Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Neftin ucuzlaşma ehtimalı, bahalaşma ehtimalından yüksəkdir” - Əli Məsimli

Tarix 12.11.18, 10:15

Font ölçüsü : - / +
bitmap-img6


“Hökumətin sahibkarlıqla bağlı həll etməli olduğu iki mühüm problem var”

Hər il olduğu kimi, bu il də içində olduğumuz ərəfə büdcə müzakirələri ilə yadda qalmaqdadır. Artıq növbəti ilin dövlət büdcəsi Milli Məclisin komitələrində müzakirə olunur. Yaxın günlərdə ölkənin baş sənədi parlamentin plenar iclasının ixtiyarına veriləcək.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə söhbətimiz də məhz gəlir-xərcləmiz, planlaşdırılan büdcənin ölkə iqtisadiyyatının prioritetlərinə uyğunluğu və sair üzərində qurulub.

- Əli bəy, gələn ilin büdcəsi iqtisadiyyatda zəruri olan islahatlara nə qədər uyğundur? Büdcəni islahatlar büdcəsi hesab etmək olarmı?

- Dünya bazarında neftin qiyməti yüksək olanda, adətən neft hasil edən ölkələrdə islahatlar arxa plana keçir. Bu dəfə yaxşı ki, müsbət mənada bu “prinsip” Azərbaycanda pozulur. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsi büdcə paketinə islahat xarakterli bir sıra təkliflər daxil edib. Dövlət büdcəsinin 2019-cu il üçün proqnoz göstəriciləri Vergi Məcəlləsində və digər qanunlarda nəzərdə tutulan dəyişikliklər və bu sahədə aparılacaq islahatlar fonunda tərtib edilib. Əvvəllər Dövlət Neft Fondunun xətti ilə maliyələşdirilən bir sıra layihələr 2019-cü ildən etibarən dövlət büdcəsi vasitəsilə maliyyələşdiriləcək. Neftin qiyməti aşağı düşsə, büdcə azaldılmayacaq.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən vergi güzəştləri daha 5 il uzadılır. Nağdsız əməliyyatların təşviqləndirilməsi istiqamətində tədbirlər görüləcək. Qarşıdakı illərdə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli dərəcədə artmasının qarsısının alınması və sair bu kimi islahat xarakterli addımlar atılacaq. Biz, həmişə olduğu kimi, bu dəfə də islahat xarakterli addımları dəstəkləyir, onun miqyaslarının genişləndirilməsini, ona sistemli və davamlı xarakter verilməsini arzulayırıq.

- Büdcədə neftin 60 dollar hesablanması riskli addımdırmı? Sizcə, bu hesablama nə qədər optimaldır?

- Sualın büdcədə neftin 60 dollar hesablanmasının riskli addım olub-olmaması ilə bağlı hissəsinə dair onu demək olar ki, bir sıra beynəlxalq təşkilatlar və analitiklər bu il və gələn il neftin qiymətinin 60 dollardan yuxarı olacağını proqnozlaşdırır. Rusiya gələn ilin büdcəsində neftin qiymətini 63 dollardan yuxarı, Qazaxıstan isə eynən bizim kimi 60 dollar götürüb. Büdcə gəlirlərinin strukturuna baxanda görürük ki, bizdə Neft Fondundan büdcəyə transfertlər büdcə gəlirlərinin yarıya yaxınını, Dövlət Neft Şirkətinin mənfəətindən büdcəyə daxilolmalar 4 faizdən bir qədər artığını, beynəlxalq konsorsium xətti ilə mənfəətdən vergi kimi daxilolmalar isə 4 faizə yaxınını təşkil edır. Neftin qiymətinin proqnozdan aşağı düşməsi Neft Fondundan büdcəyə transfertlərə təsir etməyəcək, yalnız həmin 8 faizlik hissəyə təsir edə bilər. Deməli, əgər bunu risk adlandırmaq olarsa, neftin qiymətinin azalacağı təqdirdə əsas risk faktoru Dövlət Neft Şirkətinin və beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər. Həmin daxiloımalar isə o qədər kiçikdir ki, büdcəyə elə bir təsiri ola bilməz. Qalan vəsait isə hökumətin öz sosial öhdəliklərini yerinə yetirməsi üçün kifayətdir. Deməli, büdcədə neftin 60 dollardan hesablanmasının risk dərəcəsi çox aşağıdır.

Bu hesablamanın nə qədər optimal olması məsələsi isə bu il və yəqin ki, dələn il üçün də çox qəliz məsələdir. Çünki son vaxtlar neftin qiyməti iqtisadi amillərdən daha çox, siyasi proseslərin təsiri ilə formalaşır. Ona görə də hazırkı geosiyasi şəraitdə neftin qiymətini reallığa yaxın səviyyədə proqnozlaşdırmaq mümkün olmadığından, irəli sürülən proqnozların etibarlılıq dərəcəsi çox aşağıdır. Üstəlik, ABŞ-ın yenidən İrana tətbiq etməyə başladığı sanksiyaların da dünya neft bazarına necə təsir edəcəyini indidən dəqiq söyləmək çətindir. Bununla belə, xeyli dərəcədə aydındır ki, hazırda və yaxın perspektivdə neftin qiyməti yüksəlsə də bu, uzunmüddətli xarakter daşımayacaq və sonrakı illərdə neftin qiymətinin enmə ehtimalı, qalxma ehtimalından daha çoxdur.

- Sizcə, neft gəlirlərindən büdcə vasitəsilə xərcləmələr nə qədər səmərəlidir?

- 2019-cu ilin büdcəsi əvvəlki illərlə müqayisədə ən böyük büdcədir. Bu əsasda gələn ilin büdcəsində iqtisadiyyata, elmə, təhsilə, səhiyyəyə və sair bu kimi mühüm sahələrə əvvəlki illərdən çox vəsait qoyulması nəzərdə tutulub. Təbii ki, bu çox müsbət haldır ki, Azərbaycan büdcəsi və əsas sahələrə vəsait qoyuluşu artır. Amma bu, məsələnin yalnız bir tərəfidir. Çünki əsas məsələ büdcə xərclərinin həcminin hansı səviyyədə müəyyənləşdirilməsi deyil, bu xərclərin hansı istiqamətə yönəldilməsi və onun iqtisadiyyatın möhkəmlənməsi, xalqın rifahının yaxşılaşdırılması baxımından nə dərəcədə səmərəli xərclənməsidir.

Büdcəmiz Neft Fondundan iri transfertlər hesabına artırılır. Amma bu sahədəki xərcləmələrin səmərəliliyinin artırılması sahəsində mövcud problemlərin həllinə ehtiyac var. Ona görə də biz etibarlı uçot və nəzarət mexanizminin qurulmadığı, şəffaflığın və hesabatlığın lazımi səviyyədə olmadığı bir şəraitdə Neft Fondundan iri transfertlərin əleyhinəyik və hər dəfə büdcə müzakirə olunarkən bu mövqeyimizi əsaslandırırıq. Təbii ki, ehtiyac yarananda Neft Fondundan büdcəyə transfertlər etmək lazımdır. Amma bunun bir optimal ölçüsü və həmin vəsaitdən istifadənin ciddi nəzarət mexanizmi olmalıdır. Neft Fondundan transfertlərin çox hissəsinin dövlət büdcəsi vasitəsilə real sektorun prioritet sahələrinin və əhalini daha çox narahat edən problemlərin həllinə yönəldilməsini zəruri hesab edirik.

Maliyyə nəzarətinin, hesabatlılığın və şəffaflığın gücləndirilməsi, monitorinqlərin tətbiqi və sair üsullarla büdcədən ayrılan vəsaitin nəticəliliyinin yüksəldilməsini vacib hesab edirik. Dövlət maliyyə nəzarəti haqqında model qanunun və ondan irəli gələn digər qanunların qəbulunun sürtləndirilməsi,dövlət maliyyəsinin idarə olunmasının beynəlxalq normalara uyğunlaşdırılması, büdcə intizamının möhkəmləndirilməsi və sair bu kimi istiqamətlərdə islahatların dərinləşdirilməsinə ehtiyac var.

- Büdcə zərfində nəzərdə tutulan vergi islahatlarını necə dəyərləndirirsiniz? Daha hansı istiqamətlərdə(vergi sahəsində) dəyişikliklərin olmasını zəruri hesab edirsiniz?

- 2019-cu ildən nəzərə çarpan vergi islahatları həyat keçiriləcək. Vergilər Nazirliyi vergi tutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergi tutma bazasının genişləndirmək istəyir. Bu islahatlar nəticəsində müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsində azalmalar olacaq, lakin islahatlar zamanı nəzərdə tutulanlar reallaşmağa başlasa, bir müddətdən sonra iqtisadiyyatda şəffaflaşma , kölgə iqtisadiyyatının tədricən azaldılması, sahibkarlar üçün əlavə stimul yaradılması vasitəsilə həmin itkilər artıqlaması ilə kompensasiya olunacaq. Hökumətin nəzərdə tutduğu həmin islahatlardan başqa əlavə dəyər vergisinin (ƏDV) differensiallaşdırılması və prioritet sahələrdə 18 faizdən daha aşağı ƏDV tətbiq edilməsini zəruri hesab edirik. Çünki beynəlxalq praktika göstərir ki, ƏDV dərəcəsi 14 faizi keçəndən sonra iqtisadiyyata mənfi təsiri, müsbət təsirindən çox olur.

Bununla yanaşı, iki zəruri problemi də həll etmək lazımdır: yoxlamaların aradan qaldırılması istiqamətində prezident sərəncamından sonra qısa zaman kəsiyində yoxlamaların sayı min dəfə (!) azaldı. Sahibkarların dövlət strukturlarında oturub açıqca reketçiliklə məşğul olanlara verdiyi “dinməver”lərlə bağlı vəsaiti öz bizneslərinin inkişaf etdirilməsinə yönəltməyə şans qazandılar. Amma bu sahədə dediyimiz kimi, 2 problem var: birincisi, bəzi sahibkarlar bu güzəştdən sui-istifadə edərək Azərbaycanı keyfiyyətsiz və insan orqanizmi üçün ziyanlı məhsulların istehsalı və satışı poliqonuna çevirib. Bunlar sahibkar yox, ziyankarlardı və qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır.

İkincisi isə bundan da sərt şəkildə cəzalandırılması vacib olanlar isə dövlət struktrlarında oturublar. Belə ki, bəzi dövlət strukturlarınn nümayəndələri xüsusən yeni açılan və ya sahibi yenilənən obyektlərə gəlib “şirinlik” tələb edir, onun arxasınca isə “aylıq haqq” qoyurlar. İmtina edəni işləməyə qoymurlar. Bu da bir çox hallarda yenicə fəaliyyətə başlayan sahibkarın təşəbbüsünün rüşeymində boğulması ilə sonunclanır. Ona görə də bu naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini zəruri hesab edirik. Sahibkarları soyanların bir neçəsi “iş başında” tutulub, sərt şəkildə cəzalandırılsa, başqalarına da dərs olar. Sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınması, onlardan vergidən əlavə digər haqlar tələb edənlərin sərt şəkildə cəzalandırılması ilə yanaşı, eyni zamanda prioritet sahə və istiqamətlər üzrə yeni fəaliyyətə başlayan biznes qurumları, şirkətlərin özlərinə gələnə qədər bir neçə il vergidən azad edilməsi zəruridir.

- Hökumət icbari tibbi sığortanın tətbiqini bir il də uzadır - 2020-ci ildən tətbiq olunacağı deyilir. Bunu necə qiymətləndirirsiniz? Çox gecikmirik ki?

- “İcbari tibbi sığorta haqqında” qanunun qəbulundan 19 il keçir. Bu qədər illər ərzində həmin qanunun icrası, müxtəlif obyektiv və ondan da daha çox subyektiv səbəblər üzündən mümkün olmayıb. Artıq son illər bu istiqamətdə bir sıra addımlar atılıb. Hökumət icbari tibbi sığortanın tətbiqini onsuz da xeyli gecikdirib. Uzun illərdir ki, bu, əhalinin ailə büdcəsinə və sağlamlığına ciddi zərbə vurur. Ona görə də əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün icbari tibbi sığortanın bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsini zəruri hesab edirik.

- Azərbaycanda uşaqların doğulmasına görə müavinət (99 manat) çox cüzi bir məbləği əhatə edir - heç uşaqlar üçün yaşayış minimumuna belə çatmır. Uşaqlar üçün müəyyən yaşa qədər müavinət hüququ da kəskin məhdudlaşdırılıb. Bu sahədə hansı dəyişiklıiklərin olunmasını zəruri sayırsınız? Hökumət demoqrafik vəziyyətin sabitliyinə əsaslanaraq doğumun stimullaşdırılmasına lüzum görmür. Nə qədər düzgün yanaşmadır?

- Hökumətin doğumu stimullaşdırıb-stumullaşdırmamasından asılı olmayaraq, Azərbaycanda təbii artım kifayət qədər yüksəkdir. Belə şəraitdə əhalisi ildə 1,2-1,3 faiz artan ölkələrdə, əvvəla, ÜDM-in artımı 4 faizdən yüksək olmalıdır ki, onları normal səviyyədə təmin etmək mümkün olsun. Digər tərəfdən isə bu və ya digər səbəblər üzündən ölkəni tərk edənlər də çoxdur. Ona görə də hökumət aktiv demoqrafik siyasət yeritməlidir. Fikrimizcə, hökumət yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcmini artırmalıdır. Eyni zamanda yeni doğulan uşaqların sağlam böyüməsini təmin etməkdən ötrü müəyyən yaşa qədər uşaqlara da müavinət verilməsini zəruri hesab edirik.

“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 193




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap