Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Amerika prezidenti Tramp “Xaşuqçi işi”nə nöqtə qoydu:“Səudiyyə Ərəbistanından çox asılıyıq” – Müsahibə

Tarix 26.10.18, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın Amerika nəşrinə müsahibəsindən jurnalist Camal Xaşuqçinin qətliylə bağlı parçaları oxuculara təqdim edirik.

–Günün əsas xəbərindən başlamaq istərdik. Ərdoğan Türkiyədə bildirib ki, Xaşuqçinin həlakı bilərəkdən edilmiş qətldir.

-Bəli, bu, ciddi bəyanatdır. Bəlkə, su içmək istəyirsiniz? İndi gətirərlər. Sağ ol, budur, mənim stəkanım.

–Bizə məlum olandan çıxış etməklə necə hesab edirsiniz, Səudiyyə rəhbərliyi baş verənlərə görə məsuliyyət daşıyırmı?

-Di bizim adamlar bunun üzərində işləyirlər. (MKİ direktoru) Cina (Haspel) artıq ordadır, bir çox başqaları da onunladır.Onlar Türkiyədə olublar, Səudiyyə Ərəbistanında və daha haradasa olublar. Sabah axşam bu haqda hökmən biləcəyəm. Onlar artıq qayıdırlar. Birbaşa mənada artıq yoldadırlar. Vəziyyət çox, olduqca kədərlidir. Yəqin ki, lap başdan buna düzgün yanaşmayıblar. Ümumiyyətlə heç bir şəraitdə belə şey baş verməməlidir…

-Sizin MBS (Səudiyyə Ərəbistanının varis şahzadəsi Muhəmməd ibn Salman), ümumən Səudiyyə rəhbərliyi və yoluna qoymağa çalışdığınız tərəfdaşlıq haqda fikriniz dəyişməib?

-…Həqiqi mənada sual bundadır ki, o, bütün bunlar barədə lap başdan bilirdimi, ya yox. Sonra deyil, ona qədər. Bildiyiniz kimi, onlar iddia edirlər ki, ən yüksək səviyyədə heç nə bilmirdilər – bu isə çox ciddi bəyanatdır. Mən ümid edirəm ki, belə də olub… Uşaqlar, siz çətin ki, inanasınız, bunu mən deyirəm, amma bir şey dəhşətlidir ki, bu, jurnalist idi. Hətta düşüncədə də belə hərəkət etmək olmazdı. Həm də baş verənlər nə qədər dəhşətli olsa da, ört-basdır daha dəhşətli çıxıb.

–Aydındır. Bəs Türkiyənin özünü necə apardığı haqda nə düşünürsünüz? Onlar artıq bir həftədir ki, məlumatları hissə-hissə göstərirlər. Görünür, bu, səudlara basqı xatirinə edilir.

-Bəli, çox qəribədir, qəribə yanaşmadır. Mən dünən prezident Ərdoğanla danışmışam. Pastor (Əndryu) Brenson artıq qayıdıb. İndicə burdaydı, bəlkə də, görmüsünüz.

-Bəli, gördük.

-Bax, belə, onu buraxıblar. Mənim prezident Ərdoğanla həmişə çox gözəl münasibətlərim olub. Olub, işlər valaylayıb, amma indi hər şey qabaqkı səviyyəyə dönüb. Biz dünən çox yaxşı ünsiyyətdə olduq. Amma onlar, əlbəttə, sərt uşaqlardır. Bəli, özlərini sərt aparırlar. Amma bu normaldır. Onları başa düşmək olar. Axı bu onların ölkəsində baş verib.

–Bəs siz MBS-lə ünsiyyətdə olmusunuz?

-Bəli.

–Ona nə bildirdiniz? Və o nə cavab verdi?

-Başlanğıc üçün soruşdum ki, hələ planlaşdırma mərhələsində bütün bunlar haqda bilirdimi? O, cavab verdi ki, xeyr, bilmirdi. Sonra soruşdum ki, bu harada baş verib? Cavab verdi ki, hardasa aşağı mərtəbələrdə. Sonra başqa sözlərlə bir-iki sual verdim, amma o, sonra da inandırdı ki, heç nə bilmirmiş. Həm də bilirsiniz, onun mənə söylədiklərinə heç nə əlavə edə bilmərəm.

–Siz ona inanırsınız?

-Mən dedim ki, baş verənlər haqda ayrıca məruzə hazırlamalıdır. Bilirsiniz, axı onlar artıq öz araşdırmalarını aparırlar. Bax, belə, düşünürəm ki, nəticələrin dərciylə bağlı tələsməlidirlər.

-Deməli, inandınız ki, o, heç nə bilmirmiş?

-Mən ona inanmaq istəyirəm. Düzü, istəyirəm. O, çox faydalı müttəfiqdir. Onlar bizim hərbi sahəyə və sairəyə çox güclü yatırım qoyublar. Külli miqdarda malımızı alırlar. Milyonlarla iş yeri yaradırlar, başa düşürsünüz? Bu ki saysız-hesabsızdır. Belə ki, bəli, ona inanmaq istəyirəm.

–Bəs onun nəsə bildiyi, ya da başqa yolla əli olduğu üzə çıxsa, necə? Düşünürsünüz, hakimiyyətdən uzaqlaşmağına dəyər?

-Bu ölkə onlarındır, necə hərəkət etməyi də özləri qət etməlidirlər. Əlbəttə, bu bizim münasibətlərimizə çox pis təsir edərdi. Bunun bərpasına xeyli vaxt gedər. Ümumiyyətlə, İrana və İsrailə aid məsələlərdə onlar bizə yaxşı müttəfiq olublar. Ümumiyyətlə, kəskin dəyişiklik olardı. İndi uzun müddət ərzində ilk dəfə Yaxın Şərqdə işlər qaydaya düşür. İran artıq o deyil, mən … edəndən bəri… Ümumiyyətlə, bu, başqa ölkədir. Mən belə deyərdim: nə qədər ki onlarla möhkəm məşğul olmamışdım, İran yaxşı görünürdü. Onlar hər şeyi süpürləyib altlarına basmağa hazırlaşırdılar: Suriyanı, Yəməni. Onlar daha uzağa gedərdilər. Kim bilir, bütün bunlar nəylə qutarardı? Amma mən yenə də bu addıma qərar verdim, ancaq çoxları qarşıydı və hətta məni fikrimdən daşındırırdılar – başa düşürsünüz? Mən sazişi pozdum – nüvə müqaviləsini və indi onlar artıq o deyillər.. İqtisadiyyatları çöküb. Valyutaları çöküb. Onlarda hər gün qiyamdır – ciddi və bütün ölkə boyu, bütün böyük şəhərlərdə. Onlar artıq o deyillər. Ayrı-ayrı yerlərdən əsgərlərini çıxardırlar, bunu yarım il, ya bir il qabaq hətta təsəvvür də etmək olmazdı.

–Siz təəssüflənmirsiniz ki, MBS-i dəstəklədiniz? Axı Cared (Kuşner, Trampın kürəkəni-red.) onunla sıx əməkdaşlıq edib.

-Ümumiyyətlə, Caredin onunla heç bir işi olmayıb. Sadəcə, biləsiniz deyə. Belə isə, hər ikisi gəncdir. Ümumi dil tapıblar. Üz-üzə görüşməyiblər, bir də hər necə olsa, bütün bunlar artıq çoxdan olub. İstənilən halda, təəssüf o söz deyil. Nəsə olsaydı, mən çox dilxor olardım.

İndi isə İranı yada salın. Baxın, nə qədər adamı məhv ediblər. O ki bütün dünyada terrorizmin baş sponsorudur.

–Konqres düşünsə və desə: “Biz (Səudiyyəyə-red.) silah tədarükünü dayandırmaq istəyirik”, siz buna gedərsiniz?

-Mən onların üzünə düşündüyümü deyərdim. Hesab edirəm ki, belə hərəkət etrmək axmaqlıqdır. Amma onların rəyi başqadırsa, onda, ən azı, bunun üzərində düşünərəm. Belə də hər halda hesab edirəm ki, biz səudlara deyil, özümüzə daha çox ziyan vurarıq. Və 450 milyarddan olarıq. Bəli, axı siz də orada olmusunuz, Səudiyyə Ərəbistanına səfər zamanı?

–Bu, Asiya boyu turne idi.

-Nəsə inanılmaz idi. Mən birinci olaraq məhz bu səbəbdən Səudiyyə Ərəbistanına yollandım. Onlar məni çox dəvət edirdilər. Dedim: istərdim ki, xeyirxah iradə nişanəsi kimi Amerika məhsullarına və başqa mallara böyük sifariş verəsiniz, bu, iş yerləri yaradacaq, iqtisadiyyata inkişaf gətirəcək. Biz 450 milyarda düzəlişdik. Belə bir şey heç vaxt olmayıb. Mən onları lap birinci yerə qoydum. Onların kralını çox bəyəndim. Onunla ünsiyyətdə oldum. Belə ki, düşünmürəm ki, onun bunda əli var. Əminəm ki, xeyr. Hər halda, mən də belə bir duyum var.

–Bu sazişə nə qədər vaxt gedər?

-Müəyyən vaxt aparar.

–Deyə bilərsiniz, hələ nə qədər qalır?

-Xeyr, amma həmin gün bir yığın müqavilə bağlanıb. Hələ niyyətlər barədə müqavilələr və bu kimi şeylər. Maykl, başa düş, bu, çox böyük həcmdir. Saziş hətta bir qədər az tutumlu olsaydı da, yenə də tarixdə ən böyüyü olardı.

–Cənab prezident, söylədiniz ki, fikrinizcə, kralın əli yoxdur. Amma şahzadəyə gələndə, artıq o qədər əmin deyilsiniz.

-Ümumiyyətlə, orada indi hər şeyi məhz şahzadə yönəldir. Belə ki, kimsə bulaşıbsa, onda bu odur. Amma, ümumiyyətlə, bütün bunlar, sadəcə, mənim təəssüratlarımdır. Mən kralla danışdım. O, hər şeyi qəti şəkildə inkar edir. Biz bir-birimizi pis tanımırıq. Belə ki, düşünmürəm ki, onun xəbəri varmış. Varis şahzadə də ondan az inkar etmir. Belə ki, onun da xəbərsiz olduğuna ümid edirəm.

…-Və buna bir də qayıtmayaq deyə, bizim münasibətlərimiz Səudiyyə Ərəbistanından nə qədər asılıdır? Belə çıxır ki, onlar on milyonlarla dollar yatırmağa hazırdırlarsa, onda hər şey yaxşıdır?

-Çox güclü asılıdır. Onlar bizimlə münasibət saxlamağı çox istəyirlər. Yaddan çıxarmayın, biz olmasaq, onda Səudiyyə Ərəbistanı bizsiz, ola bilsin, əsla duruş gətirməz. Mən bunu həmişə demişəm. Mən – hələ bütün bu əhvalata qədər – sərt formada tələb etmişəm ki, səudiyyəlilər bizim qorumamıza görə yaxşı pul ödəsinlər. Axı biz onları qoruyuruq. Ora çox varlı ölkədir və hər şey bizim müdafiəmiz altındadır. Amma məsrəflərimiz əvəzlənmir. Yalnız cüzi faizi. Mən onlara bu haqda demişəm. Onlara və başqa ölkələrə. Burada heç bir sirr yoxdur. Mən bundan həmişə danışıram. Başqa varlı ölkələr də var. Bizim, məsələn, cəzasını çəkən və vəsaiti olmayan ölkəni qorumağımız başqa məsələdir. Və əvəzində heç nə verməyən varlı ölkədən söz gedəndə, başqa məsələ. Bax, belə, belə davam edə bilməz. Belə-belə işlər…

Rebekka Balhaus, Maykl Bender, Aleks Liri, Piter Nikolas

The Wall Street Journal (ABŞ), 24.10.2018

Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 475




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap