Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gömrük Komitəsində növbəti şok dəyişiklik – Heydərovun yeznəsi işdən uzaqlaşdırıldı!

Tarix 16.09.18, 16:17

Font ölçüsü : - / +
bitmap-img6

“AzPolitika.info”ya daxil olan məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın kadrların, daha dəqiqi, onun komandasının Gömrük Komitəsindən uzaqlaşdırılması prosesi son günlər daha da sürətlənib.

Belə ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə cənab Heydərovun Komitədəki ən yaxın qohumunu – bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.

Faiq Şahbazov ile ilgili görsel sonucu
Faiq Şahbazov

Beləliklə, Dövlət Gömrük Komitəsinin “heydərovçu” komandadan təmizlənməsi prosesinin getdiyi bir daha təsdiqini tapmış olub. Siyasi müşahidəçilər Gömrük Komitəsinin yeni sədrinin bu siyasətini anlamaqda çətinlik çəkirlər. Məsələ ondadır ki, S.Mehdiyevin özü də uzun illər məhz Heydərov komandasının ağır çəkili üzvlərindən biri olub. Təsadüfi deyil ki, K.Heydərov gömrüyün “boz kardinalı” funksiyasını məhz ona həvalə etmişdi.

Səfər Mehdiyev ile ilgili görsel sonucu

Bəzi məlumatlara görə, K.Heydərov Gömrük Komitəsinin sədri olmaq uğrundakı mübarizədə S.Mehdiyevi yox, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovu dəstəklədiyindən Komitənin hazırki sədri keçmiş şefinə asi çıxıb…

Onu da xatırlatmaq yerinə düşər ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə bir neçə ay əvvəl – ötən ilin dekabrında təyin olunmuşdu. Bundan əvvəl o, Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində işləmişdi. Lakin Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmi 1 gün əvvəl F.Şahbazov həmin vəzifədən istefa vermişdi.

Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.






Xəbərin oxunma sayı : 1081




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap