Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Düşmənlərimiz bilərəkdən həssas nöqtə seçiblər” – Elxan Şahinoğlu

Tarix 11.07.18, 5:09

Font ölçüsü : - / +
bitmap-img6


“Hiss olunur ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qruplar var”.

Bu fikri musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib. O bildirib ki, həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil: Müasir tariximizdə Gəncədə baş verənlər bütövlükdə Azərbaycana təsir edib. Ona görə də düşmənlərimiz həssas nöqtə seçiblər. Gəncədə icra hakimiyyətinin başçısına edilən sui-qəsddən sonra tətiyi çəkəni dəstəkləmək məqsədilə meydana çıxmaq çox böyük risq tələb edirdi. Çünki, bəlli idi ki, polis cinayətkarı dəstəkləyənləri elə yerindəcə həbs edəcək. Buna rəğmən, 200-ə yaxın şəxs həyatını risqə qoyaraq cinayətkara dəstək məqsədilə “meydana çıx” çağırışına dəstək verdi. Onları buna hansı daxili və kənar amillər vadar edib? Bu sualın cavabı araşdırılmalıdır. Əlbəttə, iki polis əməkdaşımızı qətlə yetirənlər qanun qarşısında cavab verməlidirlər. Ancaq həbslərin miqyasında ehtiyatlı olmaq lazımdır. Düşmənlərimizə də elə bu lazımdır”.

Politoloq bildirib ki, ümumiyyətlə başda Mingəçevirdəki qəza və son Gəncə hadisələri olmaqla ciddi analizlər aparılmalıdır:

“Biz “nə baş verir” və “bu kimlərin maraqlarına cavab verir” sualları üzərində düşünməliyik. Hətta bu suala cavab da tapmalıyıq ki, niyə bəziləri sosial şəbəkələrdə cinayətə və cinayətkara gizli dəstək ifadə edirlər? Onları buna nə vadar edir? Ətrafda neqativ impulslar pozitiv impusları üstələyirsə bunun səbəbləri müəyyənləşdirilməli və gərəkli islahatlarla həllini tapmalıdır. Bilmirəm Prezident Administrasıyasında və ya Administrasiya yanında Strateji Araşdırmalar Mərkəzi prezident üçün gərəkli raporlar hazırlayırlar ya yox, ancaq cəmiyyətin müxtəlif təbəqələrində son vaxtlar müxtəlif şayiələr yayılır. Bu şayiələrın qarşısını ancaq düzgün informasiya siyasəti ilə üstələmək olar. Xaricdəki mərkəzlər də Azərbaycandakı durumu analiz edir və gələcəkdə ölkəmizə qarşı müxtəlif kirli ssenariləri götür-qoy edirlər. Məsələn, Gəncə icra hakimiyyətinin başçısına güllə atan şəxs azərbaycanlıdır, Rusiya vətəndaşıdır və bir neçə ay İranın Qum şəhərində yaşayıb. Bu 3 amilin bir arada olması təsadüfə az oxşayır. Eləsini seçiblər ki, baş verən cinayətə görə həm radikal dindarlardan, həm Rusiyadan, həm də İrandan şübhələnirsən. O da aydındır ki, dövlətimizi və təhlükəsizliyimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir”.



Xəbərin oxunma sayı : 742




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap