Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Aralıq dənizində əsən müharibə yelləri… – Dünyanın 3-cü təbii qaz ehtiyatı bölgəsi payız hadisələrinə hazırlaşır - TƏHLİL

Tarix 14.09.18, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


Kıymet Sezer

Yeni Safak (Türkiyə), 13.09.2018


İdlibdə kütləvi qətllər haqda narahatlıq Aralıq dənizində on illərlə sürəcək “energetika müharibələri” çərçivəsində aparılan gedişləri ört-basdır edir. ABŞ bölgəyə üstün gəmilər, britaniyalılar isə atom sualtı qayığı  göndərir. Hərbi gəmilərin ardınca qazma gəmiləri gələcək. Əvvəlcə ABŞ-ın, sonra isə Fransa, Böyük Britaniya, İtaliyanın şirkətləri təbii qazla zəngin bölgədə qazma işlərinə başlayacaq.

Hazırda gündəm İdlibdə yerləşən podratçı terrorçular və dinc əhalinin kütləvi qətli əsasında formalaşır, bununla yanaşı, təbii qaz ehtiyatlarına görə dünyada üçüncü yeri tutan Şərqi Aralıq dənizi bölgəsindəki fəallıq diqqətdən yayınır.

Aralıq dənizi bölgəsindəki bu fəallığın pərdəarxasında payızda energetika sahəsində baş verəcək hadisələr durur. “Exxon Mobil” sentyabrın 28-də qaz axtarışı işlərinə başlayacaq. Bundan başqa, “Total”, “Shell”, “Eni”, “Qatargas”, “Noble Enerji”, “Kogas” da bölgədə mərhələli qazma işlərinə başlamağı planlaşdırır. O biri yandan, Cənubi Kiprin yunan hökuməti Fransaya adada avia və dəniz bazasından istifadə icazəsi verib.

Türkiyə hərəkətə başlayıb

Amerika da Kiprdə bazaya iddialıdır. Türkiyə donanması bu hadisələrin fonunda Yunanıstan və Cənubi Kiprin yunan hökuməti üçün əsas kabusdur. Türkiyə təbii resursların hasilatında öz hüquqlarının mümkün pozulmasına yol verməmək üçün donanmanı ayıq saxlayır, “Barbaros” seysmik kəşfiyyat gəmisinin hesabatına uyğun olaraq Şərqi Aralıq dənizində müəyyən edilmiş ən məhsuldar yataqda bu payızda ölkənin “Fatih” qazma gəmisindən istifadə etməklə axtarışlar başlanacaq. Hesab olunur ki, Aralıq dənizində energetika mübahisələri üzə çıxana qədər Türkiyənin Cənubi Kipr yunan hökumətinin ələ keçirdiyi mübahisəli zonalarda qazma işlərinə başlaması bu yöndə ən düzgün addıma çevriləcək və bölgədə hüquq və maraqlarımızı möhkəmləndirəcək.

Aralıq dənizində artan hərəkətlənmə

İndiki anda böyük sayda hərbi gəminin lövbər atdığı Şərqi Aralıq dənizinə yeni gəmilərin göndərilməsi davam edir. Böyük Britaniyanın atom sualtı qayığı Aralıq dənizinə yön götürüb. Amerika Altıncı donanmanın USS “Mount Witney” komanda gəmisini Salonikidəki sərgiyə qatılmaq bəhanəsilə bölgəyə göndərir. Hazırda Aralıq dənizində “Tomahavk” raketlərilə iki esminesi və bir atom sualtı qayığı olan ABŞ-ın  bölgəyə komanda gəmisi gətirməyi İdlibdə kimyəvi hücum ssenarisinə cavaba hazırlıq işi kimi dəyərləndirilir. Fransa çoxdan öz hərbi gəmisini Şərqi Aralıq dənizi sularında saxlayır. NATO-nun məqsədli daimi hərbi-dəniz qrupu indiki anda üç gəminin  iştirakilə Aralıq dənizində tapşırıq yerinə yetirir, başqa üzv ölkələr isə dövri olaraq dəstək kimi gəmi əlavə edir. Aralıq dənizində rusların da iştirakı hər gün çoxalır.

Yunan Kiprinin bazalarında yerləşirlər

Şərqi Aralıq dənizində Suriya bəhanəsilə fəallaşan bu qüvvələrin ən yaxın onilliklərə və hətta yüz ilə hesablanmış planlar çərçivəsində bəzi addımları diqqət çəkir. Fransa Cənubi Kiprin yunan hökumətilə 2007-də bağlanmış saziş çərçivəsində bu ay avia- və dəniz bazalarından istifadə etmək hüququ əldə edib. Amerika da Cənubi Kiprin yunan hökumətindən adadakı bazalardan istifadə icazəsi almağa təşəbbüs edib. Böyük Britaniya isə Kiprdə onsuz da iki hərbi bazaya sahibdir. Bu məsələdə daha bir diqqətəlayiq detal bundan ibarətdir ki, guya, Suriyada bir-birinə qarşı durmuş Rusiya və ABŞ Kiprin Limasol limanından birgə istifadə edir.

Pərdəarxası – energetika

Bu mənzərənin arxa planında isə lap bu yaxınlarda aşkarlanmış, dünyada həcminə görə üçüncü qaz ehtiyatıdır. Bütün bu ölkələrin iştirakı Cənubi Kiprin yunan hökuməti üçün – hansı ki müvəqqəti baza təqdim edir – energetika kontekstində ona yardım göstəriləcəyinin zamini kimi çıxış edir. İndiki anda Fars körfəzi neftinin 60%-ni əlinə almış Qərb qüvvələri, görünür, zəngin təbii qaz ehtiyatlarına görə artıq indidən Şərqi Aralıq dənizində məskunlaşıb.

Amerikanın “Exxon Mobil” şirkəti sentyabrın 28-də on saylı sahədə qazma işlərinə başlayır. Başqa şirkətlər – “Total”, “Shell”, “Eni”, “Qatargas”, “Noble Enerji”, “Kogas”, gözlənildiyi kimi, Cənubi Kiprin yunan hökumətinin birtərəfli qaydada istisnasız olaraq öz iqtisadi zonası elan etdiyi yataqlarda bu payızda qaz axtarışı işlərinə başlayacaq. Onlardan “Qatargas” – Türkiyə ilə xoş münasibətlərdə olan Qətərin neft şirkətlərindən biri – Cənubi Kiprdə keçirilən görüşlərə hələlik qatılmayıb və axtarış işləri haqda hər hansı fəaliyyət haqda bildirməyib. Bununla yanaşı, Aralıq dənizində təbii qaz kəşfiyyatı üzrə işlər bu payızdan başlayaraq fəallaşacaq.

Türkiyə donanması qarşısında qorxu

Aralıq dənizində payız hazırlıqları Yunanıstan və Kiprin  yunan qəzetlərində təşvişlə şərh olunur. Öz məqalələrində “Şərqi Aralıq dənizində ilk baxışdan gizli savaş açılır” ruhunda dəyərləndirmə verən jurnalistlər qeyd edirlər: “Haradasa enerji resursları aşkarlanırsa, bıçaqlaşma başlanır. Şərqi Aralıq dənizinə bıçaqlar əvəzinə bir çox ölkələrin hərbi gəmiləri gəlir” və Aralıq dənizində gəmilərin fəallığını payız aylarında başlanacaq qazma işlərilə əlaqələndirirlər.

Qəzetlərdə əksini tapan daha bir dəyərləndirmə sıradakından ibarətdir: Afina və Nikosiyanın əsas narahatlığı Türkiyə donanmasıdır. Məlum olduğu kimi, Türkiyə, hüquqlarımızı pozmaqla hərəkət edən İtaliyanın “Eni” şirkətinin qazma gəmisinin yolunu kəsib və axtarış aparmağa icazə verməyib. Türkiyə donanmasının gələcəkdə oxşar reaksiyası ola biləcəyi haqda narahatlıq ifadə olunur.


Meydana biz çıxırıq

Türkiyə Şərqi Aralıq dənizi bölgəsində öz hüquq və maraqlarının qorunmasında qəti mətinlik sərgiləyir, Türkiyə donanması isə qaz axtarışı işləri çərçivəsində “baş tutmuş fakt” durumu yaratmaqda mümkün cəhdləri sayıqlıqla izləyir. Türkiyə də təbii qazın qazma işləri və kəşfiyyatı üçün nəzərdə tutulan gəmiləri cəlb edərək bu vaxtlarda Şərqi Aralıq dənizində fəal iştirak sərgiləyəcək. “Barbaros” gəmisi vasitəsilə Aralıq dənizində aparılmış seysmik kəşfiyyatın yekunları üzrə əldə edilən hesabatların analizinin ardınca ən uyğun bölgədə qazma işləri başlanacaq. Türkiyə vətənimizin qazma gəmisi “Fatih” vasitəsilə Aralıq dənizində təbii qaz çıxaracaq, bu imkanlara isə hər ölkə sahib olmur.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 544




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap