə bağlı Kipr və Türkiyə arasında anlaşmazlıq var. Türkiyə daha əvvəl bir sıra Kipr bölgələrində neft-qaz qazma əməliyyatlarını maneə törədib”.
“Türkiyənin hərəkətləri Şərq Aralıq dənizində qaz kəşfiyyatına təsir göstərə bilər. Misirin Kiprlə qaz boru xəttinin qurulması planına, xüsusilə Türkiyənin Kipr istehsalına və ya kəşfiyyat prosesinə də maneə törətməsi mümkündür. Ancaq Türkiyənin öz iqtisadi bölgəsində Misirin kəşfiyyatını birbaşa təsir etməsi ehtimalı yoxdur”.
Qitaninin sözlərinə görə, 2015-ci ildə qaz ehtiyatlarının tapılmasından sonra Türkiyənin Misirin Şərq Aralıq dənizindəki müvəffəqiyyətini təsir göstərməsi qeyri-mümkündür. Digər tərəfdən, Türkiyə öz ehtiyaclarını təmin edə bilməsi xeyli vaxt aparacaq.
Başqa sözlə, Türkiyənin Şərqi Aralıq dənizində enerji mərkəzi kimi Misirə rəqib olması çətindir. Bu, xüsusilə, Misirin Kipr, Yunanıstan və hətta İsraillə əməkdaşlığı halında inandırıcı deyil.
2017-ci ildə Türkiyənin təbii qaz istehlakı 53 milyard kubmetr (1,8 trilyon kub fut) təşkil etsə də, o dövrdə istehsal 350 milyon kubmetrdən (12,3 milyard kub fut) artıq olmayıb.
Bəni Suəf Universitetinin sabiq prezidenti və beynəlxalq hüquq professoru Əhməd Rifaat “Əl-Monitor”a bildirib ki, Türkiyə 2013-cü ildə Misirlə Kipr arasında imzalanan sazişi manevr kimi qəbul etmir. Ankara zəif hüquqi mövqeyə sahibdir və Kiprdə qazma işləri aparmaq haqqı yoxdur. Çünki bu həm beynəlxalq qanuna, həm də dəniz hüququna dair BMT Konvensiyasına ziddir.
Rifaat əlavə edib: “Kipr və Yunanıstanla sərhəd demarkasiyası müqaviləsi olmadığı halda, Misir Aralıq dənizində enerji sahəsində irəliləyiş əldə edə bilməyəcəkdi. Hər hansı bir kəşfiyyat işinə mane Türkiyənin təcavüzü kimi qiymətləndiriləcək və dövlətlər nəticə etibarilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilərlər. Amma bu andan Türkiyə uduzan tərəf olacaq”.
Rifaat əlavə edib: “Misir və Kipr arasında beynəlxalq hüquqa uyğun bir neçə razılaşmanın imzalanmasından sonra Kiprə qarşı hər hansı bir pozuntu vəziyyətində rəsmi Qahirənin ona dəstək verməsi tələb olunur. Bu, silahlı münaqişənin baş verməsi demək deyil, amma Türkiyə üçün çəkindirici hüquqi və siyasi amildir. Dövlətlər arasındakı mübahisələrin həlli üçün səlahiyyətli beynəlxalq qurumlar olmalıdır”.
Tərcümə: Strateq.az
Xəbərin oxunma sayı : 379
Analiz
Xəbərlər
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
-
Bakıda görmə məhdudiyyətli şəxs evini kirayə verdi, bütün əşyaları oğurlandı - VİDEO
-
Sabiq deputat Hadı Rəcəbli vəfat edib - Burada dəfn olunacaq
-
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Bakıda işıq dirəkləri oğurlanan, qaranlığa qərq olan yol - VİDEO
-
“Vaşinqton Ukraynanın effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır“ - ABŞ institutu
-
Bazarlarda satılan mövsümə uyğun olmayan meyvələrin qiymətləri - ARAŞDIRMA + VİDEO
-
“Qərb Ukraynada “Dəmir qübbə” sistemi yarada bilməz” - Borrel
-
Masallıda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO
-
Sevdanın geyimi tənqid olundu - Video
-
Ən yaxşı məşqçilərinin siyahısı açıqlandı:Qurbanovun reytinqi yüksəlib
-
Fransa Azərbaycandakı səfirini geri çağırdı
-
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
-
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
-
Deputatlar toplanır - Gündəlikdə 14 məsələ var
-
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb - Nələr müzakirə olunub?
-
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” – Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?
-
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
-
Jurnalist övladları imtahanlarda neçə bal topladılar… - SİYAHI+FOTO
-
Azərbaycan İran və Türkmənistandan pomidor almağa başlayıb – 94 qəpiyə
-
DİN tərəfindən müsadirə edilmiş 2 ton narkotik məhv edilib - VİDEO
-
“Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb” - Ərdoğan
-
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR
-
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng etdi - Müzakirə
-
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar - SİYAHI
-
“Mənzurə Mətanəti biabır etdi: “O, yaxşı şpaqat aça bilər...“ - VİDEO
-
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
-
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
-
Azərbaycan Avropa Şurasına qayıdır... - Qərar qəbul edilib
-
Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək - Püşkatma keçirilib + FOTOLAR
-
Şirkətlər “Bank Respublika”dan 45 milyondan çox depoziti geri çəkiblər - Aktivləri isə azalıb
-
Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb – SİYAHI
-
İki ayda 3456 boşanma: Ailələr niyə dağılır?
-
Dünyanın ən zəngin 10 varisinin adı açıqlanıb - SİYAHI
-
“Naxçıvanqala”nın divarı bərpa zamanı yol verilmiş nöqsanlara görə uçub – FOTOLAR
-
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
-
Qeyri-etik paşlaşımlar edən daha bir tiktoker həbs edildi - 30 sutka
-
“Ukrayna sülh danışıqlarına hazırdır” - Zelenski
-
Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər
-
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb - Həbs edilənlər var
-
Hadisə onu aşağıdan çəkən operatora əsəbiləşdi - VİDEO
-
Azərbaycanda kimlər daha çox əmək haqqı alır? – Siyahı
-
“Medeks Hospital“da bu həkimlər sertifikasiyadan keçməyib - Külli miqdarda cərimə
-
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
-
Həcc ziyarəti üçün kvota niyə azaldılıb? - QMİ-dən açıqlama
-
“Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” - İlham Əliyev
-
Neft hasilatı azalıb, qaz hasilatı artıb – “Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür”
-
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib - Yeni təyinat
-
Buraxılış imtahanının nəticələri açıqlanıb - 11 nəfərin nəticəsi ləğv olunub
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Video+Fotolar
-
İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək
-
Bakıda müğənni səhnəyə çılpaq çıxdı, restoran üzr istədi - VİDEO
-
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? – AÇIQLAMA
-
AQTA soğan təsərrüfatlarında monitorinq aparıb: Nöqsanlar aşkarlanıb
-
Ruben Vardanyan - “Çirkli pulları yuma“ hesabatlarında, yoxsa Nobel namizədliyində?
-
“İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik“ - Jozep Borrell
-
Bu rayonda uşaqların yarısı nikahdankənar doğulub – Rəsmi
-
Vaxtilə düşmənin qurutduğu torpaqlar yenidən canlanıb - VİDEO
-
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb - DİN
-
“ABŞ İsrailin özünümüdafiə hüququnu tanıyır“ - Ostin
-
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
-
Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
TOP 10
ARXİV