Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ məsələsi istisna olmaqla, Rusiya ilə razılığa gəlinməyən məsələ qalmayıb” – Ayaz Mütəllibov

Tarix 05.09.18, 5:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Teleqraf.com-a müsahibə verib.

AzFakt.com həmin müsahibəni təqdim edir:

– Prezident İlham Əliyevin son Rusiya səfəri və Soçidə Prezident Putinlə apardığı danışıqları necə şərh edərdiniz?

– Prezidentlərin son görüşünü indiki mürəkkəb şəraitdə çox müsbət hal kimi dəyərləndirirəm. Görüş olduqca səmimi, işgüzar alındı. Rusiya bizim tarixi qonşumuzdur, uzun illər ərzində bir dövlətin tərkibində ümumi taleyi yaşamışıq. Bu baxımdan hər iki ölkə rəhbərinin belə görüşlərindən son nəticədə dövlət, xalq xeyir əldə edir.

Yadınızdadırsa, hələ keçən əsrin 90-cı illərində bəzi siyasətçilərin yanlış bəyanatları iki xalq arasında müəyyən ziddiyyətlərin, gərginliklərin yaranmasına səbəb olmuşdu. Nəticə etibarilə bizim itirdiyimiz qazanığımızdan çox oldu. Amma tədricən bu münasibətlər qaydaya salındı, fikir ayrılıqları aradan qaldırıldı. İndi Rusiya siyasi və ictimai xadimləri Azərbaycanı Rusiyanın Cənubi Qafqazdakı ən yaxın dostu və tərəfdaşı kimi qiymətləndirirlər. Bu məhz aparılan düşünülmüş siyasətin nəticəsində mümkün olub. Bu baxımdan Prezident İlham Əliyevin Rusiya prezidenti ilə son görüşünü ölkələrarası münasibətlərin daha da yaxınlaşması, xalqlarımız arasında mehriban qonşuluq, dostluq atmosferinin möhkəmlənməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirirəm.

– Səfər zamanı ölkələr arasında müxtəlif sahələrlə bağlı 16 əməkdaşlıq sazişi və razılaşmanın əldə olunması iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətlidir?

– Ölkələrimiz arasında imzalanmış sazişlərdən dövlətimiz, xalqımız xeyir əldə etməlidir. Bizi Rusiya ilə çoxəsrlik ticarət əlaqələri bağlayır. Hələ SSRİ dövründə Rusiya bazarlarının əhəmiyyətli hissəsini bizim respublika kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. SSRİ dağılandan sonra təəssüflər olsun ki, obyektiv və subyektiv səbəblər üzündən bu bazarların çox hissəsi əlimizdən çıxdı, həmin boş qalmış yerləri digər ölkələrin məhsulları doldurdu. Respublikamızda kənd təsərrüfatı sahəsində çalışan zəhmətkeş insanlar uzun illər ərzində formalaşmış gəlir mənbəyindən məhrum oldular. Bu da təbii ki, əlavə qazancın, mənfəətin həmin ölkələrə axınına səbəb oldu. Həmin ixracı tam şəkildə bərpa edə bilməsək də, çalışmaq lazımdır ki, müəyyən hissəsini geri qaytaraq. Bunun üçün bizim kifayət qədər potensialımız var. Azərbaycan öz keyfiyyətli məhsulları, sərfəli qiymətləri, zəhmətkeş insanları ilə istənilən ölkə ilə rəqabət apara bilər. Hesab edirəm ki, Rusiya da öz tərəfindən lazımı şəraiti yaratmalıdır.

Digər mühüm bir məsələ turizm sektorudur. Bildiyimiz kimi, dünyada elə ölkələr var ki, məhz turizm sektorunun hesabına iqtisadi inkişafa nail olub. Bizim bu sahədə də geniş imkanlarımız var. Hələ sovetlər dönəmində Rusiyadan, Ukraynadan və digər respublikalardan Azərbaycana o qədər turist gəlirdi ki, əksər hallarda onları qəbul etməkdə problemlər yaranırdı. Münasibətlərin korlanması bu sahədə çalışanlara, ümumilikdə ölkə iqtisadiyyatına zərbə vurdu. Düzdür, indi başqa dövlətlərdən ölkəmizə gələn qonaqların sayında ciddi artım müşahidə olunmaqdadır. Amma gəlin razılaşaq ki, həyat tərzinə, ünsiyyət xarakterinə, dil probleminə görə SSRİ-də yaşamış insanlar bizə daha yaxındır. Bu gün Rusiyadan, Belarusdan, Ukraynadan və digər qardaş respublikalardan milyonlarla turist Azərbaycanın iqlimindən qətiyyən fərqlənməyən digər ölkələrin büdcələrinə xeyir verir. Onları Azərbaycana cəlb etmək üçün turizm infrastrukturunu daha da inkişaf etdirmək, genişləndirmək lazımdır. Zənnimcə, həmin ölkələrin də marağındadır ki, vətəndaşları istirahət üçün dil və mədəniyyət baxımından daha yaxın olan Azərbaycana üstünlük versinlər. Bu baxımdan turizm sektoru ilə əlaqədar sazışlərin imzalanması çox əhəmiyyətlidir.

Bir tərəfdən də unutmaq olmaz ki, vətəndaşlarımızın müəyyən hissəsi illər boyu məhz Rusiya ərazisində fəaliyyət göstərib, müxtəlif sahələrdə çalışırlar. Bu da ölkəmizə əlavə vəsaitin cəlb olunması deməkdir. Münasibətlərin normal olması həmin insanların rahat şəkildə öz həyatlarını sürməsi üçün şərait yaradır. Bu və ya digər səbəblərə görə iqtisadi münasibətlər daima yaxşılaşdırılmalıdır. Mən bu istiqamətdə görülən işləri xüsusilə əhəmiyyətli hesab edirəm.

– Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiya hərbi sənayesinin məhsullarından istifadə olunur. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində hansı rol oynaya bilər?

– Bildiyimiz kimi, Rusiya dünyada silah istehsal və ixrac edən qabaqcıl ölkələrdən biridir. Bir çox ölkələr Rusiya silahlarının alıcısıdır. Hətta ABŞ belə, bir sıra sahələrdə Rusiyanın aparıcı texnologiyalarından istifadə edir. Bu baxımdan daima öz hərbi potensialımızı müasir silahlarla gücləndirməliyik. Son hərbi parad ordumuzun arsenalının kifayət qədər modern olmasını nümayiş etdirdi. Bu sahədə irəliləyişlər alqışalayiqdir. Güclü ordu müstəqilliyin qarantıdır.

– Ayaz müəllim, dövlətlər arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsində birinci şəxslər arasında müntəzəm əlaqələrin olması nə dərəcədə rol oynayır?

– Dövlətlər arasında münasibətlərin formalaşmasında liderlərin şəxsi keyfiyyətlərinin rolu danılmazdır. Elə olub ki, iki ölkə başçısının keyfiyyətsiz münasibəti xalqların, dövlətlərin faciəsi ilə nəticələnib. Düşünülməmiş bəyanatlar, məsuliyyətsiz çıxışlar hətta bir zamanlar qardaş, dost olan dövlətlərin düşmənçiliyinə gətirib çıxardıb. Dövlət başçılarının düşünülmüş, uzaqgörən siyasəti nəticə etibarilə xalqın rıfahına səbəb olur. Nümunə kimi son Azərbaycan-Rusiya prezidentlərinin görüşünü göstərmək olar. Məhz dövlət başçılarının bir-birinə qarşı səmimi münasibətinin, qarşılıqlı etimad mühitinin olması müxtəlif sahələrdə, hətta ən mürəkkəb məsələlərin həllində öz müsbət nəticəsini verir.

Hazırda Azərbaycan və Rusiya rəhbərliyi arasında olduqca səmimi, etibarlı dostluq münasibətləri formalaşıb, bu da təbii ki, prezidentlərin şəxsi xüsusiyyətləri ilə birbaşa bağlıdır. Demək olar ki, Rusiya ilə aramızda Qarabağ məsələsi istisna olmaqla heç bir razılığa gəlinməyən məsələ qalmayıb. Bu da dünyanın hazırkı təzadlı dövründə olduqca yüksək, təqdirə layiq nəticədir. Ümid edirik ki, bu gözəl münasibətlər 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsinin həll olunmasında öz müsbət nəticəsini verəcək, işğal olunmuş torpaqlarımız azad olunaraq öz həqiqi sahiblərinə, vətəndaşlarımıza qaytarılacaq.




Xəbərin oxunma sayı : 358




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap