Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qazaxıstanın məşhur idmançısı qətlə yetirildi – Ölkə şokda

Tarix 20.07.18, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 19-da günorta saatlarında, Qazaxıstanın Almatı şəhərində fiqurlu konki sürmək üzrə dəfələrlə olimpiya, dünya, 4 qitə çempionu olan Denis Ten xuliqanlıq zəminində quldurluq edən cinayətkarlar tərəfindən qətlə yetirilib.

Turkustan.info xəbər verir ki, naməlum cinayətkarlar şəhərin mərkəzində yol kənarında daynan Lexus maşının güzgülərini və şüşəsini çıxarıb aparmaq istəyərkən, Denis hadisə yerinə çatıb, onlarla əlbəyaxa olub. Cinayətkarlar bıçaqla ona iki zərbə yetirərək, yaxınlıqdakı kolluğa atıblar. Yoldan keçən şəhər sakinləri təcili yardım maşını çağırıblar, xəstəxanaya çatdırılan Denis yol boyu 3 litr qan itirib. Bir neçə saat ərzində Denisin həyatını xilas etmək istəsələr də, cəhdləri boşa çıxıb.

konki.jpg (11 KB)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Denis Tenin faciəli şəkildə həlak olmasından sonra başsağlığı verib: “Denis bacarıqlı idmançı olmaqla yanaşı, həm də istedadlı, yaradıcı bir gənc idi. Onu dünyanın bir çox ölkələrində tanıyırdılar, o vətənpərvər bir qazaxıstanlı idi. Denisin işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.”

Günün günorta çağı, gediş gəlişin çox olduğu mərkəzi küçələrin birində Denis Tenə hücum edib, onu öldürən quldurların axtarışı davam etdirilir.

Denisin ölümündən sonra sosial şəbəkələrdə Qazaxıstan Daxili İşlər Nazirliyini və naziri istefaya çağıran şüarlar səslənir.



Xəbərin oxunma sayı : 511




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap