Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DİN əməliyyat keçirdi – Qətl törədən şəxs meşədə tutuldu

Tarix 20.09.18, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.



Xəbərin oxunma sayı : 394




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap