Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ölkədə bu günə qədər 210 min ton pambıq toplanıb – Komitə statistikanı açıqladı

Tarix 13.11.18, 17:26

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.

Ən çox pambıq tədarük edən beş rayonun sırasına Saatlı (15 min 815 hektardan 27 min 575 ton), Bərdə (9 min 630 hektardan 22 min 544 ton), Ağcabədi (10 min hektardan 21 min 541 ton), Biləsuvar (12 min hektardan 19 min 900 ton) və Beyləqan (9 min 560 hektardan 19 min 615 ton) daxildir. Məhsul yığımı davam edir.

Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatdırılmışdı. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı 2016-cı ilə nisbətən 2,3 dəfə artmışdı. 2018-ci ildə isə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 145




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap