Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərişiq” ASC-nin vəzifəli şəxsinə cinayət işi açıldı –Vəzifə saxtakarlığı

Tarix 20.07.18, 2:13

Font ölçüsü : - / +
bitmap-img6


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsində “Azərişiq” ASC-nin vəzifəli şəxsi barəsində cinayət işi üzrə istintaq başlanıb.

Teleqraf.com xəbər verir ki, fakt üzrə Xəzər rayon Enerji Təchizatı İdarəsinin satış şöbəsinin nəzarətçi mühəndisi Əkbər Səxavət oğlu Sadiyevin barəsində cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Əkbər Sadıyev Xəzər rayon Enerji Təchizatı İdarəsinin satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyərkən vəzifə saxtakarlığı edib.

O, Xəzər rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulmasını istəyən abonentlərdən əlavə pul almaqda ittiham edilir.



Xəbərin oxunma sayı : 187




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap