Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Keçmiş baldızını öldürmək istədi, 14 il həbs cəzası aldı

Tarix 12.11.18, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə sui-qəsddə ittiham olunan Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, D.Təhməzov bu il iyunun 7-də axşam saatlarında paytaxtın Alatava ərazisində yaşayan keçmiş arvadının yanına gələrək uşaqlarını görmək istədiyini tələb edib. Keçmiş ər-arvad arasında mübahisə yaranıb. Daha sonra keçmiş baldızı Nuranə Fərzəliyeva ilə mübahisə edən D.Təhməzov ona altı bıçaq zərbəsi vurub.

Təqsirləndirilən D.Təhməzov ona elan olunmuş ittihamla razılaşmayıb. O, Nuranəni öldürmək niyyəti olmadığını deyib. D.Təhməzov arvadınından ayrılmasının səbəbkarı kimi baldızını göstərib: "Bir gün öyrəndim ki, yoldaşım məni məhkəməyə verib. Boşanmaq istəyini də baldızımgil onun ağlına saldılar. Məni bu günə onlar saldı. Məni də məhkəməyə çağırdılar. Boşanmaq istəmədiyimi, ailəsi saxlamaq istədiyini dedim. Mən Qarabağ döyüşçüsüyəm, çox əsəbiyəm. Bundan istifadə etdilər. İmkan vermədilər ki, mən yoldaşımla danışım, dərdləşim”.

Qeyd edək ki, D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 163




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap