|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Son dövrlər Kəmaləddin Heydərovun biznesinin məhv edilib, sıradan çıxarılması...“ - Müsavat başqanından müsahibə
Tarix 28.10.18, 17:57 |
|
Son illər ölkədə siyasi proseslər xeyli zəifləyib. Artıq ölkənin ictimai-siyasi həyatında əsas oyunçulardan biri siyasi partiyalar və müxalifət nümayəndələri deyil. Belə demək mümkündürsə, 2003-cü il prezident, 2005-ci il parlament seçkilərindən sonra Azərbaycanın siyasi arenasında süstlük başladı və hazırda siyasi mübarizə çox passivdir.
“Reytinq” qəzetinin əməkdaşı Müsavat Partiyasının başqanı Arif Hacılı ilə söhbətə elə bu mövzudan başlayıb.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Arif bəy, son 10-15 ili nəzərdən keçirsək, siyasi proseslərin süstləşdiyini, müxalif qüvvələrin də buna adekvat olaraq zəiflədiyini görərik. Əvvəllər meydana yüz minləri çıxaran, siyasi prosesləri aktiv idarə edən müxalifətə 2003-2005 seçkilərindən sonra nə oldu?
- Siyasi qüvvələrin gücü siyasi proseslərdə, eyni zamanda seçkilərdə bilinir. 15 il əvvəl 2003-cü ilin prezident seçkiləri zamanı müəyyən siyasi proses mövcud idi. Saxtakarlıqlar, zorakılıqlar, qanun pozuntuları aşkar edilsə də, anti-demokratik olan mühit var idi. Administrativ resor cəmiyyəti indiki qədər nəzarətə götürməmişdi. Bu baxımdan müxalifətin gücünün görünməsi üçün imkanlar indi olduğundan daha geniş idi.
Əslində, bu müddət ərzində müxalifətin sayı, elektoratı nəinki azalmayıb, əksinə, artıb. Sadəcə, hazırda ölkədəki mövcud vəziyyət, avtoritarizmin möhkəmlənməsi dövlət resurslarının xalqa, cəmiyyətə qarşı hakimiyyət tərəfindən istifadə olunması belə bir şərait yaradıb ki, müxalifətin gücünün müəyyən olunması, ortaya çıxması üçün imkanlar yoxdur.
Seçkilər keçirilmir, keçirilən seçkilər tamamilə hakimiyyətin nəzarəti altındadır - 2003-cü ildən fərqli olaraq. Eyni zamanda, sərbəst toplaşma azadlığı, söz azadlığı o dövrə nisbətən hüdudsuz dərəcədə məhdudlaşdırılıb. Ona görə də, cəmiyyətdə müxalifətin gücü kifayət qədər görünmür.
Xalqın siyasi yolla dəyişikliklərin baş verməsinə inamı xeyli dərəcədə azalıb. İndi guya hakimiyyətin güclü, müxalifətin gücsüz olması görüntüsünün yaranmasına səbəb budur.
- Amma son illər cəmiyyətdə bir fikir də formalaşıb ki, bu müxalifət heç bir iş görə bilməz. Bu fikrin formalaşması nəyin nəticəsidir?
- Mənə elə gəlir ki, belə düşünən adamların olması istisna deyil. Bütün dövrlərdə özləri heç bir iş görmədən başqalarından böyük inqilabi dəyişikliklər uman insanlar olub və olacaq.
Ancaq cəmiyyətin müxalifətə inamının olmaması barədə fikirlərin əsası yoxdur. Cəmiyyətin ümumiyyətlə, seçki yolu ilə ölkədə hər hansı bir dəyişikliklərin olacağına ümidi azalıb. Bu ümidin azalmasının səbəbi Azərbaycan müxalifətinin yox, Azərbaycan hakimiyyətinin fəaliyyətidir. Administrativ resurs Azərbaycan cəmiyyətini o dərəcədə məngənəyə salıb ki, insanlar seçki yolu ilə hakimiyyət dəyişikliyinin baş verəcəyinə inanmır. Ona görə də, cəmiyyət müxalifətə dəstək vermir. Eyni zamanda cəmiyyətin, bir çox təbəqələrin müxalifətin yanında olması 15 il öncə daha təhlükəsiz idi. İndi müxalifətə dəstək vermək, müxalifətin yanında olmaq, müxalif fikir səsləndirmək, müxalifətin aksiyalarında iştirak etmək 15 il əvvəl olduğundan daha təhlükəlidir. Müxalifətin yanında olmaqdan karyerası, azadlığı, hətta bəzi hallarda həyatı baxımından ehtiyatlanan adamlar bir qədər kənarda dayanıblar. Onların bu davranışları heç də müxalifətdən narazı qalmaqları, müxalifətə qarşı çıxmaları, hakimiyyəti dəstəkləmələri ilə bağlı deyil.
- Bir məqamı da unutmayaq. Ötən dövr ərzində müxalifətin əsas simalarından olan bəzi şəxslər də mövqelərini dəyişdilər. Müxalifətdən üz dönənlərin də cəmiyyətin müxalifətə münasibətinə təsiri var...
- Bir tərəfdən müxalifəti dəyişməməkdə, müxalifət elitasını geridə qalmaqda ittiham edirlər, digər tərəfdən isə müxalifətdə dəyişikliyin baş verməsinə görə bizə qarşı ittihamlar səsləndirirlər. Təbii ki, hansısa adamlar uzun müddət bu təzyiqlərə, təqiblərə tab gətirə bilmir. Hər kəsin mübarizə potensialı eyni deyil. Hər kəs sona qədər mübarizə apara bilmir. Yəni belə hallar mövcuddur. Ancaq bunun da səbəbi ölkədə demokratik, azad seçkilərin olmamasıdır.
Hazırda müxalifət düşərgəsini dəyişmiş bir çox siyasətçilər var. Əminliklə deyə bilərəm ki, azad siyasi rəqabət şəraiti olsaydı, onlar müxalifət düşərgəsini dəyişməzdilər. Onlar bu gün də müxalifətdə olar, fəaliyyətlərini bu şəkildə davam etdirərdilər. Bəzi adamlar kompormizmə, şəxsi maraqlarına, şəxsi həyatlarını qurmağa görə, ömrün bir dəfə verildiyini və s. arqumentləri əsas gətirib bu mübarizədən çəkinirlər. Ancaq müxalifət düşərgəsində əvvəllər mübarizədə olmayan adamlar da var. Hakimiyyət düşərgəsindən müxalifət düşərgəsinə keçənlərin də sayı az deyil.
- Müsavatın son zamanlar gücünün azaldığı müşahidə edilir. Bu barədə nə deyə bilərsiniz?
- Müsavatın nüfuzu azalmayıb. Mən deyərdim ki, bu illər ərzində sizin bundan əvvəlki sualınızda qeyd etdiyiniz kimi, düşərgəsini dəyişməyən, öz əqidəsinə uyğun olaraq fəaliyyət göstərən adamların sayı Müsavat Partiyasında daha çoxdur. Bütövlükdə Müsavat Partiyası Azərbaycanda siyasi-ideoloji baxımdan stabil fəaliyyət göstərən, bütün mərhələlərdə, bütün dövrlərdə Azərbaycan xalqının, cəmiyyətin maraqlarını əsas götürən bir partiya kimi cəmiyyət arasında daha böyük nüfuza malikdir.
Ancaq mən fikrinizin o hissəsi ilə razıyam ki, Müsavat Partiyasının təsir imkanları məhdudlaşıb. Cəmiyyətin müqavimət gücü azalıbsa, cəmiyyətin bütövlükdə ölkədə dövlət idarəçiliyinə təsir imkanları məhdudlaşıbsa, Müsavat Partiyasının da gücünün məhdudlaşmasına təbii yanaşmaq lazımdır. Ancaq bütün bunlar şərti xarakter daşıyır. Ölkədə minimum seçki imkanı yaranan kimi, Azərbaycan cəmiyyəti yenə öz sözünü deyəcək və Müsavat Partiyası hakimiyyətə gələcək.
- Bəziləri Sizin başqan seçilməyinizdən sonra partiyanın zəiflədiyini söyləyir. Siz özünüzdə günah görürsünüzmü?
- Mən Müsavat Partiyası başqanı seçilməzdən əvvəl də partiyada kifayət qədər təsir imkanlarına malik idim. Müsavat Partiyasının icra strukturlarına rəhbərlik edirdim. Bütün siyasi aksiyalara, mitinqlərə, bütün seçki kampaniyalarına rəhbərlik etmişəm. Ona görə də mənim Müsavat Partiyası başqanı seçilməyimdən sonra hansısa bir qlobal dəyişikliyin baş verməsi haqqında fikir səsləndirən şəxs yəqin ki, siyasi ekspert, siyasi analitik səviyyəsində bir şəxs ola bilməz. Çünki mən bundan əvvəl də Müsavat Partiyasında təsir imkanlarına malik idim. Müsavat Partiyası mənim başqan seçildiyim müddətdən sonra bir çox çətinlikləri aradan qaldırmağa nail olub. Biz mətbuat böhranından çıxmışıq. Artıq Müsavat Partiyasının özünün mətbu qurumları var. Təsir imkanlarımız informasiya vasitələri ilə artır.
Müsavat Partiyasının təşkilati strukturları möhkəmlənir. Xarici siyasət sahəsində xeyli uğurlarımız var. Müsavat Partiyasının təbliğat və informasiya işi yaxşılaşmaqda davam edir.
Hesab edirəm ki, Müsavat Partiyasının 2008-2013-cü illər arasında düşdüyü böhran vəziyyəti artıq aradan qalxmaqdadır. Bundan sonra da Müsavat Partiyası üzvlərinin fədakarlığı nəticəsində partiyanın yalnız nüfuzu yox, təsir imkanları da artacaq.
- Son günlər parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsi, yaxud da boş qalan deputat yerlərinə mübarizənin başlayacağı ilə bağlı fikirlər səslənməkdədir...
- Bu fikirləri həmin seçkiləri arzulayan şəxslərin dilindən eşitmişəm. Hansısa rəsmi və bu seçkiləri keçirtmək üçün siyasi rıçaqlara malik olan siyasi qüvvələr tərəfindən növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı hər hansı anonsa rast gəlməmişəm. Ona görə də, düşünürəm ki, növbədənkənar seçkilər barədə danışmaq üçün ciddi siyasi əsaslar yoxdur.
- Arif bəy, müxalifətdən, cəmiyyətdən danışdıq. Hakim komandadakı vəziyyət barədə də fikirlərinizi bilmək istərdik. Hakimyyət hər zaman müxalifətə qarşı monolit olmağı bacarıb, sizcə, hazırda vəziyyət necədir?
- Əslində müxalifətdaxili münasibətlərin gərgin olması barədə fikirlər şişirdilsə də, hakimiyyətdaxili münasibətlər kifayət qədər gərgindir. Son dövrlər bu gərginliklər pik həddə çatıb. Açıq-aşkar görünür ki, hakimiyyət içində daha çox təsir imkanı, daha çox əmlak əldə etmək, həm maliyyə sferasına, həm də iqtisadiyyata nəzarət uğrunda çox ciddi və kəskin mübarizə gedir. Son dövrlər Kəmaləddin Heydərovun biznesinin məhv edilib, sıradan çıxarılması istiqamətində gedən proses heç kəsə sirr deyil. Azərbaycan hakimiyyətində mühüm rol oynayan və maliyyə axınlarına xeyli dərəcədə nəzarət edən Cahangir Hacıyev həbsdədir. Ona aid olan əmlakın, maliyyə axınlarının nəzarətə alınması prosesi indi də davam edir. Bundan başqa da gərginliklərin olması barədə məlumatlar var. Belə bir şəraitdə hətta hakimiyyət içində növbədənkənar parlament seçkilərinin keçirilməsi, hal-hazırda mövcud olan idarəçilik sisteminin həlledici şəkildə dəyişdirilməsi və s. haqqında təkliflər də səslənir. Bu da artıq hakimiyyətin yenidən bölüşdürülməsi uğrunda mübarizənin qızışdığını göstərir.
- Sizcə, hakimiyyətiçi mübarizə hansısa dəyişikliklərə səbəb ola bilərmi?
- Təbii ki, dəyişikliklər ola bilər. Azərbaycan tarixində belə hallar mövcuddur. Hakimiyyət dəyişikliyi bilavasitə hakimiyyətin özü vasitəsi ilə, hakimiyyəti buna məcbur etmək vasitəsi ilə həyata keçirilir. Azərbaycanın 90-91-ci illər parlamentini götürək. Məhz, həmin Ali Sovetdə Mütəllibovun istefasına nail olundu. Bu Ali Sovet onun istefasına səs verdi. Üzərindən bir müddət keçəndən sonra həmin Ali Sovet Mütəllibovun yenidən vəzifəyə bərpa olunması barədə qərar verdi. Sonradan Milli Məclisə çevrilən həmin qurum, İsa Qəmbərin Ali Sovetə seçilməsi vasitəsi ilə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini təmin etdi. Sonra elə həmin Milli Məclis Heydər Əliyevi hakimiyyətə gətirdi. Onu Milli Məclisin sədri seçməklə faktiki olaraq Azərbaycanda hakimiyyət dəyişikliyini təmin etmiş oldular. Təbii ki, bu qərarlar müxtəlif dövrlərdə cəmiyyətin təzyiqi ilə, konkret olaraq 1993-cü ilin iyun ayında baş verən "İyun qiyamı" nəticəsində həyata keçirildi. Faktiki olaraq mövcud olan ali hakimiyyət strukturu vasitəsi ilə, ali qanunvericilik orqanı vasitəsi ilə bu hakimiyyət dəyişiklikləri baş verib. Tarixin təkrar olunması istisna deyil.
Xəbərin oxunma sayı : 442
Müsahibə
Xəbərlər
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
-
Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
-
Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
-
Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? - SİYAHI
-
“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
-
Azərbaycanda hotellər bahalaşdı - VİDEO
-
Bugünkü imtahanda nəzarətçi köçürməyə şərait yaradıb – Rəsmi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Vaşinqton Kiyevə yardımla bağlı qəti cavab alacaq” - Mariya Zaxarova
-
“Qobu park 3” yaşayış kompleksində binalar əyildi – VİDEO
TOP 10
ARXİV