Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putin Ərdoğanın şərtini qəbul etdi, amma... –Kürd komandanlığı isə Afrinə hücum planı üzərində işləyir – TƏHLİL

Tarix 18.09.18, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Nezavisimaya gazeta, 17.09.2018

İqor Subbotin


Suriyanın mötədil üsyançıların son qalası olmuş şimali-qərb əyaləti İdlibdəki kəskinləşmə sentyabrın 17-də Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayib Ərdoğanın görüşündə diqqət mərkəzində olub. Türkiyə dövlətinin başçısı danışıqlar ərəfəsində üsyançıların nəzarətindəki anklavda böhranın həllini Rusiya, Türkiyə və ABŞ-ın məsələsi adlandırıb. İstisna deyil ki, Ərdoğan onun sorumluluğunda olan əyaləti Vaşinqtonun yardımıyla xilas etmək istəyir. 

“Gəlin, müxalifətin daxilindəki terrorçu qruplaşmalara qarşı hamımız birgə tədbirlər görək, – “Hurriyet” nəşri Ərdoğandan sitat gətirir. – Amma bir tərəf hansısa bəhanə altında ona orada bombardman aparmağa imkan verən mövqedə olmamalıdır”.

Türkiyə lideri habelə Amerika rəhbərliyini işə qoşmağın gərəkdiyini göstərib, amma İdlibin təhlükəsizlik zonası olacağı haqda anlaşma müstəsna olaraq Moskva, Ankara və Tehran arasında əldə edilib. O, qeyd edib: “Biz Rusiya və (Birləşmiş Ştatların başçılıq etdiyi-“NG”) koalisiya ilə birlikdə (əyalətdəki böhran üçün-“NG”) birlikdə həll tapmalıyıq”.

Ərdoğan bildirib ki, ölkəsi Suriya hadisələri üçün məsuliyyət daşıyır: “Biz bütün terrorçu qruplarla vuruşuruq. İdlibdə də terrorla vuruşuruq. Bizim orada 12 müşahidə məntəqəmiz var, Rusiyanın 10, İranınkı bir neçədir. Biz günahsız adamların qorunması üçün səylər göstəririk”. 

Ərdoğan bildirib ki, Türkiyə Cümhuriyyəti hökumət qoşunlarının çevrələdiyi əyalətdə öz mövqelərini möhkəmlətmək niyyətindədir. “Bu, həqiqətdir ki, biz (İdlibdə -“NG”) hərbçilərimizin mövqelərini möhkmələndiririk, – Türkiyə dövlətinin başçısı bəyan edib. – Biz yol verə bilmərik ki, orada hansısa zəif yerlərimiz olsun, buna görə də gücləndirməni davam etdirəcəyik. Müşahidə məntəqələrimizi gücləndirməsək, onda kimsə bir başqası təşəbbüsü öz əlinə ala bilər, nəticədə dinc sakinlər əziyyət çəkirlər”.

“NG”-nin əvvələr yazdığı kimi (11.09.18), Ankara son həftələrdə əyalətdə öz qoşun və döyüş texnikasının iştirakını artırıb. Düzdür, Türkiyənin KİV-ləri o zaman istisnasız olaraq sərhəd zonasında qüvvə cəmləndiyi haqda məlumat vermişdi. Məlum olduğu kimi, Ankara ehtiyat edir ki, İdlib əyalətində hücum əməliyyatları nəticəsində onun hüdudlarına doğru çoxminlik qaçqın axını tökülüşəcək.

“Türkiyə çox ciddi narahatdır ki, Rusiyanın dəstəyi ilə Bəşər Əsəd qüvvələrinin İdlibdə hərbi əməliyyatı baş verər, – Ankara Siyasi Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı “NG”-yə bildirib. – O, təhlükəni önləmək üçün çoxyönlü siyasət işlətməyi qət edib. Belə durum yaranıb ki, Türkiyənin bu əyalətdə əməliyyatın baş tutmamasından ibarət maraqları Qərb dövlətlərinin maraqları ilə üst-üstə düşüb. Məsələn, qaçqınlar məsələsi Avropanı çox narahat edir, çünki İdlibdə hücum əməliyyatları fonunda milyonlar Türkiyəyə axışa bilər, Ankara isə öz növbəsində onlar üçün Avropaya yol verə bilər. Türkiyə indi Qərb və Rusiyanın maraqları arasında tarazlaşmağa çalışır. Mən belə anlayıram ki, Rusiya tərəfi çox gözəl başa düşür ki, İdlib götürülərsə, beynəlxalq birliyin reaksiyası çox mənfi ola bilər. Buna görə də əyalətdə nə etmək haqda gündəlikdə çox şey var”.

Orada qalmış radikal qruplaşmalarla mübarizə bəhanəsilə İdlibə ediləcək hücum sürəkli olmağı vəd edir – müxalifətin əyalətdə cəmlənmiş resursları nəzərə alınmaqla. Lakin hökumət qüvvələri İdlibdə yerüstü əməliyyatları İran birləşmələriylə aparmalı olacaq. Müxalif qaynaqlar İdlibdə qarşı əməliyyatlarda kürd dəstələrinin mümkün iştirakı haqda əvvəllər məlumat verib, amma bu xəbərlər təsdiqini tapmayıb. Xalq Özünümüdafiə Dəstələri (YPG) qərargahının təmsilçisi Nuri Mahmudun “Firat” agentliyinə bildirdiyinə görə, kürd könüllü yığmasının diqqəti, əsasən, İŞİD-in Suriyanın şimali-qərbində Xacindəki forpostunu ləğv etməyə yönəlib. Mahmudun sözlərinə görə, itirdikəri Afrin anklavı uğrunda mübarizəyə girişmək kürd komandanlığının planındadır.

Ərdoğanla danışıqlardan sonra Rusiya liderinin iranlı həmkarı Həsən Ruhani ilə görüşü istisna olunmur. RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İran başçısıyla danışıqlar hələlik planlaşdırılmır, amma “bunu istisna etmək olmaz, çünki operativ durum səmərəli təmaslar tələb edir”.

“Buna görə də gərəkərsə, hamı zəngləşəcək”, – deyə Kreml mətbuat xidmətinin başçısı bəyan edib. İran öz növbəsində İdlibdə durumun tənzimlənməsi uğrunda açıq çıxış edir. Xüsusən də bu haqda sentyabrın 17-də İran İslam Respublikası XİN rəsmi təmsilçsi Bəhram Qasimi bildirib. Ancaq sirr deyil ki, Tehran hökumət qüvvələrinin Ərəb Respublikasının nüfuz dairəsinə daxil olan bütün ərazisinə nəzarət etməsində maraqlıdır.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 124




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap