Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiya Siyasi və Hərbi analiz İnstitutunun direktor müavini: “Azərbaycan Qarabağda müharibəyə hazırlıq görür” – TƏHLİL

Tarix 18.06.18, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


News.am (Ermənistan), 17.06.2018

İstənilən yeni növ silahın əldə edilməsi Cənubi Qafqaz bölgəsində tarazlığı pozur. Rusiya siyasi və hərbi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin bunu “Новости Армении – NEWS.am”ın müxbiriylə söhbətdə Azərbaycanın Belarusdan “Polonez” RYAS aldığı haqda məlumatı şərh edərkən deyib.

Ekspertin fikrincə, “Polonez” RYAS-ın tədarükü də bölgədə qüvvələr balansını eynilə müəyyən dərəcədə pozur. O, qeyd edib: “Axı Azərbaycan müharibəyə hazırlaşır. Bax, onlar bu qaydada da hazırlaşırlar”.

Azərbaycan bu qədər bahalı silah almaqla məhz hansı üstünlüyü əldə etdiyi və buna qarşı necəsə çıxa bilib-bilməmək haqda sualı ekspert cavablandırıb ki, hər şeyə qarşı və həmişə əks-təsir göstərmək olar. Xramçixin əlavə edib: “Azərbaycan, sadəcə, öz hərbi imkanlarını artırır. Bu sistemin necə işlədiləcəyi taktiki və strateji durumdan asılı olacaq. Hər şey müharibənin necə gedəcəyindən asılıdır”.

O bununla yanaşı vurğulayıb ki, Ermənistan ordusunun silahlanmasındakı “İskəndər” əməliyyat-taktiki raket kompleksinin taktiki-texniki xarakteristikaları üzrə hədəfə düşməkdə daha yüksək dəqiqliyi var, halbuki “Polonez” RYAS-ın döyüş komplekti daha önəmlidir ki, bu da hədəfə xeyli raket çatdırmaq imkanı verir. Ekspertin dəyərləndirdiyinə görə, bu onun böyük səmərəliliyindən xəbər verir. Aleksandr Xramçixin Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların təzələnməsini müddətdən asılı olmayaraq qaçılmaz sayır. Səbəb budur ki, münaqişə edən tərəflərin mövqeyi əvvəlkitək uyuşmur və bu məsələni hərbi güc işlətmədən necə həll etməyin mümkünlüyünü anlamaq son dərəcə çətindir.

Rusiya siyasi və hərbi analiz İnstitutu direktorunun müavininin hesab etdiyi kimi, bu qayda ilə Azərbaycan hərbi əməliyyatların təzələnməsində maraqlıdır və lap radikal addımlara gedə bilər, çünki həm canlı qüvvədə, həm də texnikada xeyli üstünlüyə malikdir. Bəzi məqamlarda, xüsusən də hava qüvvələrinə dair azərbaycanlılarda keyfiyyət üstünlüyü ilə də qarşılaşmaq olur, amma bu amil ermənilərin olduqca güclü və sıx hava hücumundan müdafiəsi üzündən cüziləşir. Ekspert vurğulayıb: “Hər şeydən göründüyü üzrə, Ermənistan əvvəlkitək döyüş hazırlığında üstünlüyə malikdir, anlaya bildiyim qədər bütünlükdə müdafiə mövqeləri də onlar üçün müəyyən üstünlüklər yaradır. Yəni ümumiyyətlə hücum etməkdənsə müdafiə olunmaq daha asandır, amma bəzən bu da perspektivsiz görünür. Bu mənada bu, Ermənistanın plyusudur. Amma necə və nə baş verəcəyini yenə də öncədən söyləmək çətindir”.

Onun fikrincə, eyni zamanda Bakının əlindəki yetərincə cürbəcür silah spektri onunla şər zarafat oynaya və müəyyən çətinkliklər yarada bilər, çünki əsasən Rusiya silahından istifadə edən, amma Türkiyədə hazırlıq keçən şəxsi heyətin təlim keyfiyyətinə də təsir edə bilər. Və 2016-cı ilin aprel hadisələri göstərdi ki, Azərbaycan SQ-nin hazırlıq səviyyəsi hələ də qeyri-qənaətbəxşdir, çünki eskalasiya dövründə hər hansı ciddi nəticəyə nail ola bilməyiblər.

Aleksandr Xramçixin yekun vurub: “Lakin müharibənin qaçılmazlığından çıxış edilsə, nə qədər tez başlasa, Ermənistan üçün bir o qədər yaxşıdır, çünki İrəvandansa Bakı öz gücünü daha sürətlə artırır”.

Xatırladaq ki, Azərbaycanın hərbi idarəsində respublikaya “Polonez” 301-mm-lik RYAS-ın tədarükünü artıq təsdiq ediblər, bununla belə, sistemlərin sayı göstərilmir. Əvvəllər əldə edilən məlumata əsasən, müqavilə üzrə 10 komplekt RYAS tədarükü nəzərdə tutulmuşdu (raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəçilik məntəqəsi, radiolokasiya stansiyaları və s. bura daxildir). Habelə məlumat verilir ki, sistemlər artıq silahlanmaya qəbul edilib. Minsk və Bakı arasında qarşıdakı sövdələşmə haqda hələ bu ilin aprelində məlum idi. Bakı “Polonez”ə Ermənistan ordusunun silahlanmasındakı “İskəndər” OTRK-a cavab kimi yanaşır. Hərbi ekspertlərin fikrincə, Azərbaycan düşmənin strateji dərinliklərində yerləşən obyektləri vurmağa imkan verən vasitələrə bel bağlayır və “Polonez”lərin alqısı bu konsepsiyaya sığışır.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 889




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap