Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda “makler”lərin sayı artıb, müəllimlər azalıb – RƏSMİ

Tarix 24.09.18, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Statistika Komitəsi 2018-ci ilin 8 ayın da dövlət və özəl sektorlarda işləyənlərin sayını açıqlayıb. Bu ilin 8 ayında dövlət və özəl sektorlarda işləyənlərin cəmi sayı 2018-ci ilin yanvarın 1-ə nisbətdə 21,8 min nəfər və ya 1,43% artaraq 1 milyon 543,1 min nəfər olub.

Fəaliyyət sahələri üzrə işləyənlərin sayı aşağdakıkimidir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində işləyənlərin sayı ötən ilə nibətən 200 nəfər çoxalaraq 49,3 min nəfər təşkil edib.

Mədənçıxarma sənayesində işləyənlər 33,7 min nəfər olub ki, bu da 2017-ci ilə nisbətən 100 nəfər artıb.

Emal sənayesində işləyənlər 800 nəfər artaraq 105,6 min nəfər olub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə işləyənlərin sayı 1500 nəfər azalaraq 26,1 min nəfər müəyənləşib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində işləyənlər 8,9 min nəfər artaraq 39,6 min nəfər olub.

Tikinti sahəsində işləyənlər 10,6% və ya 10,6 min nəfər artaraq 110,5 min nəfər olub.

Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə işləyənlər 900 nəfər azalaraq 290,6 min nəfər təşkil edib.

Nəqliyyat və anbar təsərrüfatı sahəsində işləyənlər 700 çoxalaraq 71,3 min nəfər olub.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində işləyənlər 600 nəfər artaraq 23,3 min nəfər olub.

İnformasiya və rabitə sahəsində işləyənlər 400 nəfər çoxalaraq 25,1 min nəfər təşkil edib.

Maliyyə və sığorta fəaliyyəti sahəsində işləyənlər 900 nəfər çoxalaraq 24,6 min nəfər olub.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində işləyənlər 4,7 min nəfər artaraq 23,7 min nəfər təşkil edib.

Peşə, elmi və texniki fəaliyyət sahəsində işləyənlər 100 nəfər çoxalaraq 52,1 min nəfər olub.

İnzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində işləyənlər 1300 nəfər çoxalaraq 28,5 min nəfər təşkil edib.

Dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində işləyənlər isə 100 nəfər azalaraq 108,4 min nəfər olub.

Təhsil sahəsində işləyənlər də 4,4 min nəfər azalaraq 328,7 min nəfər təşkil edib.

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə cəmi 100 nəfər artaraq 131,5 min nəfər olub.

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahəsində işləyənlər 200 nəfər çoxalaraq 54,5 min nəfər təşkil edib.

Digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində 700 nəfər azalaraq 16,1 min nəfər olub.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap