|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Orduxan Teymurxan rus kəşfiyyatının agenti imiş - sensasion və mötəbər faktlar
Tarix 24.09.18, 14:26 |
|
Siyasi proseslərdə heç nə təsadüfi olmur. Bu, zaman-zaman deyilmiş və praktiki olaraq təsdiqini tapmış məsələdir. Bu baxımdan o da mümkün deyildi ki, heç zaman siyasi-ictimai proseslərdə iştirakçı olmayan, mübarizə meydanlarında görünməyən bir adam qəfildən Avropada peyda olsun və Azərbaycan dövlətinə qarşı indiyədək rast gəlinməyən iyrənc formada fəaliyyətə başlasın. Özü də o "fəaliyyətə” ki, burada əsas prioritet Azərbaycanın insanına, dəyərlərinə xas olmayan bir tərzdə söyüş, ağır təhqirlər "mübarizə” metodu seçilir və faktiki olaraq, "mənəvi terror” törədilir. Eyni zamanda bu fəaliyyətdə Azərbaycanın düşmənləri - erməni lobbisi ilə eyni "ələ oynamaq” da açıq-aydın şəkildə prioritetlərdən biridir.
Qəfildən Avropada peyda olub, Azərbaycana qarşı çirkin kampaniyalar aparan şəxslərdən biri məhz Orduxan Teymurxan oğlu Bəbirovdur. Hansı ki, onu üzü 90-lardan bu yana, ta 2015-ci ilə qədər nə Azərbaycanda hakimiyyətlə siyasi mübarizə aparan təşkilatda görən olub, nə bir mitinqdə iştirakı olub. Ümumiyyətlə, ömrünün xeyli hissəsini Rusiyada keçirən bu adamın birdən-birə Avropada peyda olub, Azərbaycan dövlətinə qarşı mənəvi terrora başlaması ilk gündən şübhələrə yol açmışdı.
Bu cür təxribat xarakterli davranış taktikası adətən, xüsusi xidmət orqanlarında hazırlananan adamlar tərəfindən həyata keçirilir. Elə isə haqlı suallar yaranmışdı: Axı bu Orduxan kimdir? Hardan peyda oldu? Onu kim danışdırır? Məqsəd nədir? Bu kəsi haradan maliyyələşdirir və təlimatlandırırlar? Bu suallar təbii ki, hər zaman düşündürücü olub.
Uzun müddətli araşdırmalar və dəqiqləşdirmələrdən sonra bu adamı tam ifşa edə biləcək faktlar əldə etmək mümkün olub.
Detallara keçmədən, ümumi olaraq deyək, təsdiqini tapan bu məlumatlardan aydın olur ki, Orduxan Bəbirov hələ çox uzun illər əvvəl keçmiş sovet hərbi kəşfiyyatı tərəfindən konfidensial əməkdaşlığa cəlb edilmiş, hazırda Rusiya xüsusi xidmət orqanlarının, konkret olaraq "QRU”-nun nəzarəti altında Azərbaycana qarşı bəlli təxribatçı, pozucu fəaliyyətini davam etdirir.
Dosye:
Bəbirov Orduxan Teymurxan oğlu 23.09.1969-cu ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Doğulduğu kənddə orta təhsil alıb və daha sonra 1987-1989-cu illərdə sovet ordusunda, Ukraynanın Odessa vilayətinin Bolqrad şəhərində yerləşən 98-ci qvardiya hava-desant diviziyasında ("ВДВ”) qulluq edib.
Elə onun "verbovka”sı da hərbi xidmət dövründən başlayıb.
O.Bəbirov faktiki olaraq özü haqda "məxfi” sayıla biləcək informasiyaları da bilərəkdən, yaxud bilməyərəkdən sosial şəbəklərdə yazdığı statuslarda özü sızdırıb. O, sosial şəbəkə paylaşımlarında müvafiq diviziyanın Moldova ərazisindəki bölməsində "paraşütçü” kimi hərbi xidmət keçdiyini də yazaraq təsdiq edib.
Bəzi məlumatlara görə, Orduxan məlum açıqlamasında 98-ci "ВДВ”nin Moldova ərazisində dislokasiya olunmuş 300-cü paraşüt-desant alayını nəzərdə tutur.
Müxtəlif mənbələrdə, habelə KİV-lərdə yazılanlara əsasən, 1987 və 1989-cu illərin döyüş və siyasi hazırlıq nəticələrinə görə, həmin hərbi hissə "hava-desant qoşunlarının ən yaxşı alayı” adını qazanıb. İnternet resurslarındakı məlumatlardan bəlli olur ki, SSRİ-nin süqutundan sonra 300-cü alayın hərbi texnikası Moldovaya təhvil verilsə də, hərbi hissənin şəxsi heyəti RF-nın Xakasiya Respublikasının Abakan şəhərinə köçürülüb. Daha sonra o hissənin bazasında 100-cü əlahiddə hava-desant briqadası yaradılıb...
Və ortaya çıxan ilk dəhşətli, Orduxanın birbaşa cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda mənəvi məsuliyyətinə səbəb ola biləcək fakt:
Məlumatlı, Orduxan Teymurxan oğlu Bəbirovu şəxsən tanıyan mənbə qeyd edir ki, o, sovet ordusunun sıralarında Azərbaycan xalqının milli-azadlıq hərəkatına qarşı hərbi fəaliyyətlərdə iştirak edib!
Qaynağın verdiyi ilkin informasiyalar və onun əsasında apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, 98-ci diviziyanın Bolqradda dislokasiya olunmuş 217-ci paraşüt-desant alayının şəxsi heyəti Cənubi Qafqazda xüsusi "dövlət tapşırıqları”nı yerinə yetirib. Ən şokedici məlumat isə odur ki, Orduxanın xidmət və təlim keçdiyi, azərbaycanlılara və Azərbaycana qarşı əksər əməliyyatlarında iştirak edən həmin alayın şəxsi heyəti 1988-1990-cu illərdə Bakıda və Azərbaycanın müxtəlif iri şəhərlərində - Sumqayıt, Gəncədə "konstitusion qaydanın təmin olunması” adı altında Azərbaycan xalqının milli-azadlıq hərəkatına qarşı mübarizədə aktiv iştirak edib!
Məlumata görə, sözügedən alay Ermənistanın Oktembryan rayonu və İrəvan şəhəri, Azərbaycanın Xankəndi (Stepanakert) və Bakı şəhərində azərbaycanlılara qarşı xüsusi əməliyyatlara cəlb olunub. Bir konkret fakta diqqət edək: 1989-cu ilin 18 oktyabrında həmin diviziyanın hərbi qulluqçularını Bolqrada aparan İl-76 hərbi təyyarəsi Bakı yaxınlığında qəzaya uğrayıb. Bu qəzada 9 ekipaj üzvü və 48 desantçı ölüb. Bu, həmin alayın hərəkat illərində Azərbaycana qarşı cəza dəstəsi kimi istifadə olunmasını təsdiqləyən faktdır.
Digər bir fakt isə ondan ibarətdir ki, 16 yanvar – 16 mart 1990-cı ildə Bakı şəhərində Azərbaycan xalqına qarşı əməliyyatlar üçün dislokasiya edilmiş 98-ci diviziyanın şəxsi heyəti 20 yanvar faciəsinin törədilməsində bilavasitə iştirak edib!
Azərbaycan vətəndaşı olduğundan, xalqın psixologiya və mədəniyyətini bildiyi üçün Orduxan Bəbirovun hərbi xidmət dövründə "verbovka” edilərək, 98-ci diviziyanın peşəkar döyüş qabiliyyətli, de-fakto cəza dəstəsi kimi fəaliyyətdə olan 217-ci, 299-cu və 300-cü alaylarının hərbi qulluqçularından formalaşdırılmış əməliyyat-taktiki qrupunun tərkibinə Azərbaycan ərazisində, o cümlədən ölkəmizin iri şəhərlərində (Gəncə, Sumqayıt və s.) milli azadlıq hərəkatına qarşı əməliyyatlarında fəallıq göstərdiyinə dair məlumatlar da var. Heç şübhəsiz ki, onun bu fəaliyyətini təsdiqləyən arxiv sənədləri də mövcuddur. Təəssüf ki, onlar məxfi sənədlərdir və onu Rusiya arxivlərindən almaq mümkünsüzdür. Bizi bilgiləndirən mənbə bunun dövlət sorğusu əsasında alına biləciyini də qeyd edir.
Burada bir vacib detala da diqqət edək: Əldə etdiyimiz daha bir informasiyaya görə, münaqişə bölgələrində xüsusi əməliyyatlarda iştirak təcrübəsi nəzərə alınaraq, 98-ci diviziyanın və onun alaylarının rəhbər heyəti – onların bir çoxu Orduxanın komandirləri olub - müxtəlif vaxtlarda Rusiya Silahlı Qüvvələrinin yüksək idarəetmə orqanlarında təmsil olunublar. Bu fakt onların Azərbaycanda 88-89-cu illərdə cərəyan edən siyasi proseslərdə yaxından iştirak etməsinə də şübhə yeri qoymur. Buna dair bir neçə fakt da mövcuddur. Məsələn, arvix materiallarından və internet resurslarındakı bəzi məlumatlardan bəlli olur ki, 1985-1989-cu illərdə 98-ci diviziyanın komandiri olmuş, Tatarıstan əsilli general-mayor A.A.Çindarov Əfqanıstandakı hərbi əməliyyatlarda, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Çeçenistan münaqişələrində, habelə Yuqoslaviya ərazisində Rusiya sülhməramlılarının yeridilməsi proseslərində bilavasitə iştirak edib.
Daha bir fakt: 1986-1989-cu illərdə 300-cü alay komandiri olmuş A.P.Kolmakov isə Rusiyada 1991-ci ilin avqust dövlət çevrilişi cəhdi zamanı desantçıların Moskvaya yeridilməsində, RSFSR Ali Sovetinin əvvəlcə mühasirəyə alınmasında, sonradan isə parlament binasının mühafizəsinin təşkilində əsas fiqurlardan biri olub. O, 2003-2007-ci illərdə "ВДВ”nin komandanı, 2007-2010-cu illərdə Rusiya müdafiə nazirinin 1-ci müavini olub. Bu şəxs 2014-cü ildən "DOSAAF”ın rəhbəri kimi fəaliyyət göstərir.
Bu diviziyanın siyasi, konfliktli proseslərdə iştirakı, komandirlərin, zabitlərin təcrübəsi nəzərə alınmaqla, onlar hər zaman önə çəkiliblər, məxfi, siyasi xarakterli kəşfiyyat işlərində fiqur olublar.
Daha bir kadr - 1989-1991-ci illərdə 300-cü alayın komandiri olmuş A.N.Bespalov 2005-ci ildə Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun komandanı, habelə Şimalı Qafqaz Hərbi Dairəsi komandanının müavini kimi xidmət keçib. Hazırda RF SQ Hərbi Akademiyasında hərbi idarəetmə kafedrasının rəisi vəzifəsini tutur.
1991-1995-ci illərdə həmin alay komandiri olmuş A.İ.Lebed (14-cü ordunun komandanı, RF Təhlükəsizlik Şurasının katibi olmuş general Lebedin qardaşı) 1979-1982-ci illərdə Əfqanıstanda, İrəvan və Bakıda xidmət edib. 1995-ci ildən siyasi fəaliyyətə qoşulub, Xakasiya Respublikası hökumətinin başçısı, "Vahid Rusiya” partiyasının siyahısı üzrə Dövlət Dumasının deputatı seçilib.
Sadalananlar 98-ci diviziyanın şəxsi heyətindən, o cümlədən komandir kadrlarından keçmiş SSRİ, sonra isə RF-in hərbi-siyasi maraqları çərçivəsində vacib element kimi istifadə edildiyini söyləməyə əsas verir. Məsələnin incə və birbaşa Orduxan Bəbirova aid olan hissəsi isə odur ki, mənbənin məlumatına görə sözügedən diviziyadakı milli azlıq nümayəndələrini təmsil edən çağırışçılar arasından SSRİ – daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi üçün konfidensial əməkdaşlığa namizədlərin seçilməsi, öyrənilməsi və gələcək fəaliyyətlərə hazırlığı prosesində geniş istifadəsi edilməsinə dair informasiyalar, faktlar mövcuddur.
Bütün bu faktları təsadüfən sadalamırıq. Bu qeyd edilənlər belə bir qənaət formalaşdırır ki, həmin siyasi xarakterli, cəza qüvvəsi kimi tanınan alayda xidmət keçən Orduxan Bəbirovun onların diqqətindən yayınması mümkünsüzdür. Mənbəmiz bunun baş verdiyini təsdiqləyən faktları da çatdırıb. Belə ki, başqa ölkə ilə sərhəd bölgəsində yaşayan Orduxanın rus kəşfiyyatının diqqətini necə cəlb etməsi, hərbi xidmətə getdikdən sonra onun doğulduğu Cəbrayıl rayonunun icra orqanlarındakı sənədlərinin alınıb aparılması, hərbi qeydiyyatdan belə çıxarılıb Rusiyada qeydiyyata alınması haqda ilginc məlumatlar da gələn xəbərlər sırasındadır...
Bu və Orduxan Bəbirovun SSRİ dağıldıqdan sonra Rusiya xüsusi xidmət orqanlarının agenti kimi, ən müxtəlif proyektlərə necə cəlb edilməsi, habelə onun kəşfiyyat orqanlarının dəstəyi ilə sonrakı müddətdə Rusiyadakı azərbaycanlılara qarşı kriminal cəza dəstələrindən birinə kurator kimi cəlb edilməsi, RF-də yaşayan azərbaycanlılara qarşı reket və əsassız pul tələbetmə fəaliyyətləri ilə məşğul olması haqda məlumatları da növbəti yazıda təqdim edəcəyik.
Mənbə: "Yeni Müsavat”
Xəbərin oxunma sayı : 1870
Siyasət
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV